Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
21-09-2022, 20:49
Laçına qayıdış nə vaxt olacaq? - Prezident açıqladı


Laçına qayıdış nə vaxt olacaq? - Prezident açıqladı

“Şəhərin vaxtilə - 1980-ci illərdə tərtib edilmiş Baş Planı vardır. Bu, indi təhlil edilir, əlavələr olunacaqdır və Laçın şəhərini biz bərpa edəcəyik”. Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib. “Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik. İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir. Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!”, - deyə dövlət başçısı bildirib.
21-09-2022, 20:48
Bayden Putinin nüvə hədəsinə reaksiya verdi


Bayden Putinin nüvə hədəsinə reaksiya verdi

"Putin açıq şəkildə Avropanı nüvə silahı ilə hədələyib". Bunu ABŞ prezidenti Co Bayden Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, Rusiya prezidenti Nüvə Silahlarının Yayılmaması müqaviləsinin öhdəliklərinə məhəl qoymayıb. Bayden, həmçinin vurğulayıb ki, Çin də şəffaflıq olmadan nüvə silahı əldə edir. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahı ilə hədələyib. "Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik", - Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.
21-09-2022, 20:45
Prezident: “Yenə görürük ki, Ermənistan sülh istəmir”


Prezident: “Yenə görürük ki, Ermənistan sülh istəmir”

"Aprel döyüşlərindən sonra Ermənistan qorxuya düşmüşdü və faktiki olaraq işğal edilmiş torpaqlardan qoşunları çıxarmağa hazır idi, hətta buna söz vermişdi. Ancaq ondan sonra sözünü tutmadı". Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib. Prezident qeyd edib ki, Aprel döyüşləri onlar üçün dərs olmadı: "Ondan iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu da onlara dərs olmadı. Nəhayət İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi və müzəffər Azərbaycan Ordusu öz doğma torpaqlarını azad etdi. Biz hesab edirdik ki, nəhayət bu, onlara dərs olacaq. Çünki Ermənistan ordusu tamamilə dağılmış vəziyyətdədir. Müharibə dövründə 10 min fərarisi olan ölkə müharibə aparmaq iqtidarında deyil, nə fiziki cəhətdən, nə mənəvi cəhətdən. Biz müharibədən dərhal sonra onlara sülh təklif etdik. Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır".
21-09-2022, 20:40
“Laçın şəhərinin böyük hissəsi tamamilə dağıdılıb” - Prezident


“Laçın şəhərinin böyük hissəsi tamamilə dağıdılıb” - Prezident

"Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır". Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib. Dövlət başçısı vurğulayıb ki, erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var: "Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli şəhəri də, həmçinin Cəbrayıl şəhəri də, bütün kəndlər. Bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb. Ancaq yenə də bəzi yerlərdə qanunsuz məskunlaşma aparılmışdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular. Halbuki dəfələrlə bu mənzərəni görürdülər, dəfələrlə. Bax, bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın".
21-09-2022, 20:38
“Laçın” Qovşaq Yarımstansiyasının təməli qoyuldu


“Laçın” Qovşaq Yarımstansiyasının təməli qoyuldu

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib. Butov.az xəbər verir ki, dövlətimizin başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə “Laçın” Qovşaq Yarımstansiyası haqqında məlumat verdi. Bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq. Diqqətə çatdırıldı ki, strateji əhəmiyyətə malik bu yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq, həmçinin işçi heyət üçün xüsusi yataqxana korpusu tikiləcək. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunacaq. “Laçın” Qovşaq Yarımstansiyasında yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nasosxana binası, yanğın su hovuzu, qəza yağ tutumu, yanğından mühafizə və yanğın xəbərverici sistemləri də quraşdırılacaq.

21-09-2022, 20:36
Prezident Kəlbəcər-Laçın yolunda yeni inşa edilən tunellə tanış oldu


Prezident Kəlbəcər-Laçın yolunda yeni inşa edilən tunellə tanış oldu

Azərbaycan Respublikasının Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib. Dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində 2400 metr uzunluğunda olan Laçın Beynəlxalq Hava Limanına giriş tunelinin inşası ilə tanış olub. Butov.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yeni inşa olunan tunel barədə məlumat verib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də 76,3 kilometr uzunluğa malik Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası davam edir. Məlumat verilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yol boyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7 tunelləri) tikintisi işləri uğurla davam etdirilir. Məlumat verilib ki, dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellər bir istiqamət üzrə bir hərəkət zolaqlı və 11,60 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 7596,5 metr təşkil edəcək. Qeyd edilib ki, Kəlbəcər-Laçın yolunda inşa olunan birinci tunelin (T1) uzunluğu 187 metrdir. Hazırda T1 tunelinin giriş portalının tikintisi həyata keçirilir. T2 tuneli 354,4 metr uzunluğunda olmaqla inşa edilir. Bu tuneldə giriş istiqaməti üzrə 115,8 metr qazma işləri aparılıb. T5 tuneli 448,7 metr uzunluğundadır. Tuneldə çıxış istiqaməti üzrə 331 metr qazma işləri görülüb. T6 tunelinin uzunluğu 612,4 metrdir. Tuneldə hər bir istiqamət üzrə ümumilikdə 537,4 metr qazma işləri aparılıb. T7 tuneli 2420,1 metr uzunluğunda olmaqla inşa edilir. Tunelin hər bir istiqaməti üzrə ümumilikdə 532 metr qazma işləri görülüb. Bu tunellərdə giriş və çıxış olmaqla hər iki istiqamətdə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.




21-09-2022, 20:31
Daşqınlardan sonra Pakistanda malyariya sürətlə yayılır


Daşqınlardan sonra Pakistanda malyariya sürətlə yayılır

Pakistanın daşqından zərər çəkmiş bölgələrində sürətlə malyariya xəstəliyi yayılır. Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Bildirilir ki, indiyədək malyariyadan ölənlərin sayı 324-ə çatıb. Ölkə rəsmiləri xəbərdarlıq edir ki, lazımi yardım gəlməsə vəziyyət nəzarətdən çıxa bilər. Su basmış ərazilərdə yaradılan müvəqqəti səhiyyə müəssisələri və səyyar düşərgələr son 24 saat ərzində 78 mindən çox , iyulun 1-dən isə 2 milyondan çox xəstəni müalicə edib. Daşqınlardan əziyyət çəkən ərazilərdə ağcaqanad kimi həşəratlar xəstəliyin yayılmasını sürətləndirir. Qeyd edək ki, Pakistanda güclü yağışlar nəticəsində 552-si uşaq, 315-i qadın olmaqla 1545 nəfər həyatını itirib, 12 min 850 nəfər isə yaralanıb. Milyonlarla insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.
21-09-2022, 20:23
Tacikistan atəşkəsi pozdu - Sərhəddə vəziyyət gərgindir


Tacikistan atəşkəsi pozdu - Sərhəddə vəziyyət gərgindir

Tacikistan tərəfi Qırğızıstanla sərhəddə iki dəfə atəş açıb. Hazırda vəziyyət gərgin olaraq xarakterizə olunur. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidməti məlumat yayıb. "Atışma Qırğızıstanın Batken rayonunun Dostuk kəndi istiqamətində baş verib”, - məlumatda deyilir. Qeyd edək ki, bir neçə gün öncə Tacikistan-Qırğızıstan sərhədində silahlı toqquşmalar baş verib. Hadisə nəticəsində hər iki tərəf ağır itkilər verib. Daha sonra atəşkəs rasılaşması əldə olunub.
21-09-2022, 20:12
NATO və ABŞ-dan Putinin nüvə hədəsinə cavab


NATO və ABŞ-dan Putinin nüvə hədəsinə cavab

"Rusiyanın təhdidlərinə uyğun olaraq cavab verəcəyik". Bunu NATO Baş katibi Yens Stoltenberq Rusiya prezidentinin nüvə təhdidinə münasibət bildirərkən deyib. "Putinin çıxışı bizim üçün gözlənilən idi. Təbii ki, buna hazırlaşırdıq. Eyni zamanda, Ukraynaya yardımı davam etdirəcəyik", - deyə NATO rəhbəri vurğulayıb. Bundan əlavə, rəsmi Vaşinqton da prezident Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı xəbərdarlığına reaksiya verib. “Biz təhdidi ciddi qəbul edirik. Ehtiyac yaranarsa, onlara cavab verəcəyik", - rəsmi açıqlamada deyilir. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahı ilə hədələyib. "Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik", - Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.
21-09-2022, 20:08
Şarl Mişel Putinin səfərbərlik qərarını şərh etdi


Şarl Mişel Putinin səfərbərlik qərarını şərh etdi

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiya prezidenti Vladimir Putinin ölkədə qismən hərbi səfərbərlik keçirmək barədə bəyanatını şərh edib. Butov.az xəbər verir ki, Şarl Mişel tvitter-də yazıb: "Kreml səfərbərliyi Beynəlxalq Sülh günündə və BMT Baş Assambleyasında ölkələrin əməkdaşlıq, təhlükəsizlik və firavanlıq yollarını tapmağa çalışdığı bir vaxtda elan edib". Ş.Mişelin sözlərinə görə, Avropa Şurasının Ukraynaya dəstəyi dəyişməzdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!