16-01-2023, 23:57
Yaponiya Hindistanla ilk dəfə birgə hərbi təlimlərə imza atıbYaponiya və Hindistan ilk dəfə birgə hərbi təlimlər keçirir. Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərin məqsədi Çinin Hind-Sakit okean regionunda artan hərbi təhdidinə cavab verməkdir. Manevrlərdə Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) dörd Su-30MKI qırıcısı, iki C-17 nəqliyyat təyyarəsi və bir İl-78 yanacaq dolduran təyyarə, Yaponiyadan isə dörd F-2 qırıcısı və dörd F-15 qırıcısı iştirak edir.
16-01-2023, 23:50
Çavuşoğlundan Suriyaya dəstək mesajı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenlə görüşüb. Bu barədə Çavuşoğlu özünün “Twitter” hesabında məlumat yayıb. Nazir BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini, siyasi prosesləri və Suriya Konstitusiya Komitəsini dəstəklədiklərini bir daha diqqətə çatdırdığını bildirib.
16-01-2023, 23:47
Putin Ərdoğanla iqtisadi məsələləri müzakirə etdiRusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Liderlər Rusiya qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər. “Hər iki tərəf Rusiya-Türkiyə əməkdaşlığını daha da hərtərəfli inkişaf etdirmək niyyətini təsdiqləyib. Prioritetlər arasında enerji sektorunda əməkdaşlıq, o cümlədən Rusiya təbii qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması var” , - Kremlin saytında qeyd olunub. Bundan əlavə, telefon danışığı zamanı Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Ukrayna taxılının Qara dəniz limanlarından ixracı, Rusiyadan qida və gübrə tədarükünün bərpası ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul sazişinin icrası nəzərdən keçirilib. Dövlət başçıları eyni zamandan Rusiya, Türkiyə və İranın Suriya nizamlanmasına yardım üzrə Astana prosesi çərçivəsində birgə işinin praktiki əhəmiyyətini vurğulayıblar.
16-01-2023, 22:15
Serbiya prezidentindən BMT-yə çağırışSerbiya prezidenti Aleksandr Vuçiç Birləşmiş Millətlər Təşkilatına (BMT) çağırış edib. O, Kosovadakı serb azlığın hüquqlarının müdafiəsinə qalxıb. Vuçiç albanların serblərə hücum etdiyini iddia edib. "Bu, qəbuledilməzdir. BMT adekvat reaksiya verməlidir", - deyə Serbiya prezidenti bildirib. Qeyd edək ki, son vaxtlar Kosova və Serbiya arasında gərginlik artıb. 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edən Kosova ABŞ, Türkiyə və Avropa ölkələrinin əksəriyyəti tərəfindən tanınır. Azərbaycan isə bu ölkəni Serbiyanın Kosova və Metoxiya regionunun tərkib hissəsi kimi qəbul edir.
16-01-2023, 22:11
İsveçin NATO-ya üzvlüyü müzakirə edildiAvropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İsveçin baş naziri Ulf Kristersonla görüşüb. Tərəflər İsveçin NATO-ya üzvlük prosesini müzakirə ediblər. Daha sonra birgə mətbuat konfransı keçirilib. İsveç baş naziri ölkəsinin NATO üzvü olmasının vacibliyindən danışıb. Onun sözlərinə görə, İsveçin NATO-ya üzv olması bütün Avropanın təhlükəsizliyi deməkdir. Qeyd edək ki, İsveç və Finlandiya Rusiyanın Ukraynaya hücumundan sonra NATO-ya üzv olmaq istəyini elan etsə də, yeni üzvlərinin qəbulunun konsensus yolu ilə baş tutduğu hərbi alyansın üzvlərindən biri olan Türkiyə terrorla mübarizədə əməkdaşlıqdan yayındıqları üçün bu ölkələrin üzvlüyünə veto qoyacağını açıqlamışdı. Daha sonra əldə olunan razılığa əsasən, İsveç və Finlandiya müəyyən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə rəsmi Ankara buna etiraz etməyəcək.
16-01-2023, 22:05
162 nəfər həmyerlimiz Ukrayna vətəndaşlığını alıb2022-ci ildə Ukrayna vətəndaşlığını alan Azərbaycan vətəndaşlarının sayı məlum olub. Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, il ərzində ümumilikdə 162 nəfər Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığını alıb. Bunlardan 14 nəfər Ukrayna prezidenti fərmanı ilə vətəndaşlıq alıb. Vətəndaşlıq alanlardan 2-si uşaqdır. Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Rusiyanın geniş miqyaslı hücumu nəticəsində Ukraynada müharibə gedir.
16-01-2023, 17:58
Bu gün Rusiyanın yeganə taktikası terrordur - ZelenskiUkrayna prezidenti Volodimir Zelenski Rusiyanın müharibədəki taktikasının terror olduğunu bildirib. Zelenski bu barədə "Telegram" kanalında yazıb. "Bu gün Rusiyanın yeganə taktikası terrordur. Bu cür taktikaların yeganə mümkün nəticəsi məğlubiyyət olacaq. Terror onların zəifliyinin sübutu və bizim dayanıqlılığımız üçün bir sınaq oldu. Bizim üçün ən qaranlıq vaxtlar işıqsız olan vaxtlar deyil, azadlıq olmayan zamandır", - deyə Ukrayna prezidenti qeyd edib. Xatırladaq ki, ötən həftə Rusiya Ukraynanın bir sıra şəhərlərini raket atəşinə tutub. Son olaraq Dneprə raket hücumu zamanı 40 nəfər ölüb, 70-dən çox insan yaralanıb.
16-01-2023, 17:54
Alman nazirin istefası qəbul olunduAlmaniya kansleri Olaf Şolts müdafiə naziri Kristin Lambrextin istefasını qəbul edib. Bu barədə Almaniya hökuməti rəsmi məlumat yayıb. Qeyd olunub ki, qısa vaxt ərzində yeni nazir təyin ediləcək.
16-01-2023, 17:50
Ermənistanda bu qanun yeni redaksiyada qəbul olunacaqErmənistanda dövlət sirri haqqında qanun yeni redaksiyada qəbul olunacaq. Bunu Ermənistan parlamentinin iclasında ölkənin Milli Təhlükəsizlik Xidmətinin sədr müavini Tiqran Harutyunyan deyib. Onun sözlərinə görə, hazırkı sənəd 1996-cı ildə Rusiya Federasiyasının oxşar qanununun analoqu əsasında hazırlanıb. "Amma artıq rəsmi sirr anlayışı demək olar ki, heç bir yerdə işlədilmir və xarici tərəfdaşlar bununla qarşılaşanda anlaşılmazlıq olur. Qanunun yeni redaksiyasında idarələr tərəfindən dövlət sirri təşkil edən məlumatların siyahılarının formalaşdırılması qaydaları müəyyən edilib", - deyə Harutyunyan vurğulayıb.
16-01-2023, 17:43
İlham Əliyev “Masdar”la olan əməkdaşlığın üstünlüklərini qeyd etdiDünən “Masdar” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli layihədir. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaq. Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Dövlətimizin başçısı qeyd edib: “Bu, tamamilə icraolunandır. Bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində, “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”. Prezident İlham Əliyev vurğulayıb ki, bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq.