9-10-2022, 19:46
Luqanskın 7 kəndi işğaldan azad olunduUkrayna ordusu Luqansk vilayətində 7 yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə vilayətin rəhbəri Sergey Qaydai məlumat yayıb. Bildirilib ki, Novolyubovka, Nevskoye, Qrekovka, Novoeqorovka, Nadejda, Andreevka və Stelmaxovka kəndləri ruslardan təmizlənib. Qaydai azad edilən ərazilərdən foto da paylaşıb.
9-10-2022, 19:43
Hərbçilərimiz Türkiyədə təlim keçirHeydər Əliyev adına Hərbi İnstitutu bitirən heyət Türkiyədə təlimlər keçir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb. Məlumatda deyilir ki, heyət “Dəniz Donanması Təcrübəsi” çərçivəsində “Karşıkaya” patrul gəmisində təlimlərini davam etdirir.
9-10-2022, 19:40
Şəkidə dağlıq ərazidə yanğın olubŞəki şəhərinin Şirinbulaq kəndi yaxınlığında dağlıq ərazidə 12 hektar sahədə quru ot və kol-kos yanıb.
Butov.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
9-10-2022, 19:37
XİN başçısından İran əleyhinə çağırışAlmaniyanın xarici işlər naziri Annalena Berbok İranla bağlı çağırış edib.
Butov.az xəbər verir ki, XİN başçısı etirazçılara qarşı zorakılıq hərəkətlərinə görə məsuliyyət daşıyan İran hakimiyyətinin Avropa İttifaqına girişinə qadağa qoyulmasına və aktivlərinin dondurulmasına çağırıb:“Biz Aİ-nin bu qəddar repressiyaya görə məsuliyyət daşıyanlara giriş qadağası qoymasını, habelə onların Aİ-dəki aktivlərini dondurmasını təmin edəcəyik”.
9-10-2022, 19:34
Komaya düşən qazi vəfat etdiVətən Müharibəsi qazisi, Sumqayıt şəhər sakini Bəhruz Zülfüqarov dünyasını dəyişib.
Butov.az xəbər verir ki, ötən ay əməliyyat olunan Zülfüqarov komaya düşüb. O, böyrək və bağırsaq problemlərindən əziyyət çəkib. Allah rəhmət eləsin!
9-10-2022, 18:44
Ordumuzun mövqeləri atəşə tutulduOktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
9-10-2022, 18:36
ABŞ Ukraynaya yeni raket sistemləri göndərirAmerika Birləşmiş Ştatları ən son NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya çatdırmaq niyyətindədir.
Butov.az xəbər verir ki, Kiyev NASAMS zenit-raket kompleksinin iki batareyasını ala bilər. Amerikalılar üçün bu, 182 milyon dollara başa gələcək. İki batareya ilə birlikdə Ukrayna səkkiz buraxılış qurğusu və radarlarla təchiz edilmiş komanda məntəqəsi alacaq. HHM sisteminin yaxın iki ay ərzində çatdırılması gözlənilir.
9-10-2022, 18:08

9-10-2022, 17:39

9-10-2022, 17:37
Sabah yağış yağacaqAzərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.