17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
16-09-2022, 18:01
Döyüşdə çəkiliş edilməməsi üçün qanun dəyişəcək


Döyüşdə çəkiliş edilməməsi üçün qanun dəyişəcək

"Döyüş əməliyyatlarına və posta gedən hərbçilərin mobil telefon və ya hansısa çəkiliş aparatının olması yolverilməzdir. Biz bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təşəbbüslə çıxış etməliyik". Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Bəxtiyat Sadıqov deyib. Onun sözlərinə görə, son təxribatlar zamanı hərbçilərin videoçəkilişlər edib yaydığı müşahid olunub. “Bu çəkilişlər düşmənə koordinasiyanı müəyyən etməyə imkan verir. Hesab edirəm ki, bu cür çəkilişlər yolverilməzdir və bunun qarşısının alınması üçün qanunvericiliyə mümkün dəyişiklik etməliyik”.
16-09-2022, 17:59
BMT-də kritik müzakirələr - Hansı ölkə Ermənistana dəstək olub…


BMT-də kritik müzakirələr - Hansı ölkə Ermənistana dəstək olub…

Ermənistanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına ünvanladığı məktubu əsasında ötən gün şuranın toplantısı keçirilib. Butov.az xəbər verir ki, toplantıda Azərbaycan və Ermənistan sərhədində yaranan gərgin vəziyyət müzakirə edilib. İclasda müzakirələr açıq rejimdə aparılıb və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin və Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan çıxışları dinlənilib.
Daha sonra toplantıda ayrı-ayrı ölkələrin təmsilçiləri çıxış ediblər. Bəzi ölkələrin nümayəndələrinin çıxışları onların münaqişə ilə bağlı mövqeyini ortaya qoyub. Belə ki, Hindistan nümayəndəsi sərhəddə baş verən hadisələdən narahat olduğunu bildirib. O, çıxışı zamanı açıq-aşkar işğalçı Ermənistana dəstəyini ifadə edib.“Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan sərhədində olan gərginliyi izləyir və hadisələrdən narahatdır. Biz təcavüzkar tərəfi (Hindistan nümayəndəsi təcavüzkar dedikdə Azərbaycanı nəzərdə tutur-red) hərbi əməliyyatları dayandırmağa çağırırıq. Hindistan beynəlxalq hüquqa və ölkələrin suverənliyinə hörmətlə yanaşır. Beynəlxalq səviyyədə tanınan sərhədləri tanıyır”. Çin Xalq Respublikasının nümayəndəsi isə rəsmi Pekinin iki ölkə arasında münasibətlərin Qarabağ münaqişəsi çərçivəsində həll olunmasına diqqət çəkib:"Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması Qarabağ münaqişəsinin həllindən ayrılmazdır". ABŞ nümayəndəsi isə münasibətlərin sadəcə diplomatik yolla həllinə tərəfdar olduqlarını söyləyib:“Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli ola bilməz. Bu, sadəcə diplomatik yolla həll olunacaq məsələdir”. Daha sonra Fransa nümayəndəsi çıxış edərək, gözlənildiyi kimi Ermənistanın müdafiəsinə qalxıb: “Biz Azərbaycanı qoşunlarını əvvəlki mövqelərinə çəkməyə çağırırıq, Ermənistanın ərazi bütövlüyü qorunmalıdır”. İrlandiya nümayəndəsi iki ölkə arsında atəşkəsin əldə olunmasını alqışlayıb:“Azərbaycan və Ermənistan arasında atəşkəs xəbərini alqışlayırıq. Atəşkəsə və əvvəlki beynəlxalq müqavilələrə hörmət etməyə çağırırıq”.
Ardınca Rusiya nümayəndəsi söz alaraq, digər həmkarları kimi tərəfləri dialoqa səsləyib: “Azərbaycanı və Ermənistanı təmkinli olmağa çağırırıq. Məsələ tərəflər arasında dialoq formatında həll olunmalıdır”. Sonda BMT nümayəndəsi Bakı və İrəvan arasında gərginlik üçün təcili işlər görülməli olduğunu diqqətə çatdırıb:“Ermənistan və Azərbaycan arasında gərginliyi azaltmaq üçün təcili və konkret addımlar atmağa çağırırıq”. Müzakirələrdən sonra iclas başa çatıb. Lakin Ermənistan gözlədiyi nəticəni əldə edə bilməyib. BMT-nin iclasında hər hansı qətnamə qəbul olunmayıb, sadəcə təklif və tövsiyə xarakterli mesajlar səsləndirilib.
16-09-2022, 17:56
Zelenski: “Bütün Xarkov vilayəti işğaldan azad edilib”


Zelenski: “Bütün Xarkov vilayəti işğaldan azad edilib”

“Bu gün demək olar ki, bütün Xarkov vilayəti işğaldan azad edilib”. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da məlumat verib."Bu, əsgərlərimizin görünməmiş qəhrəmanlığıdır. Ukraynalılar yenə də çoxlarının qeyri-mümkün hesab etdiyi işi bacardılar", - o qeyd edir. Eyni zamanda prezident xatırladıb ki, Rusiya ordusu Xarkov vilayətində 5 aydan artıq idi ki, yerləşmişdi."Və bu müddət ərzində işğalçılar sadəcə dağıtdılar, talan edib apardılar. Onlar xarabalığa çevrilmiş kəndlər qoydular, bəzilərində isə bircə dənə də olsun sağ qalmış ev yoxdur. Rusiya soyqırımından başqa heç nə gətirə bilməz.”, - deyə Zelenski vurğulayıb. O, dağıdılmış yaşayış binalarının fotoşəkillərini, qətlə yetirilən ukraynalıların məzarlarını göstərib.
16-09-2022, 17:53
İctimai TV-də kadr və struktur dəyişikliyi


İctimai TV-də kadr və struktur dəyişikliyi

Sentyabrın 15-də İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. Butov.az xəbər verir ki, iclasda əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şirkətin Baş Direktoru Balakişi Qasımov İctimai Teleradionun yeni mövsümə hazırlıq məsələləri, həyata keçirilməsi planlaşdırılan layihələr barədə Şura üzvlərinə ətraflı məlumat verib. Ayrı-ayrı verilişlərin ictimai əhəmiyyəti, aktuallığı haqqında ayrıntılı müzakirələr aparılıb. Çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova, Salman Musayev həyata keçirilən layihələr və planlaşdırılan işlər barədə fikir və təkliflərini səsləndiriblər. Daha sonra Baş Direktorun təqdimatına əsasən, bəzi vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib. Yayım Şurasının qərarı ilə Osmanova Günel Aslan qızı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Yusifzadə Aynur Firuddin qızı İnsan Resursları departamentinin direktoru, Dadaşov Əfsər Əziz oğlu isə Maliyyə departamentinin direktoru vəzifəsinə təyin ediliblər. Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində aparılan kadr və struktur dəyişikliyi iş əmsalının yüksəldilməsinə xidmət edir.


16-09-2022, 17:50
Hərbi qeydiyyata alınma qaydası dəyişir


Hərbi qeydiyyata alınma qaydası dəyişir

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilir. Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirilib. Belə ki, qanunun 6-cı maddəsinə təklif olunan dəyişikliklə vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydası dəyişdirilir. Dəyişikliklə qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir. Qanun 6.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. doğum haqqında şəhadətnamənin surəti;
2. ailə tərkibi haqqında arayış;
3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
5. tərcümeyi-hal;
6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
16-09-2022, 17:47
Daha 6 şəhidimizin adı açıqlandı


Daha 6 şəhidimizin adı açıqlandı

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan daha 6 hərbçinin adını açıqlayıb. Butov.az xəbər verir ki, bununla da şəhid hərbi qulluqçuların sayı 77-yə çatıb. Daha əvvəl bu rəqəm 71 idi. Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı






16-09-2022, 17:40
"Yüngül xəsarətə görə 550 manat alıb" - Dilənən qazilə bağlı rəsmi açıqlama


"Yüngül xəsarətə görə 550 manat alıb" - Dilənən qazilə bağlı rəsmi açıqlama

Sentyabrın 15-də sosial şəbəkələrdə Bakıdakı marketlərdən birinin qarşısında əlil arabasında oturmuş vəziyyətdə, maddi kömək istədiyi görüntüsü yayılan Ağdaş rayon sakini, Vətən müharibəsi iştirakçısı Quliyev Samit Samir oğlu ona əlillik verilmədiyini bildirib. Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov sosial şəbəkə hesabında yazıb. Agentlik rəsmisi qeyd edib ki, Samit Quliyev əlillik üçün indiyədək heç bir müraciət etməyib:"Hərbi həkim komissiyasında da Samitin müharibədə yaralanması ilə əlaqədar heç bir şəhadətnamə mövcud deyil. Özünün bildirdiyinə görə, o tam sərbəst hərəkət edir. Bununla belə, nazirliyin nümayəndələri onunla əlaqə saxlayıb və o bu gün sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib. Səhiyyə Nazirliyinin həkim komissiyası ilə birgə müayinə aparılacaq. Məlumat üçün deyək ki, müharibədə aldığı yüngül xəsarətə görə “Azərsığorta” tərəfindən 550 manat sığorta ödənişi alıb".
16-09-2022, 17:36
Müharibənin diplomatiya yolu ilə bitməsinə çalışırıq


Müharibənin diplomatiya yolu ilə bitməsinə çalışırıq

“Bu gün bəzi ölkələr təcrid olunmağa üstünlük verirlər. Halbuki indi daha çox həmrəy olmalıyıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı deyib. "Beynəlxalq sistemdə islahatların aparılmasına ehtiyac var. Regionda və dünyada sabitlik üçün çalışırıq. Məqsədimiz regionda və dünyada sülhü təmin etməkdir. Ukraynadakı müharibənin diplomatiya yolu ilə başa çatması üçün çalışırıq. Ukrayna taxılının Afrikadakı qardaşlarımız başda olmaqla ən çox ehtiyacı olanlara çatdırılmasına çalışırıq”, - deyə Ərdoğan qeyd edib.
16-09-2022, 17:33
Qarabağda tikiləcək məktəblərin sayı açıqlandı


Qarabağda tikiləcək məktəblərin sayı açıqlandı

2022-2023-cü tədris ili üzrə Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərində orta ümumtəhsil məktəblərinin tikintisi aparılacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şuşa şəhərində 960 yerlik 1 nömrəli tam orta məktəbin tikintisi davam etdirilir. Həmçinin Ağdam şəhərində 1 nömrəli tam orta məktəbin tikintisi aparılır. Füzuli şəhərində artıq 960 yerlik tam orta məktəbin inşasına başlanılıb. Yaxın zamanda isə Cəbrayıl şəhərində 960 yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəb, həmçinin Şuşa Real Məktəbi və Füzuli Peşə liseyinin binalarının tikintisinə start veriləcək.
16-09-2022, 17:30
Rusiya NATO üçün ən böyük təhlükədir


Rusiya NATO üçün ən böyük təhlükədir

Rusiya hazırda NATO üçün ən böyük təhlükədir. Bunu Almaniya kansleri Olaf Şolts deyib. “Məhz buna görə də, Almaniya bu gün Avropanın təhlükəsizliyini təmin etmək üçün aparıcı rol oynamağa hazırdır”, - Şolts Rusiyanın NATO üçün böyük təhlükə yaratdığını sözlərinə əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!