21-09-2022, 18:47
Makron Ermənistan-Azərbaycan münasibətlərindən bəhs etdiFransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Vaaqn Xaçaturyana Dövlət Müstəqilliyi günü münasibətilə təbrik məktubu göndərib.
Butov.az xəbər verir ki, Makronun təbrik mesajında ermənilər və fransızlar dost xalqlar adlandırılıb. Makron deyib ki, Ermənistan Fransanın tam dəstəyinə arxalana bilər. “Fransa regionunuzda sabitlik, sülh və rifah naminə fəaliyyətini davam etdirmək əzmindədir. Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Fransa Minsk qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa İttifaqının səylərini dəstəkləyir. Bu baxımdan, xalqlarımızın mənafeyi naminə mənim şəxsi dəstəyimə arxalana bilərsiniz”,- deyə Makron vurğulayıb.
21-09-2022, 18:43
Putinin nüvə hədəsinə Londondan cavab gəldiRusiya Prezidenti Vladimir Putinin çıxışı narahatlıq doğurur və onun hədələri ciddi qarşılanmalıdır. Bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Gilian Kiqan deyib. “Aydındır ki, bu ciddi qarşılanmalı bir məsələdir, çünki bilirsiniz, nəzarət bizdə deyil – nəzarətin heç onda olduğuna da əmin deyiləm. Bu açıq-aşkar eskalasiyadır”, - Britaniya rəsmisi Putinin çıxışına cavab olaraq bildirib. Onun sözlərinə görə, Rusiya tərəfindən belə təhdidlər dəfələrlə olub. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahlı ilə hədələyib. "Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik", - Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.
21-09-2022, 18:40
Erməni hərbçilərin məzarına gətirilən əklillər dağıdılıbErmənistanda döyüşlər zamanı ölən hərbçilərin yaxınları və qohumları “Yerablur” hərbi məzarlığında hökumət nümayəndələrinin qoyduqları əklilləri aşırıblar.
Butov.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər. “Əgər bu mənəviyyatsız insanlar ölən əsgərlərin analarına bu cür rəftara yol verirsə, onların əklilləri burada olmamalıdır. Onlar ən həssas yerdən vurdular”, - deyə etirazçılardan biri söyləyib. Qeyd edək ki, ötən gün Ermənistanda ölən hərbçilərin yaxınları ilə polis əməkdaşları arasında qarşıdurma yanaşıb.
21-09-2022, 18:38
İtkilərimiz çoxdur - Peqovdan Şoyquya etirazRusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın müharibədə 61 207 hərbçi itirdiyini, Rusiya tərəfindən isə 5937 nəfərin həlak olduğunu açıqlayıb.
Butov.az xəbər verir ki, ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqov "Telegram" kanalında Şoyqunun bu açıqlamasına etiraz edib. Şoyqu Rusiyanın müharibədəki real itkilərinin açıqlanan rəqəmdən daha çox olduğunu iddia edib. “Şoyquda necədir deyə bilmərəm, lakin bizim itkilərimiz daha çoxdur”, - Peqov bildirib.
21-09-2022, 18:35
Ruslar səfərbərliyə qarşı etirazlara başlayırRusiyada müharibə əleyhinə genişmiqyaslı aksiyalar başlayır. Bu barədə Rusiya mediası məlumat yayıb. Aksiya təşkilatçıları vətəndaşları etirazlara qoşulmağa səsləyiblər. Məlumata görə, bu gün Moskva vaxtı ilə saat 19:00-da bir çox şəhərlərin mərkəzində etirazlar başlayacaq. Aksiya iştirakçıları Rusiya Prezidenti Vladimir Putini ölkədə səfərbərlik elan edilməsi ilə bağlı qərarı ləğv etməyə çağırıblar: "Atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin qurbanı olacaq. Bu kimə lazımdır? Putinin maraqlarına görə uşaqlarımız ölür". Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
21-09-2022, 18:33
Deputat onlara şəhid statusunun verilməsini təklif etdiMilli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu hərbi xidmət dövründə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçilərə şəhid statusunun verilməsini təklif edib.
Butov.az-ın məlumatına görə, deputat komitənin bugünkü iclasnda çıxışı zamanı “Şəhid adının verilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik edilməlisinin labüdlüyündən danışıb. O, təkliflərini Milli Məclisə təqdim etdiyini bildirib: “Vətən müharibəsi dövründə hərbi xidmət keçən zaman, yaxud hərbi vəifəsini yerinə yetirən zaman hər hansı bədbəxt hadisə nəticəsində həyatını itirənlərə də şəhid adı verilsin. Bu, mənim təklifimdir və çox həssas məsələdir”.
21-09-2022, 18:31
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırdı“Sumqayıt” komandası baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb.
Butov.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Klub belaruslu baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. "Sumqayıt" cari mövsüm Premyer Liqada 7 oyundan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.
21-09-2022, 18:28
Putin Paşinyana məktub göndərdi: “Sülh vacibdir”
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyana Ermənistanın Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məktubda deyilir: "Rusiya-Ermənistan münasibətləri yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Rusiya və Ermənistan qardaş xalqlardır. 2020 və 2021-ci illərdə bağlanmış üçtərəfli sazişlərin ardıcıl icrası uzunmüddətli sülhün təmin edilməsi üçün yaxşı əsasdır, bu, Qafqazda təhlükəsizlik üçün vacibdir”.
21-09-2022, 18:22
“Ukrayna ordusunun itkiləri 100 mindən çoxdur” - ŞoyquUkrayna Silahlı Qüvvələrinin itkiləri 100 mindən çoxdur. Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Ukrayna və Qərb bu qədər insanın ölümünə səbəb olub. Xatırladaq ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əmliyyatlara başlayıb. Şoyqu bu gün xalqa müraciətində deyib ki, Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatda 5937 hərbçisini itirib.
21-09-2022, 18:20
Şoyqu Rusiyanın itkilərini açıqladı - Cəmi 6 min hərbçi...
“Ukraynadakı xüsusi hərbi əməliyyatda 5937 hərbçimiz həlak olub”. Bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. Müdafiə nazirinin sözlərinə görə, hazırda Donbas uğrunda ağır döyüşlər gedir. "Rusiya xalqının birliyinə güvənirik", - deyə Şoyqu vətəndaşlara müraciət edib. O, həmçinin vurğulayıb ki, hərbi təcrübəsi olan Rusiya vətəndaşları səfərbərliyə cəlb olunacaq. Qismən səfərbərliyə ehtiyatda olan 300 min əsgər çağırılacaq. Həmin şəxslər Rusiyanın nəzarətində olan ərazilərdə xidmət edəcəklər. Xatırladaq ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əmliyyatlara başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı son məlumata görə, Rusiyanın müharibə başlayandan bəri 54 810-a yaxın hərbi qulluqçusu ölüb.