17-09-2022, 23:03
Cüdo millimiz Avropa çempionu olduAzərbaycanın gənc oğlanlardan ibarət milli yığma komandası Praqada keçirilən gənclər arasında Avropa çempionatında medal sıralamasına görə 39 ölkə arasında birinci olub.
Butov.az xəbər verir ki, sentyabrın 15-17-də Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında fərdi yarışlara yekun vurulub. Fərdi yarışların sonuncu günündə idmançılarımız 1 qızıl və 1 bürünc medal əldə edib. -90 kiloqram çəkidə yarışan cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz İsmayıl Zamanov üçüncü yer uğrunda mübarizədə macarıstanlı idmançı Peter Safranini üstələyərək bürünc medala yiyələnib. -100 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz Ruslan Nəsirli yarışı 5-ci yerdə tamamlayıb. Xatırladaq ki, çempionatın ilk günündə -60 kiloqram çəkidə Turan Bayramov gümüş medal, ikinci günündə isə -73 kiloqram çəkidə Vüsal Qələndərzadə və -90 kiloqram çəkidə Elcan Hacıyev qızıl medal qazanıb. Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 3 qızıl, 1 gümüş, və 1 bürünc medal qazanaraq oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerə çıxıb. Sabah qitə birinciliyində qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisinin ilk görüşdə rəqibi Avstriya yığması olacaq.
17-09-2022, 23:01
Yaralı hərbçimiz Şəhid oldu Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir
Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb. Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin!
17-09-2022, 22:59
İspaniya Ukraynaya sursatlar göndərdiİspaniya Ukraynaya artilleriya üçün sursatlar göndərib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, sursatları daşıyan İspaniya Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi Ukraynaya yola düşüb. Eyni zamanda Ukrayna üçün ləvazimatlar olan 20 yük maşını göndərilib.
17-09-2022, 22:57
32 hərbçinin meyiti Ermənistana verildi - RəsmiMəlum olduğu kimi, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki verib. Bildirilib ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib."Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilib. Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcək", - rəsmi məlumatda qeyd olunub.
17-09-2022, 22:55
“Qəbələ” “Sumqayıt”ı məğlub etdiFutbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ" klubu doğma meydanda "Sumqayıt"ı qəbul edib.
Butov.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "Qəbələ" 4-cü pilləyə yüksəlib. 3 xalı olan "gənclik şəhəri" təmsilçisi 8-ci sırada yer alıb.
17-09-2022, 22:53
Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldıBu gün daha iki şəhidimizin adı açıqlanıb. Onlardan biri Nəcəfzadə Hüseyn Abbasqulu oğludur.
Butov.az xəbər verir ki, həmin şəhid nişanlı olub. Kəlbəcərdə şəhid olan leytenant Hüseyn Nəcəfzadənin oktyabrın 11-də toyu olacaqdı. O, nişanlı idi, hətta nikahı da olmuşdu. Atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Nişanlısı isə bu xəbəri alanda ayaqları tutulub. Şəhidimiz bu gün doğulduğu Saray qəsəbəsində dəfn edilib.
17-09-2022, 22:50
Türkiyədən daha çox kömək istəyirik - ZelenskiUkrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrini və digər dövlətləri ölkəsinə silah tədarükünü artırmağa çağırıb. Bu barədə o, "Reuters" agentliyinə müsahibəsində bildirib."Türkiyədən daha çox kömək olmasını istərdik, Cənubi Koreyadan daha çox kömək istərdik. Ərəb dünyasından, Asiyadan da kömək istərdik", - deyə Prezident vurğulayıb. Zelenski, həmçinin Almaniyada hərbi texnikanın tədarükü ilə bağlı müəyyən psixoloji maneələrin olduğunu vurğulayıb. O, eyni zamanda Ukraynanın sürətli əks-hücumunun yaxşı getdiyini diqqətə çatdırıb: "Müharibənin bitməsi barədə danışmaq tezdir".
17-09-2022, 22:48
Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyirTürkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən sonra jurnalistlərə açıqlamasında bildirib."Məqsədimiz Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaqdır", - Prezident deyib. Ərdoğan qeyd edib ki, Türkiyənin ŞƏT sammitində iştirakı Özbəkistanın dəvəti ilə mümkün olub: "İndi növbəti proses bu məsələnin ən üst səviyyəsinə doğru bir addımdır. Bu addım təbii ki, qarşıdakı dövrə ev sahibliyi edəcək Hindistanda danışıqlarda daha yüksək səviyyədə ön plana çıxacaq".
17-09-2022, 22:46
Zəngilan hava limanının açılışı oktyabrda olacaq - Ərdoğan Oktyabr ayının 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib. Prezident qeyd edib ki, hava limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
17-09-2022, 22:44
Almaniya Ukraynaya yeni artilleriya göndərəcək Almaniya hökuməti uzun tərəddüddən sonra Ukraynaya 18 ədəd artilleriya qurğusunun tədarük edilməsinə razılıq verib. Bu barədə "Welt am Sonntag" əldə etdiyi sənədlərə istinadən yazır. Bildirilir ki, yeni qərar əsasən Almaniya Ukrraynaya 216 milyon avro dəyərində 18 ədəd RCH-155 haubitsası verəcək. Qeyd olunur ki, silahları Ukraynanın müdafiə naziri Aleksiy Reznikov iyulun 14-də istəyib. Ukraynanın tələbi Almaniya hakimiyyəti tərəfindən dəfələrlə müzakirə edilib, lakin indiyədək heç bir qərar verilməmişdi. Artilleriya sistemi Almaniyanın "Krauss-Maffei-Wegmann" (KMW) şirkəti tərəfindən istehsal olunur. Bu silah hazırda Ukrayna ordusunun istifadə etdiyi "Panzerhaubitze 2000" artilleriya qurğusu kimi işləyir və eyni mərmilərdən istifadə edir.