30-10-2022, 19:16
Zelenski ilə razılaşmaq olar, amma... - PeskovUkrayna üzrə danışıqlar ilk növbədə Vaşinqtonla aparılmalıdır, çünki Kiyev “kənardan gələn sifarişlə” hərəkət edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Rusiya rəsmisi bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə müəyyən razılaşmalar əldə etmək mümkündür:"Buna baxmayaraq, razılaşmaların heç bir dəyəri yoxdur, çünki xaricdən tələb olunarsa, dərhal ləğv edilə bilər".
30-10-2022, 19:12
“Qarabağ”da ciddi itki"Qarabağ" klubu Şamaxıda eyniadlı komandaya qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XII tur oyununda ciddi itki ilə üzləşib.
Butov.az-ın məlumatına görə, "köhlən atlar"ın yarmmüdafiəçisi Filip Ozobiç zədələnib. Ayağından zədələnən 30 yaşlı futbolçu matçı davam etdirə bilməyib. Təcrübəli oyunçunun yerinə meydana 19-cu dəqiqədə Nəriman Axundzadə daxil olub. Qeyd edək ki, Ağdam klubu bu oyundan sonra UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Almaniya "Frayburq"unu qəbul edəcək. Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
30-10-2022, 15:46
"Molla rejimi"nə qarşı çıxanların məhkəməsi başladıİranın Ədliyyə Nazirliyi son bir ay ərzində baş verən iğtişaşlarda həbs olunanların hazırlıq məhkəməsinin keçirildiyi barədə məlumat verib.
Butov.az xəbər verir ki, hazırlıq məhkəməsində həbs olunanlar və onların vəkilləri iştirak ediblər. Müxtəlif maddələrlə açılan cinayət işləri üzrə ittihamlar irəli sürülüb. Ədliyyə Nazirliyinin məlumatına əsasən, bu günə kimi Kirmanda 25, Semnanda 89, Zəncanda 119, Xuzistanda 105, Qəzvində 55, Kürdüstanda 110, Tehranda 315 nəfər həbs edilib. Cinayət işlərinə inqilab məhkəməlində baxılacaq. Həbs olunanlar bankları dağıtmaqda, polis, təcili tibbi yardın və yanğınsöndürən avtomobillərinə zərər vurmaqda ittiham edilirlər.
30-10-2022, 15:21
"Molla rejimi"nə qarşı çıxanların məhkəməsi başladıİranın Ədliyyə Nazirliyi son bir ay ərzində baş verən iğtişaşlarda həbs olunanların hazırlıq məhkəməsinin keçirildiyi barədə məlumat verib.
Butov.az xəbər verir ki, hazırlıq məhkəməsində həbs olunanlar və onların vəkilləri iştirak ediblər. Müxtəlif maddələrlə açılan cinayət işləri üzrə ittihamlar irəli sürülüb. Ədliyyə Nazirliyinin məlumatına əsasən, bu günə kimi Kirmanda 25, Semnanda 89, Zəncanda 119, Xuzistanda 105, Qəzvində 55, Kürdüstanda 110, Tehranda 315 nəfər həbs edilib. Cinayət işlərinə inqilab məhkəməlində baxılacaq. Həbs olunanlar bankları dağıtmaqda, polis, təcili tibbi yardın və yanğınsöndürən avtomobillərinə zərər vurmaqda ittiham edilirlər.
30-10-2022, 15:19
Lavrovdan Kiyevə çağırış: Danışıqlara hazırıq!Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiyanın danışıqlarla bağlı mövqeyi dəyişməz olaraq qalır. Bundan əlavə, Lavrov Rusiyanın gərginliyi azaltmaq üçün Qərbin təkliflərini dinləməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, Ukrayna Rusiya ilə dialoqdan rəsmən imtina edib. Prezident Volodimir Zelenski bildirib ki, Rusiya işğal etdiyi ərazilərdən geri çəkilməyənə qədər danışıqlardan söhbət gedə bilməz.
30-10-2022, 15:17
Hellouin faciəsi: Ölənlərin sayı 153-ə çatıbCənubi Koreyanın Seul şəhərində şənlik zamanı yaranan kütləvi izdiham nəticəsində ölənlərin sayı 153 nəfərə çatıb. Bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, ölənlər arasında 97 qadın var.
30-10-2022, 15:15
Etirazçılar xüsusi təyinatlıları qovdularİranın Astara şəhərində etirazçılar hökumət qüvvələrini və xüsusi təyinatlıları meydandan qovub çıxarıblar. Bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb. Bildirilib ki, narazı kütlə xüsusi təyinatlıların motosikletini də yandırıb. Hazırda etirazlar davam edir. Qeyd edək ki, ötən aydan başlayaraq İranda kütləvi aksiyalar keçirilir.
30-10-2022, 15:08
Ermənistan ordusunda insident - Ölən varErmənistan ordusunun hərbi qulluqçuları arasında silahlı insident baş verib. Hadisə zamanı bir nəfər ölüb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, oktyabrın 29-da hərbi hissələrdən birinin döyüş mövqeyində xidmətdə olan əsgər hərbçi yoldaşı Misak Petrosyanla mübahisə edib. Mübahisə zəminində o, avtomatdan atəş açıb. Başından ağır yaralanan Petrosyan hadisə yerində keçinib. Cinayət törədən erməni hərbçi daha sonra özünü ayağından vurub. Faktla bağlı cinayət işi başlanıb.
30-10-2022, 15:04
İtaliya Kiyevə yenidən hərbi yardım göndərdiİtaliya hökuməti Ukraynaya beşinci hərbi yardım paketinin icrasını gerçəkləşdirib.
Butov.az xəbər verir ki, Roma Kiyevə yardımın bir hissəsi olaraq 20-dən 30-a qədər "M109L" özüyeriyən artilleriya qurğusunu çatdırıb. Məlumata görə, Kiyevə müəyyən növ ağır silahlar, o cümlədən "M113" zirehli transportyorları, altı "PzH 2000" ağır haubitsaları və iki MLRS reaktiv yaylım atəşi sistemi göndərilib.
30-10-2022, 15:01
Maqomayev Moskvada anıldıOktyabrın 29-da Moskva yaxınlığındakı “Crocus City Hall”da SSRİ xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Butov.az xəbər verir ki, konsertdə Lev Leşenko, Qriqori Leps, Valeriya, Emin, Aleksandr Serov Maqomayevin sevilən mahnılarını ifa ediblər. Bundan əlavə, Vladimir Vinokur, Zara, “Zemlyane” qrupu, Aleksandr Panayotov, “A`Studio”, Denis Klyaver, Askar Abdrazakov və başqaları da tədbirdə çıxış ediblər. Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il, avqustun 12-də Bakıda anadan olub. O, 31 yaşında SSRİ-nin Xalq artisti adını alıb. Dahi sənətkar 2008-ci il oktyabrın 25-də 66 yaşında dünyasını dəyişib.