24-01-2023, 22:29
Finlandiya prezidenti Ukraynaya səfər edibFinlandiya prezidenti Sauli Niinsto Ukraynaya səfər edib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb. "Finlandiya prezidenti Sauli Niinistonu Ukraynada qarşılayıram. Ukrayna Finlandiya dövləti və fin xalqının dəstəyini yüksək qiymətləndirir. Bu səfər üçün təşəkkür edirik!", - deyə Zelenski yazıb.
24-01-2023, 22:24
İranın cənubunda nəhəng gəmi aşıbBu gün İranın cənubunda yerləşən Buşehr vilayətinin Pars limanında Tanzaniyaya məxsus gəmi aşıb. Bunu İranın Pars limanı təhlükəsizlik, səhiyyə, ətraf mühit və fövqəladə hallar idarəsinin müdiri İbrahim Qəribi deyib. İ.Qəribinin sözlərinə görə, gəmi hər biri 27 ton olan 91 konteynerin düzgün yüklənmədiyinə görə aşıb. O əlavə edib ki, hadisə baş verdiyi ilk anlarda xilasetmə qüvvələri gəmi ekipajının bütün üzvlərini xilas ediblər.
24-01-2023, 22:21
Conson Ukraynanın NATO-ya üzvlüyünü vacib hesab edirBöyük Britaniyanın sabiq baş naziri Boris Conson Ukraynanın NATO-ya üzvlük perspektivlərindən danışıb. Conson bunun vacib olduğunu vurğulayıb. "Ukrayna aydınlıq, sabitlik və uzunmüddətli sülh naminə NATO-ya daxil olmalıdır", - deyə keçmiş baş nazir qeyd edib. Qeyd edək ki, Conson ötən həftə Ukraynaya səfər etmişdi.
24-01-2023, 22:16
Xarici İşlər Nazirliyində dilimizi bilən adam yoxdur - DeputatXarici İşlər Nazirliyində Azərbaycan dilini bilən bir adam yoxdur. Bilənlər də yaddan çıxarıb. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Nizami Cəfərov deyib. Deputat bəzi sözlərin tərcüməsində səhvlərin olduğunu bildirib: “Qeyri-maddi ifadəsini dəyişdirə bilmirik, hərfi tərcümə edirik. Bizim dilimizi məhv edən konvensiyalarıdır. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir?.Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, amma nazirlikdə Azərbaycan dilini bilən bir adam yoxdur”.
24-01-2023, 22:12
BMT-nin baş katibindən Talibana çağırışBMT-nin baş katibi Antonio Quterreş Əfqanıstanda 2021-ci ilin avqustundan hakimiyyəti ələ keçirmiş Taliban qruplaşmasını qadınların təhsil hüququnu əlindən alan qərarını ləğv etməyə çağırıb. O, twitter səhifəsində bu barədə yazıb. "İndi təhsilə əlçatanlığı əngəlləyən bütün diskriminativ qanun və qərarlara son verməyin vaxtıdır. Talibanı Əfqanıstandakı qız uşaqları və qadınların orta və ali təhsilə çatımlılığına yönələn çirkin və öz-özünü baltalayan qadağanı aradan qaldırmağa çağırıram", - deyə baş katib qeyd edib. Xatırladaq ki, bu gün Beynəlxalq Təhsil Günüdür.
24-01-2023, 22:07
Ermənistan ombudsmana yeni namizəd təyin edibErmənistanda ombudsman vəzifəsinə hakimiyyətin yeni namizədinin kimliyi müzakirə olunur. “Hraparak” qəzeti öz mənbələrinə istinadən əmək nazirinin müavini Tatevik Stepanyanın bu vəzifəyə təyin olunacağını yazıb. Qəzet bildirir ki, 40 yaşlı namizəd 2020-ci ilə qədər geyim mağazalarından birində menecer işləyib. "Həmçinin onun bioqrafiyasında müxtəlif kurslar və ictimai fəaliyyətlər var", - deyə "Hraparak" yazıb. Qeyd edək ki, Ermənistanın sabiq ombudsmanı Kristine Qriqoryan dünən istefa verib.
24-01-2023, 16:13
Zelenskidən müharibənin 11-ci ayının tamamlanmasıyla bağlı paylaşımUkrayna prezidenti Volodimir Zelenski müharibənin başlamasının 11-ci ayının tamam olması ilə əlaqədar paylaşım edib. Onun paylaşımı rəsmi "Telegram" kanalında yerləşdirilib. "Bu gün tam 11 ay tamam olur ki, genişmiqyaslı müharibə gedir. 335-ci gündür. Bütün qüvvələrimizi bir şey naminə birləşdirəcəyik - qələbə. Ukraynanın qələbəsi naminə!", - deyə Zelenski yazıb. Qeyd edək ki, müharibə ötən ilin 24 fevralında başlayıb.
24-01-2023, 15:23
Zelenskidən müharibənin 11-ci ayının tamamlanmasıyla bağlı paylaşımUkrayna prezidenti Volodimir Zelenski müharibənin başlamasının 11-ci ayının tamam olması ilə əlaqədar paylaşım edib. Onun paylaşımı rəsmi "Telegram" kanalında yerləşdirilib. "Bu gün tam 11 ay tamam olur ki, genişmiqyaslı müharibə gedir. 335-ci gündür. Bütün qüvvələrimizi bir şey naminə birləşdirəcəyik - qələbə. Ukraynanın qələbəsi naminə!", - deyə Zelenski yazıb. Qeyd edək ki, müharibə ötən ilin 24 fevralında başlayıb.
24-01-2023, 15:18
Almaniyanın Ukraynaya dəstəyi münasibətlərimizə təsir edəcək - PeskovRusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynaya tank tədarükündən danışıb. O, Almaniyanın belə addım atacağı təqdirdə Moskvanın necə reaksiya verəcəyini açıqlayıb. "Kiyevə "Leopard" tanklarının tədarükü istər-istəməz Rusiya və Almaniya arasında gələcək münasibətlərə təsir göstərəcək", - deyə Peskov Berlinə xəbərdarlıq edib. "Kremldə Kiyevin Minskə hücum etməmək paktı təklif etdiyinə dair heç bir məlumat yoxdur. Zelenski ilə CIA-in Yevgeni Priqojinin həyatına sui-qəsdi müzakirə etdiyi barədə məlumatı xüsusi xidmət orqanlarından soruşmaq lazımdır. Rusiya Federasiyası nadir və dəyərli mütəxəssislərin, o cümlədən İT sənayesinin mütəxəssislərinin geri qayıtması üçün şərait yaratmaqda maraqlıdır", - deyə sözçü əlavə edib.
24-01-2023, 15:07
XİN rəhbəri Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətindən danışdıZəngəzur dəhlizi bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacaq. Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir, həmçinin Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb.