30-08-2022, 16:51
41 Azərbaycan vətəndaşı İrana qaçıb “İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkşaf edərsə, bu, məhkəmə sisteminə də müsbət təsir göstərər”. Bu barədə Baş prokuror Kamran Əliyev iranlı həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşündə deyib. “Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır. Azərbaycanda məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb. Biz həmin şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün ölkəmizə qaytarılmasını gözləyirik”,- Baş prokuror bildirib.
30-08-2022, 16:49
Azərbaycan və Ermənistan rəsmilərinin görüşü başlayıb
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının iclası başlayıb.
Butov.az xəbər verir ki, Azərbaycan və Ermənistan rəsmilərinin ikinci görüşü Rusiyanın paytaxtı Moskvada təşkil olunub. Görüş zamanı nəqliyyat-kommunikasiya və delimitasiya məsələləri müzakirə olunacaq. Danışıqlar mətbuata qapalı keçirilir. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın bugünkü görüşü Rusiya tərəfinin məşvərətçi yardımı əsasında baş tutub. Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli dövlət komissiyasının Azərbaycan tərəfdən həmsədri Baş nazirin müavini Şahin Mustafayev, Ermənistandan isə Nikol Paşinyanın müavini Mqer Qriqoryandır. Dövlət rəsmilərinin ilk görüşü bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutmuşdu.
30-08-2022, 16:46
Türkiyə İraqdakı vəziyyətdən narahatdırTürkiyə hakimiyyəti İraqdakı vəziyyətdən narahatdır və bütün tərəfləri təmkin nümayiş etdirməyə çağırır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Bağdadda baş verən hadisələr ölkənin sabitliyi, birliyi və təhlükəsizliyi üçün təhdid yaradıb. Dost və qardaş İraqda sabitlik və təhlükəsizlik Türkiyə üçün həyati əhəmiyyət daşıyır. Bununla bağlı olaraq biz ölkədə yayılan zorakılıqdan narahatıq və bütün tərəfləri təmkin, sağlam düşüncə nümayiş etdirməyə çağırırıq”, - XİN-dən bildirilib. Türkiyə XİN ümid edir ki, İraqda siyasi fikir ayrılığı hərtərəfli dialoq vasitəsilə sülh yolu ilə həll olunacaq.
30-08-2022, 16:20
Bakıda dəhşət: Sevgilisini küçədə bıçaqlayıb qaçdıBakıda qadın tanışı tərəfindən bıçaqlanıb.
Butov.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib. 77-CZ-316 dövlət nişanlı avtomobili idarə edən sürücü qadını bıçaqladıqdan sonra əks yola çıxaraq hadisə yerini tərk edib. Qadına doqquz bıçaq zərbəsi vurulduğu qeyd olunub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
30-08-2022, 16:17
9 şəhid məzarı boş çıxıb“İtkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Komissiyasının qarşısında mühüm vəzifələr müəyyən edib. Bu istiqamətdə son illərdə keçirilmiş yüksək səviyyəli görüşlərdə və müxtəlif platformalarda dəfələrlə qaldırılmasına və müzakirə edilməsinə baxmayaraq, Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşmüş şəxlərə aid məzar yerləri barədə məlumatları təqdim etmir”. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. O qeyd edib ki, itkin düşmüş şəxslər barədə əsas məlumatlar məhz Ermənistan tərəfdədir: “Misal üçün diqqətinizə çatdırım ki, ötən ilin dekabr ayında Ermənistan Parlamentinin deputatı, Ermənistan Müdafiə nazirinin keçmiş müavini general-leytenant Qaqik Melkonyan Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə 1994-cü ildə Azərbaycan Ordusunun həlak olaraq döyüş meydanında qalmış yüzlərlə hərbi qulluqçusunun dəfn yerini bildiyini ifadə edib. Bununla bağlı beynəlxalq təşkilatların vasitəsi ilə verdiyimiz rəsmi sorğulara isə Ermənistan tərəfi cavab verməyib”. İ.Axundov deyib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra yaranmış yeni situasiyada I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı aşağıdakı istiqamətlər üzrə tədbirlər həyata keçirilib: “Birincisi, Üçtərəfli bəyanatdan sonra hazırda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan ərazidən 2021-ci ilin fevral ayının 12-dən cari ilin aprel ayının 25-dək 67 meyit kisəsində 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqları təhvil verilib. Bu istiqamət üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 53 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. İkincisi, 2021-ci ilin fevral ayının 17-dən cari ilin aprel ayının 3-dək İşğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb. Aşkar edilmiş meyit qalıqları üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 45 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Üçüncüsü, I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib. (9 məzar boş çıxıb, 1 məzarda isə iki nəfərə aid meyit qalıqları aşkar edilib). Bu istiqamət üzrə 184 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Göstərilən üç istiqamət üzrə ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib və götürülmüş nümunələr Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin laboratoriyasına təqdim edilib”.
30-08-2022, 16:14
İtkinlərimiz niyə tapılmır? - Rəsmi açıqlama“Həm I Qarabağ, həm də II Qarabağ müharibəsi zamanı Dövlət Komissiyasının əməkdaşlıq etdiyi əsas təşkilat BQXK olub. Bu sahədə ən önəmli vəzifələrdən biri kimi I Qarabağ mühraibəsinə itkin düşmüş şəxslərin siyahısnın dəqiqləşdirilməsi işi olub”. Bunu Komissiyanın katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib. İ.Axundov qeyd edib ki, 2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış «İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişinə əsasən, 2014-cü ildən etibarən itkin ailələrindən bioloji (DNT) nümunələrin toplanması işinə başlanıb: “Ötən müddət ərzində 3315 itkinin ailə üzvlərindən 10309 bioloji nümunə toplanıb. 2021-ci ilin noyabr ayından etibarən toplanmış bioloji nümunələrdən DNT profillərinin çıxarılması işinə başlanıb. Bu məqsədlə hazırkı vaxta qədər 1024 bioloji nümunənin hər biri üzrə profillər çıxarılıb”. Onun sözlərinə görə, hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə qarşı tərəfin dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olmasıdır: “Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə Ermənistan hərbçiləri tərəfindən 1 milyondan çox mina basdırılıb”.
30-08-2022, 16:11
Ermənistan kütləvi məzarlıqların yerini açıqlamır - PA rəsmisi
“Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb. Edilli və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. İkincisi, münaqiqə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib”. Bunu Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl deyib. H.Mikayıl bildirib ki, Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı halların hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir: “Mina problemi də bu məsələlərin araşdırılmasını çəkindirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması da labüddür. BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər”. PA rəsmisi qeyd edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil: “BQXK-nin bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər”.
30-08-2022, 16:09
Qazilər müalicə üçün Naftalana gəliblər
Yevlaxlı qazilər müalicə və istirahət üçün Naftalana gəliblər. Yevlax Rayon və Naftalan Şəhər İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə Yevlax rayonundan olan bir qrup qazi müalicə və reabilitasiya məqsədilə “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində ŞİH-nin məsul əməkdaşları tərəfindən qarşılanıb. Qazilərə müayinə və müalicə prosedurları haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, qazilər müayinə olunduqdan sonra onlara müayinələrin nəticələrinə əsasən müvafiq müalicələr təyin ediləcək, həmçinin, naftalan vannaları qəbul edəcəklər.
30-08-2022, 16:05
Masallıda meşə yanğını qəsdən törədilib Masallı rayonunda baş vermiş meşə yanğınının qəsdən törədilməsi ehtimalı böyükdür. Bu barədə FHN-dən bildirilib. Məlum olduğu kimi, 28 avqust 2022-ci il tarixində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 5-ci dolayında yanğın baş verib və FHN-in müvafiq qüvvələri hadisə yerinə cəlb edilərək yanğın söndürülüb. Eyni zamanda, yanğının başvermə səbəblərinin araşdırılması məqsədilə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları hadisə yerində olublar. İlkin araşdırma zamanı yanğın baş vermiş ərazinin müxtəlif yerlərində yanğın ocaqlarının mənbələri diqqəti cəlb edib, bu mənbələrdə ocaq qalanması və ərazinin müxtəlif yerlərində yanmış ağac kötükləri aşkar olunub. Aşkar edilmiş faktlar hadisənin qəsdən törədilməsi ehtimalına ciddi əsaslar yaradıb. "Qeyd olunanları nəzərə alaraq, hadisənin daha dərindən araşdırılması və yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə yanğın baş vermiş ərazidən götürülmüş nümunələrin ekspertizaya təqdim edilərək müvafiq qurumlara göndərilməsi qərara alınıb". - FHN-in yaydığı məlumatda deyilir.
30-08-2022, 16:03
Rusiyanın daha 450 hərbçisi məhv edildiUkraynada gedən döyüşlərdə Rusiya ordusunun daha 450 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiyanın canlı qüvvə itkisi 47 min 550-yə çatıb. Bundan əlavə, Rusiya ordusunun digər döyüş itkiləri 1954 tank, 4294 zirehli döyüş maşını, 1079 artilleriya sistemi, 282 reaktiv yaylım atəşi sistemi, 151 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 204 helikopter, 847 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 217 avtomobil texnikası və avtosistern, 103 xüsusi texnikadan ibarətdir.