3-01-2023, 17:40
Çinlə işləmək olduqca vacibdir - Rusiya XİNRusiya XİN başçısının müavini Andrey Rudenko ölkəsinin Çin Xalq Respublikası ilə əlaqələrindən danışıb. Nazir müavini bu barədə TASS-a müsahibəsi zamanı söz açıb. "Rusiya hava yolu və dəmir yolu sahələrində sərnişin daşımalarının bərpası məsələsində Çinlə işləməyi vacib hesab edir. Bu kontekstdə Rusiya tərəfi iki ölkə xalqları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mərkəzi rol oynayan humanitar əlaqələrin intensivləşdirilməsində maraqlıdır", - deyə Rudenko bildirib. O həmçinin qeyd edib ki, müvafiq sahələrdə əlaqələrin inkişafı iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verəcək.
3-01-2023, 17:36
2023-cü ildə nə vaxtsa atəşkəs əldə edəcəyik - keçmiş NATO generalı2023-cü ildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə atəşkəsin əldə olunmasını gözləmək olar. Bu barədə NATO-nun keçmiş generalı Hans-Lotar Domrez bildirib. “Yayın əvvəlində hər iki tərəfin istəyəcəyi atəşkəs gözləyirəm. 2023-cü ildə nə vaxtsa atəşkəs əldə edəcəyik”, - deyə general vurğulayıb. Onun fikrincə, atəşkəslə bağlı danışıqlar üçün imkan yaranacaq. Amma bu, uzun müddət sülh demək deyil. "Atəşkəs o deməkdir ki, atəşi dayandırırıq. Danışıqlar uzun çəkəcək, vasitəçilərin BMT-nin Baş katibi Quterreşin, Türkiyə Prezidenti Ərdoğanın olması mümkündür”, - deyə Hans-Lotar Domrez qeyd edib.
3-01-2023, 16:09
Qobustanda yol qəzası yanğına səbəb olduQobustanda "Kamaz" markalı yük avtomobili yanacaqdaşıyan avtomobillə toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb. Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb. Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində iş aparılır. Ərazidə təhlükəsizlik tədbirləri görülür.
3-01-2023, 15:43
Rusiya Ukraynanı “tükəndirmək” üçün PUA-larla hücumu planlaşdırır - ZelenskiRusiya Ukraynanı "tükəndirmək" üçün İran pilotsuz uçuş aparatları ilə uzunmüddətli hücum kampaniyası planlaşdırır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O, Rusiyanın insanları, Ukrayna ordusunun zenit sistemlərini, enerjisini tükəndirmək istədiyini deyib. "Rusiyanın "Şahed"lərdən (İran istehsalı pilotsuz uçuş aparatları - red.) istifadə edərək uzunmüddətli hücum planlaşdırdığı barədə məlumatımız var", - Zelenski gecə videomüraciətində qeyd edib. O, terrorçuların məqsədinə çatmaması üçün hər şeyin ediləcəyini vurğulayıb.