Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
14-09-2022, 20:19
Sərhəddə vəziyyət hələ də gərgindir - Müdafiə Nazirliyi


Sərhəddə vəziyyət hələ də gərgindir - Müdafiə Nazirliyi

“Azərbaycan Ordusu hər bir təxribatın qarşısını almağa qadirdir”. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib. O, Müdafiə Nazirliyi adından şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib. Anar Eyvazov hazırda sərhəddə vəziyyətin hələ də gərgin olaraq qaldığını söyləyib: “Təəssüf ki, bizim də itkilərimiz var, bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
14-09-2022, 20:17
“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Anar Eyvazov


“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Anar Eyvazov

Ermənistan tərəfi böyük itkilər verərək geri çəkilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib. "Ermənistan yenə təxribat əməllərini davam etdirib. Təəssüf ki, itkilərimiz var, əlavə məlumat veriləcək", - deyə nazirlik rəsmisi qeyd edib. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
14-09-2022, 20:10
Düşmənin atəş nöqtələrinə zərbələr endirilir


Düşmənin atəş nöqtələrinə zərbələr endirilir

Ermənistan silahlı qüvvələrinin təxribatının uğursuzluğundan təşvişə düşən bu ölkənin hərbi rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi boyu yerləşən bölmələrini, silah və döyüş texnikasını yaşayış məntəqələrindəki bina və mülki infrastruktur obyektlərinin yaxınlığında və Ermənistan ərazisinin dərinliklərində tərtiblənməsinə əmr verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin məntəqələrdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla Ermənistan bu atəş nöqtələrini legitim hərbi hədəflərə çevirməyə və qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır. "Bir daha bəyan edirik ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki obyektlər hədəfə alınmır və yüksək dəqiqliklə qarşı tərəfin atəş nöqtələrinə zərbələr endirilir", - deyə rəsmi məlumatda qeyd olunub.
14-09-2022, 20:05
“İtkilərimiz 200-dən çoxdur” - Erməni deputatdan etiraf


“İtkilərimiz 200-dən çoxdur” - Erməni deputatdan etiraf

Ermənistan ordusunun itkilərinin sayı 200-ü keçib. Bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Vahe Hakopyan bildirib. "Ermənistanın itkiləri 200-ü çoxdan keçib. Bu, ciddi rəqəmdir", - deyə deputat KİV-ə müsahibəsində vurğulayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə bugünkü çıxışında itki sayının 105-ə çatdığını deyib. Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən ağır itkilər verib.
14-09-2022, 20:01
Paşinyan 100-dən çox erməni hərbçinin öldüyünü açıqladı


Paşinyan 100-dən çox erməni hərbçinin öldüyünü açıqladı

Azərbaycanla sərhəddə döyüşlər zamanı ölən erməni hərbçilərinin sayı 105-ə çatıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən ağır itkilər verib. Paşinyan ötən gün verdiyi açıqlamada Ermənistanın azı 49 hərbçi itirdiyini açıqlamışdı.
14-09-2022, 19:59
Sayt rəhbəri barəsində cinayət işi açıldı


Sayt rəhbəri barəsində cinayət işi açıldı

Vətəndaşın pulunu ələ keçirən “patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən şəxsi həyata dair görüntülərin internet resurslarından silinməsi adı ilə vətəndaşların pulunu ələ keçirən vəzifəli şəxs barəsində daxil olan müraciət əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə “Patrul.az” MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşın şəxsi həyatı ilə bağlı videogörüntülərin geniş izləyici kütləsi arasında yayılmasının qarşısının alınması məqsədilə həmin materialların əks olunduğu media və sosial şəbəkə səhifələrindən silinməsi ilə bağlı yalan vəd vermələrinə, bu yolla vətəndaşın 2 min 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanan ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Səməndər Niftəliyev və Həmzə Hüseynliyə həmin Məcəllənin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.
14-09-2022, 19:56
Körpəsinin üzünü görmədən şəhid oldu


Körpəsinin üzünü görmədən şəhid oldu

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi qulluqçusu şəhid olub. Butov.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında törətdiyi təxribatlar nəticəsində XTQ üzvü Şair Camal oğlu Heydərov şəhidlik zirvəsinə yüksəlib. Şəhid Şair Heydərov 1998-ci ildə Qusar rayonun Mucuq kəndkəndində anadan olub. Qeyd edək ki, xəstə anası ailənin yeganə oğlan övladı olan Şairi yenicə evləndirmişdi. Onun doğulmamış körpəsi özündən yadigar qaldı. Allah rəhmət eləsin!
14-09-2022, 19:54
Ohanyan Ermənistanda hərbi səfərbərliyə çağırdı


Ohanyan Ermənistanda hərbi səfərbərliyə çağırdı

"Mənim şəxsi fikrim budur ki, Ermənistanda hərbi vəziyyət tətbiq olunmalı, birinci sıranı doldurmaq və orduya dəstək vermək üçün səfərbərlik aparılmalıdır". Butov.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib. O, hakimiyyəti ölkə naminə addım atmağa səsləyib. “Çünki sərhədlərdə gərginlik görürük. Əgər ölkədə müharibə gedirsə, gərginlik dalğası bərabər paylanmalıdır… Qurbanlarımız, yaralılarımız var”. Ohanyan əhalini sakitləşməyə və rəsmi məlumatlara əməl etməyə çağırıb.
14-09-2022, 19:48
Son sutkada koronavirusdan 9 nəfər öldü


Son sutkada koronavirusdan 9 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 818 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 701 nəfər müalicə olunaraq sağalıb, 9873 nəfər vəfat edib, aktiv xəstə sayı 2060 nəfərdir. Son sutka ərzində 3664, hazırkı dövrədək isə 7 203 417 test aparılıb.

14-09-2022, 19:40
Şəhid Ümid Həsənov torpağa tapşırılıb


Şəhid Ümid Həsənov torpağa tapşırılıb

Milli Məclisin deputatı Vahid Əhmədov, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq xidmət edən hərbi qulluqçu Həsənov Ümid İlqar oğlunun dəfnində iştirak edib. Butov.az xəbər verir ki, Qubanın İsnovqışlaq kənd qəbiristanlığında baş tutan izdihamlı dəfn mərasimində çıxış edən deputat şəhidin doğmalarına və əzizlərinə baş sağlığı verib və onlara Allahdan səbr diləyib. Vahid Əhmədov şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsinin vacibliyini bildirərək,onları Azərbaycanın müstəqilliyinin bünövrəsi adlandırıb. Dəfn mərasiminin sonunda cənazəyə bükülmüş üçrəngli Azərbaycan bayrağı deputat Vahid Əhmədov tərəfindən şəhidin atasına təqdim olunub. Allah şəhidlərimizə rəhmət eləsin!







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!