Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
1-02-2023, 17:00
İsveçin NATO-ya üzvlüyü məsələsində mövqeyimiz qətidir - Ərdoğan


İsveçin NATO-ya üzvlüyü məsələsində mövqeyimiz qətidir - Ərdoğan

“İsveç, boş yerə çabalama. Mənim müqəddəs kitabımın yandırılmasına icazə verdiyin müddətcə, biz sizin NATO-ya üzv olmağınıza “hə” deməyəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə Prezidenti bildirib ki, NATO-nun genişləndirilməsi ilə bağlı prosesləri yaxından izləyir. “Finlandiyanın NATO-ya üzvlüyü məsələsində mövqeyimiz müsbətdir, amma İsveç məsələsində mövqeyimiz qətidir. Bunu da belə bilin”, - deyə Ərdoğan qeyd edib.
1-02-2023, 16:57
Rusiyanın təcavüzünə qalib gələ bilərik - Zelenski


Rusiyanın təcavüzünə qalib gələ bilərik - Zelenski

"Ukrayna Rusiyaya qalib gələcək". Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb. "Biz hər gün xalqımızı, sərhədlərimizi və dəyərlərimizi qorumaq üçün mübarizə aparırıq. İndi biz əminliklə deyə bilərik ki, biz Ukrayna torpağında Rusiyanın təcavüzünə qalib gələ bilərik", - deyə o qeyd edib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
1-02-2023, 16:53
Saakaşvillinin yeni görüntüləri yayılıb


Saakaşvillinin yeni görüntüləri yayılıb

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan yeni görüntüləri yayılıb. Gürcü siyasətçinin fotolarını rusiyalı müxalif siyasətçi və hüquq müdafiəçisi Mark Feygin öz facebook hesabında paylaşıb. Fotolarda Saakaşvilinin köynəyinin üzərində “I'm Ukrainian” (Mən ukraynalıyam) yazısı diqqət çəkib. Məhkəməyə onlayn qatılan Saakaşvili hakimə vəziyyətinin ağır olduğunu söyləyib və adekvat müalicə tələb etdiyini bildirib: "Mən bütün biliyimi Gürcüstana vermişəm... Lazım olsa, canımı da verərəm. İndi tək xahişim odur ki, mənə müalicə almaq imkanı verilsin. Çünki vəziyyətim kəskin şəkildə pisləşib". Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin məhkəməsi keçirilir. Saakaşvili iclasa müalicə aldığı klinikadan onlayn qoşulub.

1-02-2023, 16:48
Sabahın hava proqnozu - Gündüz çiskin, gecə yağış yağacaq


Sabahın hava proqnozu - Gündüz çiskin, gecə yağış yağacaq

Fevralın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz çiskinli olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
1-02-2023, 16:43
Ədalətli sülhün tərəfdarıyıq - Çavuşoğlu


Ədalətli sülhün tərəfdarıyıq - Çavuşoğlu

"Türkiyə Ukraynanı dəstəkləməyə davam edir". Bunu Estoniyaya səfəri çərçivəsində həmkarı Urmas Reynsalla birgə mətbuat konfransı keçirən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib. "Biz sülh istəyirik. Amma Ukraynanın əraziləri işğal edilib. Buna görə də ədalətli sülhün tərəfdarıyıq", - deyə nazir bildirib. Çavuşoğlu, həmçinin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək barədə İsveç və Finlandiyaya çağırış edib.
1-02-2023, 16:00
Əmək pensiyalarının artırılmasıyla bağlı qanun təsdiqləndi


Əmək pensiyalarının artırılmasıyla bağlı qanun təsdiqləndi

Milli Məclis minimum əmək pensiyasının məbləğinin artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Parlamentin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Qeyd edək ki, dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır. Qanun layihəsi 2023-cü ilin fevralın 1-dən qüvvəyə minəcək. Artım təxminən 100 min pensiyaçını əhatə edəcək. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.
1-02-2023, 15:57
İrəvanın danışıqlarda iştirakdan imtina etməsi vəziyyəti çətinləşdirir


İrəvanın danışıqlarda iştirakdan imtina etməsi vəziyyəti çətinləşdirir

"Hakimiyyətin Laçın dəhlizinə görə Rusiyanın məsuliyyət daşıması ilə bağlı tezisi təhlükəlidir". Bunu Ermənistanın müxalif "Hayastan" fraksiyasının deputatı, Daşnaksütun partiyasının funksioneri Geğam Manukyan deyib. "Üçtərəfli bəyanatda Ermənistanın da imzası var, müvafiq olaraq İrəvan da məsuliyyət daşıyır. Laçın dəhlizi məsələsi kontekstində ictimai təzyiqlər Ermənistan rəhbərliyini gərginliyi azalda biləcək bəzi təxirəsalınmaz tədbirlərə əl atmağa məcbur edir. Buna misal olaraq Paşinyanın bir gün əvvəl Putinlə telefon danışığını göstərmək olar. Lakin İrəvan bütün vasitələrdən istifadə etmir. Üstəlik, İrəvanın Bakı ilə Rusiya Federasiyasının təşəbbüsü ilə aparılan danışıqlarda iştirakdan imtina etməsi vəziyyəti çətinləşdirir və düzgün deyil", - deyə müxalif siyasətçi bəyan edib. Qeyd edək ki, Laçın-Xankəndi yolunda keçirilən aksiya dəhlizin humanitar məqsədlər üçün istifadəsinə maneə törətmir.
1-02-2023, 15:51
İran Milli Bankının bağlanma ehtimalı yoxdur - Mərkəzi Bank


İran Milli Bankının bağlanma ehtimalı yoxdur - Mərkəzi Bank

Azərbaycanda İran Milli Bankının bağlanma ehtimalı ilə bağlı suala aydınlıq gətirilib. Bu barədə Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev bu gün keçirilən mətbuat konfransında danışıb. O qeyd edib ki, Mərkəzi Bankın gündəliyində belə bir məsələ yoxdur: “Bizə belə bir müraciət daxil olmayıb”.
1-02-2023, 15:48
İrana casusluq edən şəxlərdən biri “İnterAz” kanalının rəhbəridir


İrana casusluq edən şəxlərdən biri “İnterAz” kanalının rəhbəridir

Daxili İşlər Nazirliyinin (DİN) İranın casus şəbəkəsinə qarşı keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılanlar arasında “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov da var. Mətləb Bağırov “SalamNews" İnformasiya Agentliyinin və “İnterAz” televiziyasının rəhbəridir. Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun İranın Qum şəhərində və Suriyada dini təhsil aldığına dair məlumatlar var. Mətləb Bağırovun iş adamı kimi biznes obyektlərinə sahib olduğu da bildirilir. Qeyd edək ki, DİN-in keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda din pərdəsi altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər saxlanılıb. Məlumata görə, onlar İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.
1-02-2023, 15:43
Ukrayna müharibədən sonra NATO-ya qoşulmalıdır - Çexiya Prezidenti


Ukrayna müharibədən sonra NATO-ya qoşulmalıdır - Çexiya Prezidenti

"Ukrayna müharibədən dərhal sonra NATO üzvlüyünə layiqdir". Bunu Çexiya prezidenti Petr Pavel deyib. "Ukrayna müharibə başa çatdıqdan sonra hərbi alyansa qoşulmaq üçün mənəvi və praktiki olaraq hazırdır. Bu ölkənin ordusu Avropada ən təcrübəli ordu olacaq", - deyə prezident bildirib."Düşünürəm ki, onlar həqiqətən buna layiqdirlər", - istefada olan NATO generalı əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!