16-09-2022, 16:48
Kürdəmirdə qardaş qardaşı bıçaqladıKürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Şahsevən kəndində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində 32 yaşlı Əhmədov Rəşad Hacıağa oğlu qardaşı tərəfindən bıçaq xəsarəti alıb. Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata götürülüb. Hadisəni törədən qardaş isə polis əməkdaşları tərəfindən saxlanılıb.
16-09-2022, 16:45
ABŞ-dakı səfirliyimiz qarşısında erməni təxribatıSentyabrın 15-də ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında “etiraz aksiyası” keçirməyə cəhd ediblər.
Butov.az xəbər verir ki, aksiya iştirakçıları səfirliyimiz tərəfindən Azərbaycanın Dövlət Himni, hərbi marşları və vətənpərvərlik mövzusunda musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla "qarşılanıblar”. Səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı ermənilərin planlarını pozub. Belə ki, səsləndirdikləri əsassız şüarları özləri belə eştiməkdə çətinlik çəkiblər. Ermənilər xislətlərinə uyğun olaraq, özləri ilə gətirdikləri və təhrif olunmuş məlumatların yazıldığı plakatlar və qondarma “bayraqlarla” səfirliyimizin fonunda şəkil çəkdirməyə çalışıblar. Lakin onlar bu istəklərinə də nail ola bilmədən, plakatlarını da qoyub ərazidən uzaqlaşmaq məcburiyyətində qalıblar. Azərbaycan səfirliyinin qarşısında üçrəngli Dövlət Bayrağımız əzəmətlə dalğalanıb və Dövlət Himninin sədaları ucadan səsləndirilib. Aksiya zamanı səfirliyin ərazisinə müdaxilə olmayıb.
16-09-2022, 16:42
Paşinyana qarşı etirazlar davam edirİrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.
Butov.az xəbər verir ki, paytaxtın Baqramyan meydanında parlament binasının qarşısında onlarla etirazçı qalıb. Aksiya iştirakçıları Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinə gedərək ondan hərəkata rəhbərlik etməsini xahiş ediblər. Qeyd edək ki, ötən gündən etibarən Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar yenidən baş qaldırıb.
16-09-2022, 16:40
Şəhid qardaşı 6 minlik rüşvət iddiası haqda açıqlama yaydıErmənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsiylə bağlı yeni açıqlama yayıb.
Butov.az xəbər verir ki, şəhid qardaşı sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib: "Sosial şəbəkələrdə yayılmış, Səbuhinin verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Bu məsələni araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənilib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək". Qeyd edək ki, daha öncə məsələ ilə bağlı həm Müdafiə Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən araşdırma aparıldığı bildirilmişdi. Sənan Əhmədov ötən gün Müdafiə Nazirliyinə dəvət olunmuşdu.
16-09-2022, 16:37
Qırğızıstan-Tacikistan sərhədində atışma gedirQırğızıstan-Tacikistan dövlət sərhədində silahlı toqquşmalar davam edir. Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət gərgin olaraq qalır. Məlumata görə, Tacikistan tərəfi Batken vilayətinin Leylek rayonunun Kulundu, Maksat və Janı-Jer ərazilərini atəşə tutmağa başlayıb. Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin bu istiqamətdə dislokasiya olunmuş sərhəd xidmətinin hərbçiləri cavab tədbirləri görür.
16-09-2022, 16:33
KTMT nümayəndələri İrəvana gedibKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nümayəndə heyəti bu gün İrəvana səfər edib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, nümayəndə heyəti Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb. Qeyd edilib ki, KTMT təmsilçiləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin monitorinqini həyata keçirəcək.
16-09-2022, 16:31
Hərbçilərimiz yaralıSərhəddə baş vermiş atışma nəticəsində Ermənistan ordusu ağır itkilər verib. Qarşı tərəfin 450-ə yaxın hərbçisinin döyüşlərdə məhv edildiyi bildirilir. Bundan əlavə, erməni hərbçiləri arasında xeyli sayda yaralılar da var.
Butov.az xəbər ki, sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin yaralı erməni əsgərə ilkin tibbi yardım göstərməsinin görüntüləri yayımlanıb. Kadrlardan göründüyü kimi, hərbi qulluqçularımız yaralı erməni əsgərə yardım edərək, onun həyatını xilas ediblər.
16-09-2022, 16:26
“Qarabağ”ın qələbə qazandığı oyundan fotolarXəbər verdiyimiz kimi, “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. "Qarabağ"ın heyətində Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç fərqləniblər.
Butov.az görüşdən maraqlı görüntüləri təqdim edir: