17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
15-09-2022, 21:24
Adları bu gün açıqlanan şəhidlərin tam siyahısı və şəkilləri


Adları bu gün açıqlanan şəhidlərin tam siyahısı və şəkilləri

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Nazirlik şəhid olan daha 21 hərbi qulluqçumuzun adını elan edib. Bununla da sərhəddəki döyüşlərdə şəhidlik zirvəsinə ucalan hərbçilərimizin sayı 71 nəfərə çatıb. Butov.az saytı adları bu gün açıqlanan şəhidlərin siyahısını şəkillərlə birgə təqdim edir:
1. Səmədov Elnur Sədaqət oğlu
2. Muradov Seyfəddin Mahmud oğlu
3. Heydərov Şair Camaloviç
4. Elmir Hüseynov Abdul oğlu
5. Hüseynov Səddam Rafiq oğlu
6. Xəlilov Qədim İlqar oğlu
7. İmamquliyev Ümid Vüqar oğlu
8. Kərimov Zöhrab Azad oğlu
9. Qəfərli Amin Rasim oğlu
10. Quliyev Fərid Vahid oğlu
11. Qurbanov Xəqan Daşqın oğlu
12. Lətifov Fərid Qiyas oğlu
13. Mahmudzadə Ülvi Məzahir oğlu
14. Məhərrəmov Elnur Nərbala oğlu
15. Məhərrəmov Turan Tərlan oğlu
16. Məmmədli Namiq Ağəmməd oğlu
17. Məmmədov Səfiyar Elşən oğlu
18. Nəbiyev Hüseynalı Hikmət oğlu
19. Şirinov Polad Seyran oğlu
20. Verdiyev Nihad Nicat oğlu
21. Zülfüzadə Coşqun Ədail oğlu
15-09-2022, 21:21
Gələn ay toyu olacaqdı, şəhid oldu...


Gələn ay toyu olacaqdı, şəhid oldu...

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan Turan Məhərrəmovun nəşinin ailəsinə təhvil verilməsi ilə bağlı hazırlıqlar başlayıb. Butov.az xəbər verir ki, onun nəşi doğulduğu Zaqatala rayonu Qımır kəndinə aparılacaq.Rayon ictimaiyyəti hazırda şəhidin cənazəsini gözləyir. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Məhərrəmov Turan nişanlı imiş. Gələn ay toyu olacaqdı.

15-09-2022, 21:18
Rusiya və İran yeni saziş imzalayacaq


Rusiya və İran yeni saziş imzalayacaq

Rusiya Federasiyası ilə İran arasında əməkdaşlıq haqqında yeni saziş imzalanacaq. Bunu Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə deyib. “Son mərhələdə Rusiya və İran arasında əməkdaşlıq münasibətlərini qeyd edəcək yeni böyük saziş üzərində işləyirik. Moskva ilə Tehran arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir", - deyə Putin bildirib. Xatırladaq ki, Putin və Rəisi arasında işgüzar görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilib. İki ölkə liderləri arasında əvvəlki danışıqlar iyulun 22-də Tehranda baş tutub.
15-09-2022, 21:14
Ermənistan hökümətinin iclası təxirə salındı


Ermənistan hökümətinin iclası təxirə salındı

Ermənistan hökumətinin bu günə nəzərdə tutulan iclası təxirə salınıb. Butov.az xəbər verir ki, iclas sabah saat 11:00-a təyin olunub. Məlumata görə, baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçiriləcək iclasda Ermənistan-Azərbaycan sərhədindəki gərginlik müzakirə olunacaq. Qeyd edək ki, bundan əvvəl iclasın bu gün saat 15:00-da başlayacağı bildirilmişdi.
15-09-2022, 21:11
Türkiyə Müdafiə Nazirliyindən ordumuza növbəti dəstək


Türkiyə Müdafiə Nazirliyindən ordumuza növbəti dəstək

“Biz doğma qardaşıq, bir millət, iki dövlətik”. Butov.az xəbər verir ki, bu, Türkiyənin Milli Müdafiə Nazirliyinin Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı yaydığı paylaşımda bildirilib. “Bakının düşmən işğalından azad olunmasının 104-cü ildönümünü qeyd etdiyimiz bu xüsusi gündə Ermənistanın təcavüzkar və təxribatçı hərəkətlərinə güclü şəkildə duruş gətirən Qəhrəman Azərbaycan Ordusunu və nəcib Azərbaycan türk qardaşlarımızı salamalayırıq!”, - nazirlikdən qeyd olunub.

15-09-2022, 21:07
Daha 21 şəhidimizin adı açıqlandı


Daha 21 şəhidimizin adı açıqlandı

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Butov.az xəbər verir ki, nazirlik şəhid olan daha 21 hərbi qulluqçumuzun adını elan edib. Bununla da sərhəddəki döyüşlərdə şəhidlik zirvəsinə ucalan hərbçilərimizin sayı 71 nəfərə çatıb. Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı






15-09-2022, 21:01
KTMT ölkələrindən Ermənistana rədd cavabı


KTMT ölkələrindən Ermənistana rədd cavabı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi üzvləri Azərbaycan və Ermənistan sərhədində hərbi əməliyyatlara müdaxilə etmək qərarına veto qoyublar. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Belə ki, Qazaxıstan, Qırğızıstan və Tacikistan Ermənistanın tələblərini rədd edərək əməliyyatlara qarışmaqdan imtina ediblər. KTMT-nin birgə qərargahının rəhbəri Anatoli Sidorov keçirdiyi brifinqdə bildirib ki, onun rəhbərlik etdiyi qrup bu gün axşam saatlarında İrəvana gələcək.
15-09-2022, 20:59
Zakir Həsənov şəhid qardaşının rüşvət iddiası ilə bağlı tapşırıq verdi


Zakir Həsənov şəhid qardaşının rüşvət iddiası ilə bağlı tapşırıq verdi

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək.
15-09-2022, 20:55
Ermənistan parlamentində dava düşdü


Ermənistan parlamentində dava düşdü

Ermənistan parlamentinin sentyabrın 15-də keçirilən iclasında söyüş və təhqirlərlə müşayiət olunan dava-dalaş düşüb. Butov.az xəbər verir ki, hakim “Mülki Müqavilə” partiyasının deputatları “Hayastan” müxalifət blokundan olan həmkarları, “Daşnaksütyun” Partiyasının üzvü Qeqam Manukyanın bəyanat və müraciətləri ilə razılaşmayıblar. Qeqam Manukyan baş nazir Nikol Paşinyanın əvvəllər səsləndirdiyi bir sıra tezislərin qəbuledilməzliyini vurğulayıb.
“Biz bir sənəd imzalamaq istəyirik, ona görə çoxları bizi tənqid etməyə, söyməyə və satqın adlandırmağa başlayacaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, biz yenə də razı qalacağıq və minnətdar olacağıq. Xüsusən də bunun nəticəsində 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan Respublikası davamlı sülh və təhlükəsizlik tapacaqsa. Mən çox açıq deyirəm: bunu təmin edəcəkqərarı imzalayacağam. Və mənə sonradan nə olacağı maraqlı deyil. Mənə maraqlıdır ki, Ermənistan Respublikasının taleyi nə olacaq”, – Paşinyan bir gün əvvəl parlamentin tribunasından bildirmişdi. Bu bəyanata cavab olaraq minlərlə vətəndaş parlamentin yaxınlığında kortəbii aksiyaya başlayıb. Sonra Milli Təhlükəsizlik Xidməti medianı günahlandırıb. Bildirlib ki, media hökumət başçısının sözlərini təhrif edib. G.Manukyanın çıxışı zamanı zaldakı qışqırıq və nida səsləri ona mane olub. Deputatlar Vaaqn Aleksanyan, Kristin Poqosyan və Hasmik Akopyan daha çox fərqləniblər. Erməni deputatlar bir-birlərini təhqir ediblər. Hakim partiyadan olan parlament sədrinin müavini Akop Arşakyan məsələyə müdaxilə etmək məcburiyyətində qalıb. O, 30 dəqiqəlik fasilə elan edib.

15-09-2022, 20:53
Tehranla mövqelərimiz üst-üstə düşür - Putin


Tehranla mövqelərimiz üst-üstə düşür - Putin

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Butov.az xəbər verir ki, liderlər bir sıra məsələləri müzakirə ediblər. Onlar, digər məsələlərlə yanaşı, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA), ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional təhlükəsizlik, o cümlədən Suriya nizamlanması, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Putin bildirib ki, üzvlük prosesini yekunlaşdırmaq üçün formal məsələlər qalıb: "İranla Rusiyanın münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir. Moskva ilə Tehranın mövqeləri üst-üstə düşür".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!