Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
29-10-2022, 18:37
ABŞ Rusiyanın Ermənistanla Azərbaycanı barışdıracağına inanmır


ABŞ Rusiyanın Ermənistanla Azərbaycanı barışdıracağına inanmır

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays rəsmi Vaşinqtonun onilliklər ərzində Ermənistan və Azərbaycanın tərəfdaşı olduğunu vurğulayıb. Butov.az xəbər verir ki, Ned Praysın sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ-dan böyük tərəfdarı yoxdur.“1991-ci ildə Ermənistan və Azərbaycanın müstəqilliyini bərpa etməsi dönüş nöqtəsi oldu. Biz Ermənistan və Azərbaycanla əlaqə saxlayırıq, bunu yalnız bir məqsədlə edirik: zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq. Biz bu ölkələri onlar üçün ən faydalı formatda görüşməyə çağırdıq. Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq”, - deyə o bildirib. Ned Prays bəyan edib ki, Ermənistan və Azərbaycanla bağlı Moskvadan aldadıcı məlumatlar, daha doğrusu, dezinformasiyalar yayılmaqda davam edir. Rusiya Federasiyasının səylərini konkret şərh etməyən ABŞ rəsmisi deyib ki, Ermənistan və Azərbaycan qarşıdakı danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərinə qərar verməlidirlər.“Dünya Rusiyanın qonşularına münasibətini görür”, - deyə o bildirib. Praysın sözlərinə görə, 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü və Ukraynada davam edən qəddar işğalı göstərir ki, Moskva qonşularının suverenliyinə hörmət etmir və çətin ki, etibarlı uzunmüddətli tərəfdaş ola bilər."Bizim yeganə məqsədimiz bu ölkələrə zorakılığa son qoymağa, Ermənistan və Azərbaycan xalqlarının çox istədiyi sabit və hərtərəfli sülhün bərqərar olmasına kömək etməkdir", - o vurğulayıb. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi zəruridir və Rusiya sülh yolu ilə nizamlanmanın tərəfdarıdır. O qeyd edib ki, erməni xalqı və rəhbərliyi hansı varianta ehtiyacı olduğunu seçməlidir, lakin sülhə aparan istənilən variant onlar üçün məqbul olacaq.“Biz heç nəyi məcbur etmək fikrində deyilik və Ermənistana nəyisə diktə etməyəcəyik. Əgər erməni xalqı və Ermənistanın bugünkü rəhbərliyi qərara gəlsə ki, konkret variant seçməlidir, bildiyimə görə, “Vaşinqton variantı” Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur, o zaman Rusiya Federasiyası istənilən seçimə dəstək verəcək”. Qeyd edək ki, oktyabrın 31-də Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev, Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ətrafında müzakirələr aparılacaq.
29-10-2022, 14:08
İlham Əliyevdən Türkiyənin Respublika Günü ilə bağlı paylaşım


İlham Əliyevdən Türkiyənin Respublika Günü ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Butov.az xəbər verir ki, dövlət başçısı Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu foto paylaşıb. Həmin paylaşımı təqdim edirik:

29-10-2022, 14:05
Məsciddə iğtişaş - 1 ölü, 14 yaralı


Məsciddə iğtişaş - 1 ölü, 14 yaralı

İranın Zahedan şəhərində yerləşən Məkki məscidində kütləvi iğtişaşlar baş verib. Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Qeyd edilir ki, naməlum şəxslər mülki əhaliyə və polislərə atəş açıblar. Hadisə nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Həmçinin, bir qrup vətəndaşın yoldan keçən avtomobillərə zərər vurmağa çalışdığı qeyd edilib.
29-10-2022, 14:03
Lukaşenko Ərdoğanı belə təbrik etdi: "Sizin sayəsində…“


Lukaşenko Ərdoğanı belə təbrik etdi: “Sizin sayəsində…”

Belarus Prezidenti Aleksandr Lukaşenko milli bayram – Cümhuriyyət Günü münasibətilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına təbrik ünvanlayıb. Lukaşenko təbrikində Minsk və Ankara arasında əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğuna əminliyini qeyd edib."Mən əminəm ki, ticarət, iqtisadiyyat, elm və texnologiya sahələrində ikitərəfli əməkdaşlığın qurulması üçün əhəmiyyətli potensial var", - Belarus liderinin mətbuat xidməti Lukaşenkonun təbrikindən sitat gətirib."Türkiyə zəngin tarixi boyu siyasi, iqtisadi və sosial ölçülərdə dünyanın ən böyük ölkələrindən biri kimi mühüm rol oynayıb. Ankaranın bugünkü nailiyyətləri sizin mühüm təşəbbüsləriniz sayəsində ölkənin nüfuzunun daha da artmasına və türk dövlətinin güclənməsinə kömək edir”, - Lukaşenko vurğulayıb.
29-10-2022, 13:59
Şeyxdən Təbrizdə Ermənistan Baş konsulluğunun açılmasına etiraz


Şeyxdən Təbrizdə Ermənistan Baş konsulluğunun açılmasına etiraz

Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır. Bu barədə QMİ-nin bəyanatında bildirilir. "Sual yaranır – İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman ucada olan, tarixən İmam övladlarının pənah gətirdiyi Azərbaycanımı? İran manevrlərdə Arazı necə adlayıb keçməyi planlayırsa, biz bunu necə dəyərləndirməliyik? Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi? Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi gücü bütün təhdidlərin, o cümlədən, sərhədlərimizdə hər hansı təxribat halının qarşısını almaq qüdrətindədir. Lakin yaxın qonşular, qardaşlar arasında qarşıdurma yalnız düşmənlərin işinə yarayar. Bəşər tarixində ən çox qınanılan ilk qan tökülməsi halının məhz qardaşın qardaş tərəfindən qətli - Habil-Qabil hadisəsinin olduğunu unutmayaq. Haqq iddiasında olan, «şirin quyruğuna» dair moizələr edən İranın ali ruhaniyyəti nədənsə ölkələrinin Azərbaycana hərbi təcavüz etmiş ermənilərlə canfəşanlıqla işbirliyinə dair, üzərində «Ya Hüseyn» yazılan top lülələrinin şiələrin əksəriyyət təşkil etdiyi müsəlman ölkəsini hədəf alması barədə mövqelərini ifadə etmir, bunun islamı dəyərlərlə nə qədər uzlaşdığına dair şərh vermirlər. Bu, Azərbaycan müsəlmanlarının islamı həmrəyliyə olan ümidlərini qırır, məyus edir. İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Bundan sui-istifadə olunması, insanların həssas hissləri ilə məkrli manipulyasiya əlaqələrimizə yalnız xətər toxundura bilər", - bəyanatda deyilir. Bəyanatda vurğulanır ki, Azərbaycan İslam dünyasının ayrılmaz parçası, İslam torpağıdır və bu torpaqların azad olunması yolunda minlərlə azərbaycanlı müsəlman şəhid olub: "İran bu şəhidləri İslam şəhidi adlandırırdı, indi haqq yolunda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək müsəlman ölkəsinə yaraşarmı? İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış tərəfə silah, hərbi yardım söz verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirirsə, bu, Ermənistanı yenidən müharibəyə cəsarətləndirmək, revanşizmə kökləmək yönündə əməli addımdır və Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə bağlı təhdidlər səsləndirən İran bu mürəkkəb dönəmdə Qafanda konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş konsulluğunun açılışı üçün hazır olduqlarını bəyan edirsə, bu qətiyyən dost, qardaş addımı kimi dəyərləndirilə bilməz. Bu, İslam məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsidir".
29-10-2022, 13:55
Azərbaycan Ordusu qış rejiminə keçdi


Azərbaycan Ordusu qış rejiminə keçdi

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Yüksək dağlıq və sərt iqlim şəraitində dislokasiya olunan bölmələrimizə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb. Döyüş növbətçiliyi aparan şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılıb. Azərbaycan Ordusunun bütün bölmələrində silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi tam təmin edilib.

[media=https://youtu.be/Y-7b56luGLs]
29-10-2022, 13:51
Polşa ordusuna "Bayraktar" verildi


Polşa ordusuna "Bayraktar" verildi

Polşa ordusuna “Bayraktar TB2" zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyası təhvil verilib. Bu barədə Polşa baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak məlumat yayıb."Bayraktar"ların ölkənin şimal-şərqində yerləşən Miroslavec şəhərindəki bazaya təhvil verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Nazir qeyd edib ki, PUA-ları idarə edəcək hərbçilər artıq Türkiyədə təlim keçiblər. Qeyd edək ki, Polşa "Bayraktar TB2" PUA-larını alan ilk NATO ölkəsi olub. "Baykar" şirkəti tərəfindən istehsal edilən sistemlər dünyanın 20-yə yaxın ölkəsinə satılıb.
29-10-2022, 06:53
Rusiya Ermənistanda təlim keçirdi

Rusiya Ermənistanda təlim keçirdi

Rusiyanın Cənub Hərbi Dairəsinin hərbi bazasının Mi-8 və Ka-52 helikopterlərinin pilotları Ermənistanda dağlarda, o cümlədən aşağı hündürlükdə uçuşlar həyata keçiriblər. Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin məlumatında deyilir.
“Mi-8 və Ka-52 ekipaj heyəti Ermənistanda yüksək dağlıq ərazilərdə uçuş icra ediblər. Ekipaj heyətləri müxtəlif hündürlüklərdə dağ keçidləri ərazisində manevr texnikası, o cümlədən gündüz və gecə mürəkkəb elementlər hazırlayaraq təlim uçuşları həyata keçiriblər”, -
Bildirilir ki, helikopterlərin ekipajları dağlıq ərazilərdə şərti yaralıların təxliyəsi rejimində axtarış-xilasetmə işlərini həyata keçirib.
Təlimlərə 120-dən çox hərbçi, 20 texnika cəlb olunub.
29-10-2022, 06:34
Türkiyənin Cümhuriyyət Günüdür

Türkiyənin Cümhuriyyət Günüdür - 99 il

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü qeyd olunur.
1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhurriyyəti elan edib.
1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.
Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyəti yaradılması Birinci Dünya müharibəsi illərində və ondan sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.
Birinci Dünya müharibəsində Osmanlı Dövləti məğlubiyyətə uğradıqdan sonra ərazisi işğala məruz qalmışdı.

O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb. 1920-i il aprelin 23-də Ankarada Böyük Millət Məclisi qurulub.
1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib. 1923-cü ildən Türkiyə parlament üsul idarəsi ilə idarə edilirdi. 2018-ci ildən isə ölkə prezident üsul idarəsinə keçib.
29-10-2022, 06:24
"Vaqner"in qərargah rəisinin müavini öldürüldü

"Vaqner"in qərargah rəisinin müavini öldürüldü

Ukraynanın "Xortiça" əməliyyat-strateji qoşun qruplaşması Rusiyanın "Vaqner" muzdlularının qərargah rəisinin müavinini öldürüb.
Bu barədə “Xortiça”nın Feysbuk hesabında bildirilib.
“Döyüş tapşırığını yerinə yetirərkən xüsusi bölməmiz məşhur "Vaqner"in bir qrup silahlısı ilə qarşılaşıb. 200 vaqnerçi məhv edilib. Onlar arasında qərargah rəisinin müavini də olub”, - məlumatda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!