Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
16-09-2022, 19:12
19 yaşlı şəhid Astarada dəfn olundu


19 yaşlı şəhid Astarada dəfn olundu

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 19 yaşlı əsgər Qurbanzadə Cəmil Anar oğlu dəfn edilib. Butov.az xəbər verir ki, şəhidlə doğulduğu Astara rayonunda torpağa tapşırılıb. Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdən sonra şəhid Astara rayon qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 350-400 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.
16-09-2022, 19:10
Şəhidlərdən biri tələbə olub, hələ təhsilini başa vurmamışdı


Şəhidlərdən biri tələbə olub, hələ təhsilini başa vurmamışdı

Şəhid Polad Şirinov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kollecinin tələbəsi olub və hələ təhsilini başa vurmamışdı. Bu barədə AzMİU-nin mətbuat katibi Nicat Abdullayev bildirib. “Sentyabrın 12-sindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Polad Şirinov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kollecinin tələbəsi olub. 5 oktyabr 2002-ci ildə Bakı şəhərində anadan olmuş Polad Şirinov orta məktəbi bitirdikdən sonra AzMİU-nun nəzdində İnşaat Kollecinin su təchizatı və suayırma ixtisasına qəbul olunub. O, Vətən müharibəsi ərəfəsində təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb və xidməti başa çatdıqdan sonra müddətdən artıq hərbi quluqçu kimi ordu sıralarında xidmətini davam etdirib”, - deyə N.Abdullayev bildirib. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən son təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olan Polad Şirinov II Fəxri Xiyabanda dəfn olunub. AzMİU-nun, eləcə də tələbəsi olduğu İnşaat Kollecinin rəhbərliyi, şəhidin müəllimləri və tələbə yoldaşları şəhidin məzarını ziyarət edərək məzarının önünə əklil qoyublar. Allah rəhmət eləsin!



16-09-2022, 19:06
Şəhid Nihad Verdiyev son mənzilə yola salındı


Şəhid Nihad Verdiyev son mənzilə yola salındı

Sentyabrın 16-da Gəncə Şəhidlər xiyabanında Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın istiqamətində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər, 2003-cü il təvəllüdlü Verdiyev Nihad Nicat oğlunun nəşi torpağa tapşırılıb. Butov.az xəbər verir ki, dəfndə Dövlət Himni səslənib, yaylım atəşi açılıb. Vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar şurasının üzvü, Gəncə İmamzadə ziyarətgahının imamı hacı Tahir Abbasov, rayonun hüquq-mühafizə orqanları, idarə və müəssisələrinin rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Dəfn mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını yüksək peşəkarlıqla alıb, düşmənə layiqli cavab verib. Nəticədə Ermənistan silahlı qüvvələrinin yüzlərlə canlı qüvvəsi və hərbi texnikası, silah-sursatı məhv edilib. Təəssüf ki, bu təxribatın qarşısını alarkən şəhidlərimiz də olub. Tabuta bürünmüş Azərbaycan bayrağı şəhidin atası Nicat Verdiyevə təqdim edilib.


16-09-2022, 19:03
Laçınlı şəhid leytenant Ağcəbədidə dəfn olundu


Laçınlı şəhid leytenant Ağcəbədidə dəfn olundu

Laçından olan şəhid Qorxmaz İsgəndərovla vida mərasimi keçirilib. Butov.az xəbər verir ki, Laçından olan şəhid İsgəndərov Qorxmaz İsgəndər oğlu ilə vida mərasimi laçınlıların kompakt məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə icra başçısı və nümayəndələri, hüquq mühafizə orqanları və rayon içtimaiyyəti iştirak edib.Daha sonra həmin ərazidə salınmış məzarlıqda dəfn olunub. Qeyd edək ki, Qorxmaz İsgəndərov Laçın rayon Sadınlı kənd sakinidir. Atası İsgəndər İsgəndərov isə Laçın rayon icra hakimiyyəti başçısının Sadınlı kəndi üzrə ərazi nümayəndəsi vəzifəsində çalışır. Şəhid Q. İsgəndərov dövlət sərhəddinin Kəlbəcər rayon ərazisində Ermənistan ordusunun törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.





16-09-2022, 18:55
20 yaşlı əsgər Cəlilabadda dəfn edildi


20 yaşlı əsgər Cəlilabadda dəfn edildi

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 20 yaşlı əsgər Kəlbiyev İsa Rəhim oğlu dəfn edilib. Butov.az xəbər verir ki, şəhid doğulduğu Cəlilabad rayonunun Göytəpə şəhərində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdən sonra şəhid Göytəpə şəhər qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 350-400 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.
16-09-2022, 18:52
2 nəfər ölüb, 55 nəfər yaralanıb - Qırğızıstan yeni məlumat yaydı


2 nəfər ölüb, 55 nəfər yaralanıb - Qırğızıstan yeni məlumat yaydı

Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş vermiş münaqişənin nəticələri barədə yeni məlumat yayıb. Butov.az xəbər verir ki, nazirliyin məlumatına görə, Tacikistanla münaqişə zamanı 2 Qırğızıstan vətəndaşı ölüb, 55 nəfər yaralanıb. Xatırladaq ki, bü gün səhər Qırğızstan-Tacikistan sərhədində atəşkəs yenidən pozulub. Daha sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarov tacikistanlı həmkarı İmomali Rahmonla sərhəddəki vəziyyətlə bağlı təkbətək danışıqlar aparıblar. İki ölkə lideri atəşi dayandırmağa, qoşunların təmas xəttindən çıxarılması barədə müvafiq strukturlara göstəriş verməyə razılaşıblar. İki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri hadisə yerində fəaliyyət göstərəcək, hadisənin baş vermə şəraiti və səbəblərini araşdırmaq üçün komissiya yaradılacaq.
16-09-2022, 18:40
Şəhid Səbuhinin qardaşının hər iki videosu araşdırılır


Şəhid Səbuhinin qardaşının hər iki videosu araşdırılır

"Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır". Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib."Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - Baş Prokurorluqdan bildirilib.
16-09-2022, 18:38
Şəhid Fərid Quliyev Lökbatanda dəfn olunub


Şəhid Fərid Quliyev Lökbatanda dəfn olunub

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Quliyev Fərid Vahid oğlunun nəşi Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evinə gətirilib. Butov.az xəbər verir ki, 2003-cü il təvəllüdlü şəhidlə evində vida mərasimi keçirildikdən sonra Fərid Quliyev Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib, yaylım atəşi açılıb. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

16-09-2022, 18:36
Daha təhlükəli ştam gəlir – ÜST xəbərdarlıq etdi


Daha təhlükəli ştam gəlir – ÜST xəbərdarlıq etdi

Dünyada səhiyyə sistemləri koronavirusun yeni, daha təhlükəli ştamının yaranmasına reaksiya verməyə hazır olmalıdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlərə dair proqramının direktoru Maykl Rayan deyib. Rayan dünyada COVID-19-a qarşı mübarizədə vəziyyətin yaxşılaşdığını bildirib. Onun sözlərinə görə, planetimizin əhalisinin xeyli hissəsi hələ də vaksinasiya olunmayıb.“Daha yoluxucu və virulent olan yeni ştamın yaranması bizi geri çəkilməyə vadar edə bilər. Biz sayıqlığı qorumalıyıq. Səhiyyə sistemləri buna reaksiya verməyə hazır olmalıdırlar. Əgər koronavirusun yeni variantı əmələ gələrsə, onu xarakterizə etmək üçün qat-qat çox vaxt lazım gələ bilər", - deyə ÜST rəsmisi vurğulayıb.
16-09-2022, 18:33
Elnur borca görə təhsilini yarımçıq qoyub? - Açıqlama


Elnur borca görə təhsilini yarımçıq qoyub? - Açıqlama

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan 77 şəhiddən biri Elnur Nərbala oğlu Məhərrəmovdur. O 2018-2021-ci illərdə Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbəsi olub. Yayılan məlumatlara görə, ödənişli əsaslarla oxuyan Elnur III kursun yarısında təhsilini dondurub və hərbi xidmətə yollanıb. Bildirilib ki, onun bu addımı atmasına səbəb təhsilhaqqını ödəyə bilməməsi olub. Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Bilalova cavab olaraq, deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib. Universitet rəsmisinin sözlərinə görə, Elnur ödənişləri tam vaxtında ödəyirmiş:“Tələbə kənarlaşdırılma ərizəsi ilə müraciət edirsə, biz bunu qəbul etməliyik. Elnur da bizə belə ərizəylə müraciət etmişdi. O, təhsil aldığı müddətdə ödənişlərini tam ödəyib. Həmin ixtisasın illik təhsil haqqı 2 min manat idi. Elnur ərizə yazıb yenidən universitetə gələ bilərdi, bu mümkün idi”.
Şəhidin əmisi Zaur Məhərrəmov isə universitetdən verilən açıqlamanı yalanlayıb: “Elnur oxumaq istəyirdi, müəllim yanına hazırlığa getdi və qəbul oldu. Təhsili ödənişli idi, müəyyən müddət oxumağı üçün köməklik edildi. Ailəsi kasıb olduğu üçün təhsil haqqını davamlı ödəyə bilmədi. Ona görə təhsilini yarımçıq qoyub, ordu sıralarına yazıldı. Əsgərliyini bitirəndən sonra orduda qalıb xidmətini davam etdirmək istəyirdi. Bu barədə mənə də demişdi". Z.Məhhərəmov özünün də həbçi olduğunu vurğulayıb: "Elnur bu yolu özü könüllü seçmişdi, heç kim məcbur etməmişdi”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!