Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
29-08-2022, 20:35
Ermənistanın dövlət borcu kəskin artıb


Ermənistanın dövlət borcu kəskin artıb

Ermənistanın dövlət borcu kəskin şəkildə artıb. Butov.az xəbər verir ki, Ermənistanın dövlət borcu 9,97 milyard ABŞ dollarına çatıb. Təkcə 2021-ci ildə bu göstərici 2021-ci ildə 16% faiz artaraq 1,3 milyard dollar olub. Məlumata görə, 2018-ci ilin aprelindən indiyədək Ermənistanın dövlət borcu 3,1 milyard ABŞ dollar (45,2%) artıb. 2022-ci ilin yanvar-iyul ayları ərzində dövlət borcu 748,36 milyon dollar (8,1%) təşkil edib. Dövlət borcunun artmasına səbəb daxili borclanmanın yüksəlməsi göstərilir. Ümumilikdə isə 2022-ci illə müqayisədə 2021-ci ilin dekabrında ölkənin xarici borcu 66,9%, daxil borc isə 33,1% olub.
29-08-2022, 20:33
FHN və DİN-ə yeni səlahiyyət verildi – Cəriməni onlar yazacaq


FHN və DİN-ə yeni səlahiyyət verildi – Cəriməni onlar yazacaq

Əkin yerinin yandırılmasına görə Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə cərimə tətbiq etmək səlahiyyəti verilib Butov.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İndiyə qədər əkin yerinin yandırılmasına görə inzibati xətalar haqqında işlərə yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi və ya Kənd Təsərrüfatı Nazirliyi baxıb.
29-08-2022, 20:31
Türkiyə daha da qüdrətlənəcək - Ərdoğandan mesaj


Türkiyə daha da qüdrətlənəcək - Ərdoğandan mesaj

"2023-cü il böyük və qüdrətli Türkiyənin qurulmasını müjdələdiyimiz yeni bir mərhələ olacaq". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust Zəfər bayramının ildönümü ilə əlaqədar açıqlamasında bildirib. "Ümid edirəm ki, Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü il böyük və güclü Türkiyə quruculuğunun müjdəçisi olduğumuz yeni bir mərhələ olacaq. Bu fikirlərlə Cümhuriyyətimizin qurucusu, Baş Komandanı - Qazi Mustafa Kamal və silahdaşlarını minnətdarlıqla yad edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizi şadlıqla yad edirəm. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. 30 Avqust Qələbə bayramınız mübarək", - Ərdoğan qeyd edib.
29-08-2022, 20:29
Erməni deputat Qazaxın kəndlərindən yazdı - “Azərbaycana qaytarılıb”


Erməni deputat Qazaxın kəndlərindən yazdı - “Azərbaycana qaytarılıb”

Ermənistan parlamentinin deputatı Qeqam Nazaryanın sosial şəbəkə hesabında paylaşdığı status gündəm yaradıb. Butov.az xəbər verir ki, erməni deputat 8 mart 1992-ci ildən Ermənistanın işğalı altında olan Qazax rayonunun Xeyrimli kəndinin artıq Azərbaycana təhvil verildiyini iddia edib. Deputatın kənddən paylaşdığı məlumatda deyilir: “Babamın evinin həyətində dayanıb günəşin nə vaxt batacağını görmək, işlərimi planlaşdırmaq qərarına gəldim və burada Nikol, Ararat Mirzoyan və Google-dan belə bir sürpriz var”. Deputatın statusuna gələn rəylərdə isə ermənilər Qazaxın kəndlərinin Azərbaycana çoxdan təhvil verildiyini, lakin hələlik açıqlanmadığını vurğulayıb. Qeyd edək ki, Qazax rayonunun 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bunlar Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli kəndləridir.

29-08-2022, 20:26
"Şahdəniz"də hasilat bərpa edilib


"Şahdəniz"də hasilat bərpa edilib

“Şahdəniz” yatağının illik iş proqramının bir hissəsi olaraq “Şahdəniz Alfa” platformasında və Səngəçal terminalındakı “Şahdəniz 1” qurğularında avqust ayının 14-dən başlayaraq 14 gün ərzində planlaşdırılmış profilaktik işlər proqramı tam şəkildə həyata keçirilib və proqram uğurla başa çatıb. Bu barədə “Şahdəniz” yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Məlumata görə, proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub, platformanın və terminalın hasilat və ixrac sistemləri artıq işə salınıb. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir. Xatırladırıq ki, planlaşdırılmış profilaktik işlər proqramına Səngəçal terminalının “Şahdəniz 1” hissəsində vacib təhlükəsizlik avadanlıqlarının qabaqlayıcı profilaktikası və yoxlama işləri, məşəl kabellərinin dəyişdirilməsi, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması, monoetilen glikol xəttinin təzyiq artımından qorunması üçün bəzi işlər, ventillərin dəyişdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və s. kimi profilaktik əməliyyatlar və yoxlamalar daxil idi. Parallel olaraq, “Şahdəniz Alfa” platformasında da müxtəlif təmir işləri, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması, nukleonik mənbələrin dəyişdirilməsi, üç mürəkkəb ventil avadanlığının dəyişdirilməsi və s. kimi layihə işləri həyata keçirilib. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə bp-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.
29-08-2022, 20:24
Xerson uğrunda döyüşlər gedir


Xerson uğrunda döyüşlər gedir

Xerson şəhəri uğrunda döyüşlər başlayıb. Bu barədə Odessa vilayət hərbi administrasiyasının sədrinin müavini Oleksiy Matsuleviç "Telegram" kanalında yazıb. “Rəsmi: Xerson şəhəri uğrunda döyüşlər başlayıb”, - o qeyd edib. Xatırladaq ki, səhər saatlarında Ukrayna hərbçilərinin Xerson istiqamətində işğalçıların birinci müdafiə xəttini yardığı açıqlanmışdı.
29-08-2022, 20:23
Zakir Həsənov Türkiyəyə gedir


Zakir Həsənov Türkiyəyə gedir

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edəcək. Butov.az xəbər verir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsi xalqlarımız arasındakı qardaşlığı möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-da qardaş Türkiyə Respublikasına işgüzar səfər edəcək.
29-08-2022, 20:21
Laçın dəhlizinə alternativ yol bu tarixdə açılacaq


Laçın dəhlizinə alternativ yol bu tarixdə açılacaq

Laçın dəhlizinə alternativ yol avqustun 30-u axşam saat 22:00-dan nəqliyyatın hərəkətinə açıq olacaq. Bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb. Bildirilib ki, yolu Gorus-Xankəndi magistralı ilə birləşdirən 4,7 kilometrlik hissənin asfaltlanması işləri başa çatıb. Məlumatda vurğulanıb ki, Laçın dəhlizinə bitişik Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinin sakinləri avqustun 25-dən əvvəl evlərini tərk ediblər. Bu ərazilər dəhlizin marşrutunun dəyişdirilməsi çərçivəsində Azərbaycanın nəzarətinə qaytarılıb. Avqustun 25-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında demişdi ki, Laçın şəhərinə daxil olmadan yeni alternativ yoldan istifadə yaxın 1 həftə ərzində mümkün olacaq. Onun sözlərinə görə, Agentlik ölkə başçısının tapşırığına əsasən, verdiyi vədə vaxtından əvvəl əməl edib və alternativ yolun Azərbaycan ərazisindən keçən 22 km-lik hissəsi artıq hazırdır. Xatırladaq ki, Qarabağdakı ermənilər indiyə kimi Ermənistanla Laçın şəhərindən keçən dəhliz vasitəsilə əlaqə saxlayırdılar. Bu səbəbdən Laçın dəhlizi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində idi. Laçın dəhlizi boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşma həyata keçirmişdilər. Laçın dəhlizi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ötən həftədən etibarən Azərbaycan tərəfinin nəzarətinə keçib. Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində məskunlaşan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar.
29-08-2022, 20:04
Növbəti Brüssel görüşü: Rusiya Paşinyandan nəyi tələb edir…


Növbəti Brüssel görüşü: Rusiya Paşinyandan nəyi tələb edir…

Bu ayın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq. Görüş barədə mediaya açıqlama verən Prezidentin köməkçi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq. Bundan əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılması barədə razılıq əldə olunduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər. Ölkə rəsmiləri nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər. Brüssel görüşündən gözləntilər nədir? Bakı və İrəvan razılığa gələ biləcəkmi?



Bu barədə danışan politoloq Tofiq Abbasov bildirib ki, görüşün gündəliyində yer alan məsələlər olduqca aktualdır: “Məhz buna görə də, gündəlikdə əks olunmuş məsələlərin hamısının vaxtında öz həllini tapması regiondakı cari vəziyyətin əməli sürətdə dəyişdirilməsi üçün vacibdir. Görüşdən sonrakı dəyişiklik qarşıdurma meyillərinin yavaş-yavaş aradan qalxmasına səbəb olmalıdır. Çünki irəlidə quruculuq işləri, kommunikasiyaların açılıb istifadəyə verilməsi və sülh şəraitinə hazırlıq mərhələsi gəlir”. Politoloqun fikrincə, gündəlikdə əsas mövzu kimi sülh sazişinin mətninin hazırlanması yer alsa da, buna qədər texniki məsələlər öz həllini tapmalıdır: “İlk növbədə delimitasiya və demarkasiya prosesi, kommunikasiyaların açılması məsələsi həll olunmalıdır. Eyni zamanda Ermənistanın üzərinə öhdəlik kimi götürüb, həyata keçirmədiyi vəzifələr həllini tapmalıdır. Ermənistan yenə də əvvəlki kimi gözləmə mövqeyini tutur. Prosesləri ləngitmək və özü üçün əlverişli şərait yaratmaq istəyir. Bunun reallaşmasına ehtimal yoxdur. Çünki Azərbaycan proseslərin nəzarətini, həllini öz üzərinə götürüb və dəqiqlik nümayiş etdirir. Ermənilər dəqiq olmadığı üçün Paşinyanın heç bir şansı yoxdur ki, gündəlikdə olan müddəalarla bağlı bizdən nəsə tələb etsin”.



Bundan əlavə, T.Abbasov vurğulayıb ki, Brüsseldəki görüşdə konkret mövqe ortaya qoyulmalı, Ermənistandan üzərinə götürdüyü öhdəliklərin icrası tələb edilməlidir. “Biz sülh şəraitinin yaranmasını istəyirik. Ermənistan dəqiq mövqe ortaya qoymadığı üçün proses ləngiyir. Prosesi ləngidən digər məqam mina xəritələrinin verilməməsi ilə bağlıdır. Burada tək Ermənistanın yox, beynəlxalq dairələrin, siyasi qurumların həm aventuristliyini, həm də riyakarlığını bir daha görürük". Siyasi şərhçi sonda Brüssel görüşü ilə bağlı proqnozlarını dilə gətirib: "Biz ümid edirik ki, bu görüşdən sonra Ermənistanın mövqeyində müəyyənlik yaranacaq. Həmçinin texniki məsələlərin həll edilməsi gözlənilir. Ümumilikdə isə Ermənistan məcburdur ki, Brüssel görüşü üçün hazırlanmış gündəlikdəki bütün məsələlərin həllinə razılaşaraq işə başlasın. Hazırda yol xəritəsi də hazırdır. Buna görə də, kommunikasiya məsələsi öz həllini tapacaq. Çünki bunu onlardan Avropa və Rusiya da tələb edir. Güman ki, bu dəfə Avropa İttifaqı Ermənistandan boş-boş söz verməyi yox, hərəkətə keçməyi istəyəcək”. Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş mayın 22-də Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə baş tutub.

29-08-2022, 19:58
Masallıda yanğın hələ davam edir


Masallıda yanğın hələ davam edir

Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Nazirlikdən verilən məlumata görə, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və arabir əsən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Ümumilikdə yanğının söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup kənd sakini iştirak edir.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!