Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
13-10-2022, 22:58
"Nur ocağı" ədəbi məclisi Sahibə Yusifin şeirlərini təqdim edir:


Nur ocağı" ədəbi məclisi Sahibə Yusifin şeirlərini təqdim edir:"

Şəhidim, salam!

Sənə borclu qaldı bu yurd, bu vətən,
Torpaq sevdasıyla torpağın sevən,
Bir hilal uğruna canından keçən,
Şəhidim, salam!

Süngüylə düşmənin sinəsin dələn,
Üzü aydan gözəl, ruhu mələkdən,
Üç rəngli bayrağa bürünüb gələn,
Şəhidim, salam!

Özü də şahiddir tarixi-zaman,
Analar övlad yox, doğurmuş Aslan,
Ey gülab qoxulu, cənnəti Rıdvan,
Şəhidim, salam!

Mürəkkəb qadın.
Sən mürəkkəb damcısından yaranan bir qadınsan!
Yandırardın lənətləri, əgər dönüb od olsan.
Göy üzündə günəşi də, qısqanardın cahanı,
Qəflətindən silkələyib oyadardın insanı.
Qanadının kölgəsiylə qoruyardın bəşəri,
Yer üzündən yox edərdin ölüm saçan o şəri.
Həqiqəti ovucunla içirərdin hər kəsə,
Ədalətin alovuyla dərs verərdin iblisə.
Mələk olsan şeytanların hücrəsini yıxardın,
Əngəlləri qaldırardın, azadlığa çıxardın.
Cahan sənin əllərinlə yaranardı yenidən,
Ədavəti, haqsızlığı silərdin yer üzündən.
Hər şey sənin gözlərinin süzgəcindən keçərdi,
Yaradılış ürəyindən bal şərbəti içərdi.
Xöşbəxtliyi libas edib geydirərdin insana,
Nur saçardın yer üzünə, göy üzünə, cahana.
Ölüm saçan əcəli də qorxudardı baxışın,
Əzrayılı mat qoyardı əzəmətli duruşun.
Amma, qadın,
Qadağalar içindədir ömürün,
Yazılmayan qanunlara boyun əyib, çürüdün.
Ən kiçik bir zərrə belə varlığınla var oldu,
Sən zərrəyə həyat verdin, zərrə səndən doğuldu.
Unutma sən! Həm həyatsan, həm ölüm,
Son çalan "sur" səsisən.
İki dünya yaraşığı, bəşərinsə özüsən.
Əlbətt bir gün əriyəcək daş qəlblərin buzu da,
Var olacaq qadın adın, Tanrı səni qorusa.
Qorxma, qadın! Vüqarını əzənləri əz getsin.
Səni əskik bilənləri, allah özü əskiltsin.

Hardasan?
Sən ən uzaq bir adasan,
Əlim çatmır.
Gecə olsun istəyirəm,
Günəş batmır...
Bir də...bir də boğuluram,
Nəfəs çatmır.
Hardasan?
Daş deyilsə,
Sinəndəki ürəksə?
Gizlətmə gəl hisslərini ürəkdə.
Vallah, inan soruşuram ürəklə,
Hardasan?...

Sən özünsə, bir yana.
Bilmirəm yaxınmısan,
Yoxsa ki çox-çox uzaq.
Xəyalına çatmağa,
Tələsirəm qaçaraq.
Şirin xəyalların da,
Şirindir özün qədər.
Sənsizliyin dərdinə,
Dözürəm də birtəhər.
Düzdür, bir az könülsüz,
Başlayıram hər işə.
Sonra yenə deyirəm,
Ümüd ki var, görüşə.
Keçirdiyim hissləri,
Gizlədirəm hər kəsdən.
Özüm də narahatam,
Qəlbimdəki bu hissdən.
Sənə olan həyəcan,
Çevrildikcə ümmana,
Aləm bir yana olur,
Sən özünsə, bir yana.

Yaman olur yetimlik.
Anasız bir qızın ürəyinə qəm,
Buluddan üzünə nəm pərdə çəkər.
Heçnə soyuq deyil yaxşı bilirəm,
Ögey bir ananın baxışı qədər.
Başını qoymağa diz axtaranda,
Yalnız balışından umar mədəti.
Saçını oxşayan əl olmayanda,
Hər kəsdən gizlənib, ağlar xəlvəti.
Üşüyən əlləri sarar özünü,
Bükülən boynunda bənövşə solar.
Qəhər boğazında kəsər sözünü,
Yorğun baxışları qəm ilə dolar.
Hər kəlmə ox olub dələr qəlbini,
Hər kəsdən inciyər, hər sözdən küsər.
Gizlədər köksündə o, öz dərdini,
Dərin iz buraxar ömrünə illər..
Üzündə təbəssüm olmaz heç zaman,
Yaşayar həyatın qışın-payızın.
Qızlar anasını qucduğu o an,
Həsrəti çox olar anasız qızın.
Bəlkə bir qismətdir, bəlkə də günah,
Bütün xoşbəxtliyin itirib o qız.
Sən özün bir yol aç, kömək ol allah,
Qəlbində dərd -kədər bitirib o qız.

Müddətindən artıq oldu xamlığım.

Öz-özümdən uzaq gəzən səyyah tək,
Qərib-qərib xəyallara yol oldum.
Qəribliyə öyrəşdikcə bu ürək,
Yanımdakı adamlardan yoruldum.
Qatmaqarış hislərimlə yaşadım,
Bu hislər də heç olmadı xeyrimə.
Yükü ağır çox sirləri daşıdım,
Düşünmədim bircə dəfə xeyrim nə?
Müddətindən artıq oldu xamlığım,
Sadəliyim avamlığa oxşadı.
Ətrafıma yayıldıqca saflığım,
Özlüyümdə qalanlarsa axsadı.

İçirəm qurtum-qurtum.
Qabaqdakı ömrümün sağlığına,
içirəm qurtum-qurtum.
Baxıb dünənki saflığıma,
Köks ötürürəm udum-udum.
Darayır saçlarımı təkliklərin əli,
Xəyalımsa pərvazlanıb uzaqdakı sənə.
Fikrimdə əsdikcə sevgi yelləri,
Xəfifcə toxunur barmaqların üzümə.
Yerdə itirdiyim səadətimi,
Dırmanıb, göylərdə axtarıram.
Düşünüb yaşaya bilmədiklərimi,
nəhayət göylərdə tapıram.
Bütün sənsizlikləri bir-bir,
atıram göyün yeddinci qatından.
Qurtarmağa çalışıram canımı,
Boyumdan böyük günahımdan.
Savablarımı cəmləyib üst-üstə,
Ovuc-ovuc səni istəyəcəm....yəqin.
Duama qarşılıq verir içimdəki səs
Amin! Amin! Amin!

Mən dərd körpüsüyəm.
Mən dərd körpüsüyəm, mən dərd limanı,
Sənə dərd olaram, yolun dəyişər.
Kəsər nəfəsini dərdin dumanı,
Eşqim, məhəbbətim gözümdən düşər.
Dolub gözlərinə bir bulud olum,
Qoşul xəyalıma, ağla mənimlə.
Qoy səndən bir köynək aralı durum,
Sən də gəl məsafə saxla mənimlə.
Açsam qollarımı ağuşumdasan,
Qaçarsan yanıma bir uşaq kimi.
Sən özün ömürlük yaddaşımdasan,
Ürəyim eşqinə sığınaq kimi.
Mənim ürəyimsə qaranlıq bir yer,
Çətin bu ürəyə işıq salasan.
Bu könül, bu ürək heç sənlik deyil,
Sən layiq deyilsən orda qalasan.
Eləcə uzaq dur, yaxına gəlmə,
Gizlən hayandasa görməyim səni.
Göz yaşı axıdıb susuz qəlbimə,
Söndürə bilməzsən yanan təşnəni.
Sən mənim boğazdan keçməyən tikəm,
Bilirəm əbədi qalacaq izin.
Mən səni qəlbimə möhürləmişəm,
Sən məni qəlbindən çıxart, əzizim.

Dünyanın rəngi.
Birdən bu dünyanın rəngi boz olar
Mənim gözlərimdə görünür rəngli
İçimdə qurduğum dünya toz olar,
Dəyişər ruhumun rəngi,ahəngi.
Birdən bu dünyanın rəngi boz olar,
Tanıya bilmərəm rəngləri birdən.
Mənə yalan deyin kiçik bir yalan,
Bezmişəm dünyanın həqiqətindən.
Mənə yalan deyin, kiçik bir yalan
Üzümdən itməsin uşaq saflığım.
Siz mənə elə bir yalan deyin ki,
Getməsin əlimdən bu rahatlığım.
Siz mənə deyin ki dünya gözəldir,
Deyin ki dünyanın min- bir rəngi var.
Deyin ki bu aləm elə aləmdir,
Orda gerçək olur bütün yalanlar.
Danışın nə olar yalan danışın,
Yalan mənim olsun həqiqət sizin.
Siz məndən dünyanın rəngin soruşun!
Mən də bu dünyanı rənglidir deyim.

Qayıtma.
Yandırdığın ocaqda hələ də qalıb közün,
Xatirən yatmış vulkan, onu bir də oyatma.
Daha yoxluğuna da öyrəşmişəm əzizim,
Əyər dönmək istəsən, qurban olum qayıtma.
Sənin açdığın cığır cəhənnəmə yol imiş,
Bilməyib səhv getmişəm, dönəcəyəm birtəhər.
Demə ki, azad eşqin günahlarla bol imiş,
Dərd verib ürəyimə dözəcəyəm birtəhər.
Yetər ki, sən qayıtma tök ətəyindən daşı,
Tapacağam vurduğun bu düyünə çözümü.
Sən ki yaxşı bilirsən, məndən də daha yaxşı,
Sənin baxışlarında itirirəm özümü.
Dönüb baxmağın belə ümid verir qəlbimə,
O eşq dolu baxışna dözmür axı bu ürək.
Mənim soyuqluğumdan sən nə olar incimə,
Təzədən sevmək üçün, özümdən keçəm gərək.
13-10-2022, 22:13
“Səhhətimi Vətənə qurban vermişəm” deyən Qarabağ qazisi vəfat etdi


“Səhhətimi Vətənə qurban vermişəm” deyən Qarabağ qazisi vəfat etdi

Cəbrayıl rayonundan olan Qarabağ qazisi, 1-ci qrup əlil Nofəl Sərməst oğlu Salahov vəfat edib. Yaxınlarının verdiyi məlumata görə, uzun müddət yataq xəstəsi olan N.Salahov ağır xəstəlikdən əziyyət çəkirdi. Butov.az-ın məlumatına görə, Nofəl Salahov Qarabağ hadisələri başlayandan bir müddət sonra, 1991-ci ilin noyabr ayında Vətənin müdafiəsinə qoşulan məşhur “Şıxov batalyonu”na yazılan ilk könüllülərdən olmuşdu. O, I Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsində, Kərkicahan və Daşaltı əməliyyatlarında, Tərtər və Goranboy ətrafında gedən döyüşlərdə, dogma Cəbrayıl rayonunun qorunmasında fəal şəkildə iştirak etmişdi. 1994-96-cı illərdə - atəşkəs rejimi dövründə Tərtər rayonunun Talış kəndi yaxınlığında gənc əsgərlərə döyüş təlimləri keçmişdi. 1996-cı ildə səhhətindəki ciddi problemlərlə əlaqədar müalicə üçün hospitala göndərilən Nofəl bir müddət sonra dəfələrlə yenidən döyüşən orduya qayıtmağa çalışsa da, buna icazə verilməmişdi. Ağır yataq xəstəsi olduğu vaxtlarda keçmiş döyüş yoldaşları Nofəldən xəbərsiz onun vəziyyəti barədə informasiyanı sosial şəbəkələrdə ictimaləşdirəndə, o bundan xəbər tutub etiraz etmiş və yazmışdı:“1-ci qrup əliləm. Amma heç vaxt öz səhhətimlə bağlı hər hansı dövlət qurumuna müraciət etməmişəm. Heç vaxt da belə fikirdə olmamışam. Döyüş əməliyyatlarında aldığım yaranı və səhhətimdə yaranmış ciddi problemləri Vətənimə və Dövlətimə xidməti borcumun nəticəsi kimi qəbul etmişəm. Eyni əqidə ilə də yaşayacam”. Mərhum qazi bu gün Sulutəpə qəbirastanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.




13-10-2022, 22:09
Rusiyanın raket hücumları ilə bağlı cinayət işi açılacaq


Rusiyanın raket hücumları ilə bağlı cinayət işi açılacaq

Ukrayna Baş Prokurorluğu Rusiyanın bu həftə Kiyev və digər şəhərləri bombardman etməsi ilə əlaqədar cinayət işi açacaq. Bu barədə Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla birgə mətbuat konfransında iştirak edən Ukrayna baş prokuroru Andriy Kostin bildirib. O, raket zərbələrini Rusiyanın “klassik terror aktı” adlandırıb. Baş prokurorun sözlərinə görə, Rusiya Ukraynaya 112-dən çox raket zərbəsi endirib. Zərbələr 17 nəfərin ölümünə və 93 nəfərin yaralanmasına səbəb olub."Rusiyanın qəsdən hücumlarının məqsədi mülki əhalinin ölümünə səbəb olmaq, mülki infrastrukturu məhv etmək, elektrik və istilik çatışmazlığı ilə humanitar fəlakətə səbəb olmaqdır", - Kostin bildirib. Onun sözlərinə görə, hər bir ölüm, yaralanma və ya zədələnmiş bina sənədləşdiriləcək, faktlarla bağlı cinayət işi açılacaq.
13-10-2022, 22:04
Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu


Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu

Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
13-10-2022, 22:01
Rusiya XİN-dən ermənipərəst Makrona etiraz


Rusiya XİN-dən ermənipərəst Makrona etiraz

Fransanın Rusiyanın Bakı və İrəvanla münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa düçar olacaq. Bunu Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib. XİN rəsmisi bildirib ki, bu addım Fransanın bölgədəki nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq. Zaxarova qeyd edib ki, Makronun Moskvanın guya Cənubi Qafqazda sabitliyi pozmağa çalışması ilə bağlı bəyanatları yolverilməz və qətiyyən qəbuledilməzdir. “Fransa Prezidentinin uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərmədiyini nümayiş etdirir və bu ölkənin konstruktiv rol oynaya bilməsini şübhə altına alır”, - deyə Rusiya XİN sözçüsü qeyd edib. Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron "Franse 2" kanalına müsahibəsində Azərbaycanla bağlı təxribatçı fikirlər səsləndirib.
13-10-2022, 21:59
Bakıda avtobus sürücüsü döyüldü


Bakıda avtobus sürücüsü döyüldü

Bakıda avtobus sürücüsü döyülüb. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hadisə 12 oktyabr 2022-ci il saat 20:14 radələrində “Kənan-2000”MMC-nin istismarında olan 204 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda baş verib. Belə ki, sürücü Yaqub İbadovun idarə etdiyi 90VF933 DQN_li avtobus Koroğlu NMM-dən Qala Ramana istiqamətində hərəkət edərkən 78 nömrəli məktəbin qarşısında 3 nəfər şəxs (2 oğlan, 1 xanım) dayanacaqdan kənar avtobusa minmək istiyib. Sürücü avtobusu dayanacaqdan kənar saxlamayaraq təyin olunmuş dayanacaqda dayanıb. Vətəndaşlar sonradan avtobusa minərək dayanacaqdan kənar saxlamadığı üçün sürücü ilə mübahisə edib. Sonda videodan göründüyü kimi şəxslərdən biri sürücüyə fiziki güc tətbiq edərək xəsarət yetirir. Hadisə barəsində daşıyıcı tərəfindən polisə müraciət edilib və araşdırma aparılır.

13-10-2022, 21:55
Qərbin etirafı: Rusiyada vəziyyət bizdən yaxşıdır


Qərbin etirafı: Rusiyada vəziyyət bizdən yaxşıdır

Rusiya və Qərb ölkələri arasında iqtisadi müharibə kritik həddə çatıb. Bu haqda Britaniyanın “The Economist” jurnalı yazıb. Məqalədə bildirilir ki, Ukraynada başladılan müharibədən sonra iqtisadi çətinliklərə baxmayaraq, Rusiyanın tənəzzüldən xilas olma ehtimalı yüksəkdir. "The Economist" ABŞ-ın transmilli bankı "Goldman Sachs"-ın məlumatlarına istinadən edərək, Rusiyanın böhrandan qurtula biləcəyini diqqətə çatdırıb. Məlumata əsasən, Rusiyada iqtisadi fəaliyyət Avropa ölkələrini xeyli üstələyir. Məsələn, avtomobil sənayesində istehsalın həcmi bir neçə ay əvvəl demək olar ki, sıfıra düşmüşdü. Artıq bu problem aradan qalxıb. Bu, həm də istehsalçıların Qərb ölkələrindən gələn tədarükləri əvəz edə bildiyini göstərir. Bundan əlavə, bu gün Rusiyaya dollarla hesablanan aylıq mal idxalı demək olar ki, ötən ilin orta göstəricisini üstələyir. Həmçinin qeyd olunub ki, Beynəlxalq Valyuta Fondu (BVF) bu il üçün Rusiya iqtisadiyyatı ilə bağlı proqnozunu yaxşılaşdırıb. Belə ki, aprel ayında Rusiyada ÜDM-nin 8,5% azalacağı gözlənilirdi. İndi bu göstəricinin 3,4% azalacağı ehtimal edilir. Sonda "The Economist" nəşri vurğulayıb ki, hazırkı şəraitdə Rusiya üçün sevinəcək heç nə yoxdur, amma sanksiyalar fonunda qeydə alınan iqtisadi azalma Qərbin gözlədiyi effekti hələ də verməyib.
13-10-2022, 17:24
Qərbin etirafı: Rusiyada vəziyyət bizdən yaxşıdır


Qərbin etirafı: Rusiyada vəziyyət bizdən yaxşıdır

Rusiya və Qərb ölkələri arasında iqtisadi müharibə kritik həddə çatıb. Bu haqda Britaniyanın “The Economist” jurnalı yazıb. Məqalədə bildirilir ki, Ukraynada başladılan müharibədən sonra iqtisadi çətinliklərə baxmayaraq, Rusiyanın tənəzzüldən xilas olma ehtimalı yüksəkdir. "The Economist" ABŞ-ın transmilli bankı "Goldman Sachs"-ın məlumatlarına istinadən edərək, Rusiyanın böhrandan qurtula biləcəyini diqqətə çatdırıb. Məlumata əsasən, Rusiyada iqtisadi fəaliyyət Avropa ölkələrini xeyli üstələyir. Məsələn, avtomobil sənayesində istehsalın həcmi bir neçə ay əvvəl demək olar ki, sıfıra düşmüşdü. Artıq bu problem aradan qalxıb. Bu, həm də istehsalçıların Qərb ölkələrindən gələn tədarükləri əvəz edə bildiyini göstərir. Bundan əlavə, bu gün Rusiyaya dollarla hesablanan aylıq mal idxalı demək olar ki, ötən ilin orta göstəricisini üstələyir. Həmçinin qeyd olunub ki, Beynəlxalq Valyuta Fondu (BVF) bu il üçün Rusiya iqtisadiyyatı ilə bağlı proqnozunu yaxşılaşdırıb. Belə ki, aprel ayında Rusiyada ÜDM-nin 8,5% azalacağı gözlənilirdi. İndi bu göstəricinin 3,4% azalacağı ehtimal edilir. Sonda "The Economist" nəşri vurğulayıb ki, hazırkı şəraitdə Rusiya üçün sevinəcək heç nə yoxdur, amma sanksiyalar fonunda qeydə alınan iqtisadi azalma Qərbin gözlədiyi effekti hələ də verməyib.
13-10-2022, 17:21
Putin Türkiyəni təriflədi: Ən etibarlı tərəfdaşdır


Putin Türkiyəni təriflədi: Ən etibarlı tərəfdaşdır

“Türkiyəyə təbii qaz tədarükü tam şəkildə həyata keçirilir. Türkiyə bu məsələdə ən etibarlı tərəfdaşdır”. Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib. Putin qeyd edib ki, Türkiyədə təbii qaz qovşağı yaradılarsa, bu ölkə həm də enerji resursunun qiymətinin müəyyən edilməsi platformasına çevrilə bilər.
13-10-2022, 17:20
Ərdoğan və Putin bu məsələlərdən danışdılar


Ərdoğan və Putin bu məsələlərdən danışdılar

Rusiya prezidenti Vladimir Putin Astanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə “Türk axını” boru kəmərini partlatmağa cəhd edilməsindən danışıb. Butov.az xəbər verir ki, Putin bu cəhdlərin uğursuz olduğunu vurğulayıb. "Şükür Allaha, bu baş vermədi, “Türk axını” uğurla işləyir”, - Putin bildirib. Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında yüksək səviyyəli ünsiyyət yaxşı nəticələr verir. Putin xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustda Soçiyə səfəri zamanı əldə olunan bütün razılaşmalar həyata keçirilir. "Sanitar və siyasi məhdudiyyətlərlə bağlı bütün çətinliklərə baxmayaraq, biz müntəzəm olaraq görüşmək və ünsiyyət qurmaq üçün imkanlar tapırıq. Bu, yaxşı nəticələr verir, qeyd etməliyəm ki, bu ilin avqustunda Soçiyə səfəriniz zamanı əldə edilmiş bütün razılaşmalarımız, yerinə yetirildi”, - Putin bildirib. Ərdoğan isə deyib ki, Türkiyə və Rusiya Federasiyası Rusiyanın kənd təsərrüfatı məhsullarına ehtiyacı olan ölkələri dəqiqləşdirmək üçün birgə işləyə bilər. "Rusiya məhsullarına ehtiyacı olan ölkələri müəyyən etmək üçün birlikdə işləyə bilərik. Məhsulların dəqiq ehtiyacı olan ölkələrə çatdırılması bizim üçün vacibdir. Türkiyə və Rusiya Federasiyasının bu birgə addımları bəzi tanınmış dairələri narahat etsə belə, bu, bizim üçün vacibdir. Bu addım ehtiyacı olan ölkələri sevindirəcək, bizim qətiyyətimiz, həmkarlarımızın bununla bağlı danışıqları çox önəmlidir, əlaqələrimizi gücləndirəcək”, - Türkiyə lideri bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!