29-08-2022, 22:34
Şahmatçımız erməniyə qalib gəldi Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Butov.az xəbər verir ki, Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib. Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub. Hazırda Ülviyyə Fətəliyevanın Monika Soçko (Polşa) və Səbinə İbrahimovanın Noqa Orian (İsrail) ilə görüşü davam edir.
29-08-2022, 22:32
Xarici vətəndaşların Xankəndiyə girişi qadağan edildiRusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşlarının girişi qadağan edilib. Bu barədə isveçli jurnalist Rasmus Kanbök "Twitter" hesabında yazıb. O, Xankəndiyə səfər etmək üçün Qarabağdakı separatçılara müraciət edib. Jurnalistə bildirilib ki, giriş icazələrinin verilməsi qeyri-müəyyən müddətə dayandırılıb.
29-08-2022, 22:29
İran XİN başçısı Moskvaya gedirİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər avqustun 31-i baş tutacaq. İranlı nazir rusiyalı həmkarı Serqey Lavrovla danışıqlar aparacaq. Görüş zamanı Ukrayna, Suriya, Əfqanıstan, Cənubi Qafqaz və Xəzər dənizi ətrafındakı vəziyyət müzakirə olunacaq.
29-08-2022, 22:21
Ağdaşda 8 otaqlı ev yandıAğdaşda ümumi sahəsi 460 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 190 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
29-08-2022, 22:19
“Nokia” Rusiyanı tamamilə tərk edirFinlandiyanın “Nokia” şirkəti Rusiyada fəaliyyətini tamamilə dayandırır. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik bildirib ki, ilin sonuna qədər şirkətin Rusiyadakı əməkdaşlarının böyük əksəriyyəti “Nokia”dan ayrılacaq və bütün ofislər boşaldılacaq. "Nokia”nın Rusiyadakı mövcudluğu şirkət rəsmi şəkildə ləğv olunana qədər davam edəcək.
29-08-2022, 22:16
Daşqınlar Pakistana 10 milyard dollar ziyan vurubSon günlər Pakistanda müşahidə olunan daşqınlar ölkə iqtisadiyyatına 10 milyard dollar ziyan vurub. Bu barədə ölkənin planlaşdırma naziri Əhsan İqbal "Reuters" agentliyinə müsahibəsində bildirib. "Düşünürəm ki, ziyan çox böyük olacaq. Hələlik, ilkin hesablamalara görə, 10 milyard dollardan yüksəkdir", - nazir deyib. O, həmçinin kəskin ərzaq çatışmazlığı problemi ilə üzləşəcək ölkənin yenidən qurulması və reabilitasiyasının minimum beş il çəkə biləcəyini vurğulayıb. Nazirin sözlərinə görə, pambıq sahələrinin 45%-i sıradan çıxıb, həmçinin tərəvəz, meyvə və çəltik sahələrinə də böyük ziyan dəyib. Qeyd edək ki, Pakistanda musson yağışları nəticəsində 1000-dən çox insan həlak olub.
29-08-2022, 22:14
Zakir Həsənov komandanları topladı - Yeni təkliflər açıqlandıAzərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə Maddi-Texniki Təminat Baş İdarəsində toplantı keçirilib. Müdafiə nazirinə məruzə olunub ki, Azərbaycan Ordusunda şəxsi heyətin təminat məsələlərinin yüksək səviyyədə saxlanılması daim diqqət mərkəzindədir. Bildirilib ki, qardaş Türkiyənin və digər qabaqcıl ölkələrin təcrübələrindən istifadə olunmaq şərtilə hərbi qulluqçuların xidmət şəraiti, ərazi relyefi və iqlim şəraitinə müvafiq olaraq təminat məsələlərinə dair təkliflər hazırlanıb. Təkliflərə əsasən bütün qoşun növləri üzrə silahlanmaya yeni qəbul edilən texnika və avadanlıqların, eləcə də texniki vəsaitlərin daha da səmərəli istifadəsi nəzərdə tutulur. Eyni zamanda hərbi qulluqçuların ümumqoşun quru ərzaq payı normasının tərkibi zənginləşdirilir. Qeyd olunub ki, yeni təkliflərin əsas məqsədi şəxsi heyətin bütün növ təminatını daha da yaxşılaşdırmaqdır. Sonra hərbi qulluqçuların təminat növlərində yeni təklif olunan nümunələrə baxış keçirilib. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin bütün təminat məsələlərinə nəzarətin gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişlər verib. General-polkovnik Z.Həsənov yeni təkliflərin nəzərə alınması ilə bağlı aidiyyəti şəxslər qarşısında tapşırıqlar qoyub.
29-08-2022, 22:08
Rusiya Suriyadakı S-300-ləri Krıma apardıRusiya Suriyadakı aviabazasında yerləşdirdiyi S-300 zenit-raket komplekslərini Krıma aparıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İsrailin "ImageSat İnternational" (ISI) peyk şirkətinin çəkdiyi görüntülər məlumatı təsdiqləyir. Belə ki, aprel ayında Suriyanın Masyaf şəhərində yerləşdirilən S-300 sistemi daha sonra Tartus limanında gəmiyə yüklənərkən peyk vasitəsilə görüntülənib. Məlumata görə, S-300 sistemləri Novorossiysk limanına aparılıb. Silah daşıyan mülki gəminin Türkiyənin Çanaqqala boğazından keçdiyi bildirilir.
29-08-2022, 22:05
İrandan Ermənistana yeni elektrik xətti çəkildiİranın Şərqi Azərbaycan vilayətində Ermənistana gedən elektrik ötürücü xəttin açılışı olub. Bu barədə İranın "İrna" agentliyi məlumat yayıb. Xəttin uzunluğu 90 kilometrdir. Heris-Mehri elektrik ötürücü xətti İrandan Ermənistana 400 kilovat-saat elektrik enerjisi ixrac edəcək.
29-08-2022, 22:03
DTX-da müharibə iştirakçıları ilə görüş keçirildiDövlət Təhlükəsizliyi Xidmətində (DTX) Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Bu barədə DTX-nin Mətbuat xidmətindən məlumat verilib. Tədbir çərçivəsində DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin abidəsi ziyarət olunub, daha sonra iştirakçılar “Bilgəh” istirahət mərkəzində DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.