17-09-2022, 14:38
Rusiyanın Su-24 təyyarəsi vurulduUkrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiyaya məxsus bir Su-24 təyyarəsini, üç qanadlı raketi və bir pilotsuz təyyarəni məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat paylaşılıb. Qeyd edək ki, Rusiya ordusu Ukraynaya qarşı müharibəyə başlayandan bəri ən azı 5800 hərbi texnika itirib. Onlardan 3668-i məhv edilib, 136-sı zədələnib, 303-ü tərk edilib, 1693-ü qənimət götürülüb.
17-09-2022, 14:36
Kupyansk ruslardan azad edildiUkrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib.
Butov.az xəbər verir ki, bu barədə KRAKEN hərbi bölməsinin komandiri Sergey Veliçko açıqlama verib. Veliçko deyib ki, Rusiya qoşunu şəhərin sol hissəsindən çıxarılıb:"Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi". Komandir əlavə edib ki, Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.
17-09-2022, 14:31
Ərdoğan ABŞ-a yola düşdüTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edib. Bu barədə TRT telekanalı məlumat yayıb. Dövlət başçısı Nyu-York şəhərində BMT Baş Assambleyasının iclasında iştirak edəcək. Məlumata görə, Ərdoğan ABŞ Prezidenti Co Bayden daxil olmaq bir sıra görüşlər keçirəcək.
17-09-2022, 14:29
Çin liderindən rəngli inqilab xəbərdarlığı - Dəstək istədiÇin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının iclasında üzv ölkələrə rəngli inqilablarla bağlı xəbərdarlıq edib.
Butov.az xəbər verir ki, o, təşkilata üzv ölkələri "rəngli inqilab" adlandırılan xalq üsyanlarının qızışdırılmasının qarşısını almaqda bir-birini dəstəkləməyə çağırıb. O, həmçinin bildirib ki, Çin qarşıdakı 5 il ərzində üzv ölkələrin hüquq-mühafizə orqanlarının 2000 əməkdaşına təlim keçəcək və antiterror işlərinə yönəlmiş təlim bazası yaradacaq. Çinin inkişaf etməkdə olan ölkələrə 1,5 milyard yuan (214 milyon dollar) dəyərində taxıl və digər növ yardımlar verəcəyini söyləyən Si Cinpin ölkəsinin iqtisadiyyatının dayanıqlı olduğunu vurğulayıb.
17-09-2022, 14:26
Rusiya Avstraliyaya sanksiya tətbiq etdiRusiya Avstraliyanın 41 vətəndaşına sanksiya tətbiq edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. "Qara siyahı"ya salınan şəxslərin əksəriyyəti jurnalistdir. Bundan başqa, siyahıya Avstraliyanın müdafiə sənayesinin nümayəndələri də daxil edilib. Sanksiya siyahısında olan şəxslərin Rusiyaya girişi qeyri-müəyyən müddətə qadağan edilib. İyulun 1-də Avstraliya 16 rusiyalı iş adamı və məmuruna qarşı sanksiya tətbiq edib.
17-09-2022, 14:21
Vərəsəliklə bağlı yeni qərar verildiKonstitusiya Məhkəməsi vərəsəlik hüququ ilə bağlı qərar qəbul edib.
Butov.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 1159-cu maddəsinin bəzi müddəalarının 1165-ci maddə ilə əlaqəli şəkildə şərhi üçün müraciət edib. Konstitusiya Məhkəməsi müraciət əsasında konstitusiya işinə baxıb və müvafiq qərar qəbul edib. Qərarda deyilir ki, Mülki Məcəllənin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər.
16-09-2022, 19:21
Cüdoçumuz Avropa çempionu oldu Çexiyanın paytaxtı Praqadakı gənclər arasında cüdo üzrə Avropa çempionatında cüdoçumuz Vüsal Qələndərzadə final görüşünə çıxıb.
Butov.az xəbər verir ki, 73 kq çəkidə yarışan idmançı qızıl medal uğrunda yarışda italiyalı Luici Sentraççio ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Qələndərzadə Avropa çempionu olub.
16-09-2022, 19:19
Prokurorluq şəhid qardaşının videosuna görə hərəkətə keçdiSənan Əhmədovun şəhid qardaşı Səbuhi Əhmədovun hərbi xidmət yerini dəyişmək üçün bankdan kredit götürərək rüşvət verməsi barədə fikirlərinin əks olunduğu sosial şəbəkələrdə yayılmış video, həmçinin sonradan həmin cinayət xarakterli məlumatların təkzib edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin qeydə alındığı digər video üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün prokurorluq orqanları tərəfindən əhəmiyyət kəsb edən bütün hallarla tam və hərtərəfli araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hər iki xüsusat üzrə təqsiri müəyyən ediləcək şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcək."Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, aparılan araşdırma ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması yolverilməzdir və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - deyə rəsmi məlumatda qeyd olunub.
16-09-2022, 19:17
COVID statistikası: 234 yoluxma, 5 ölüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 234 yeni yoluxma faktı qeydə alınıb, 337 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 819 124 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 433 nəfər müalicə olunaraq sağalıb, hazırda 1810 aktiv xəstə var. Bu günə qədər 9881 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 929, bu günə qədər isə ümumilikdə 7 209 734 test icra olunub.
16-09-2022, 19:15
Ermənistan sülhü əngəlləmək üçün atəşkəsi pozur - Nazir müaviniSentyabrın 16-da Bakıda Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Bu barədə XİN-dən məlumat verilib. Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Yulian Fota rəhbərlik ediblər. Danışıqlar zamanı bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin yüksək səviyyədə qeyd edildiyi vurğulanıb. Daha sonra strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, müxtəlif istiqamətlərdə, o cümlədən enerji, logistika, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan istifadə etməyin vacibliyi vurğulanıb. Ticarət-iqtisadi əlaqələrinin inkişafında müsbət dinamika müşahidə olunsa da, onun daha da inkişaf etdirilməsnin hər iki ölkənin maraqlarına uyğun olduğu qeyd edilib. Nazir müavini X.Xələfov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, erməni işğalından azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan sülh gündəliyini irəli sürüb və regionda sülhün bərqərar olması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün müvafiq addımlar atır. Təəssüflə bildirilib ki, Ermənistan tərəfi sülh gündəliyinin irəliləməsini dayandırmaq, üçtərəfli razılaşmaların həyata keçirilməsini əngəlləmək üçün son zamanlar atəşkəsi ardıcıl olaraq pozmağa davam etmiş və nəticədə sentyabrın 12-də iki ölkənin sərhədində ağır nəticələrə səbəb olmuş silahlı təxribat törətmişdir. Y.Fota Rumıniyanın Azərbaycanla əməkdaşlığa və onunla əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb. O, ölkəsinin iqtisadi münasibətlərin, xüsusən də enerji sahəsində əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini bildirib. Hazırkı beynəlxalq böhran şəraitində Azərbaycanın Avropa üçün vacib ölkə olduğu, Avropa və Asiya arasında enerji, logistika, kommunikasiya, ticarət sahələrində mühüm körpü olduğu qeyd olunub. Hər iki tərəf dövlətlərin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyi prinsiplərinə daima sadiq olduqlarını qeyd ediblər. Görüş zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi və onun ikitərəfli münasibətlərin inkişafı üçün əhəmiyyəti vurğulanıb.