7-02-2023, 23:07
Zəlzələ qurbanlarının sayı 5400-ü keçdiTürkiyədə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 5434 nəfərə çatıb. Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. O qeyd edib ki, təbii fəlakət nəticəsində 31777 nəfər yaralanıb.
7-02-2023, 23:04
Hataydakı yanğın söndürüldüTürkiyədəki zəlzələdən sonra Hatay limanında başlayan yanğın bir gün sonra söndürülüb. Vilayətin İskenderun rayonunda yerləşən limanda konteynerlərdən birinin alovlanmasının səbəb olduğu güclü yanğının qarşısını almaq mümkün olub.
7-02-2023, 23:02
Ukrayna xilasedicilər TürkiyədəUkrayna Türkiyəyə 90 xilasedici göndərib. Bu barədə Ukraynanın Rusiyadakı səfiri Vasil Bodnar məlumat yayıb. O qeyd edib ki, Türkiyəyə zəlzələnin yaratdığı fəsadları aradan qaldırmaq üçün yardımlar davam edəcək.
7-02-2023, 22:59
Paşinyan Ərdoğanla telefonda danışdıErmənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Bildirilib ki, Paşinyan Türkiyə Prezidentinə başsağlığı verib və zəlzələdə xəsarət alanların tezliklə sağalmasını arzulayıb. O, Ərdoğana bildirib ki, fəlakət zonasına gedəcək xilasediciləri daşıyan təyyarə artıq İrəvanın Zvartnots hava limanından qalxmağa hazırlaşır. Türkiyə lideri köməyə görə Paşinyana təşəkkür edib. O, həmçinin Türkiyə hökumətinin Ermənistanın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib, iki ölkə arasında dialoqun daha da dərinləşməsi üçün bu addımın vacibliyini vurğulayıb.
7-02-2023, 22:53
Vətəndaşımız zəlzələdə həlak olduAzərbaycan vətəndaşı Türkiyədə baş vermiş zəlzələdə həlak olub. Dünyasını dəyişən şəxs 1980-ci il təvəllüdlü Nailə Bünyatovadır. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyindən təsdiqləyiblər.
7-02-2023, 22:49
Tələbərimizin axtarışı davam edir“Türkiyədə zəlzələ baş verən andan bizə daxil olan zənglərin araşdırılmasına başlamışıq”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib. Səfir qeyd edib ki, zəlzələ baş verən bölgələrdə təhsil alan tələbələrin sayı çoxdur: “Artıq ikinci zəlzələ baş verəndə biz həmin bölgələrdə olan tələbələrin sayını müəyyənləşdirməyə və onlardan dağıntılar arasında qalanların olub-olmamasını dəqiqləşdirməyə başlamışdıq. Bizə daxil olan məlumatlardan Malatyada 4 tələbənin dağıntılar arasında qaldığı deyildi. Biz onların ad və soyadını dəqiqləşdirərək bütün xəstəxanalarda axtarış apardıq. Amma bu günə qədər hələ onlarla bağlı bir məlumat yoxdur. Biz yenə araşdırırıq. Türkiyənin rəsmi qurumlarının hər gün yaydığı ölən və xəsarət alanlar arasında da həmin tələbələrin adı çıxmayıb. Nəzərinizə çatdırım ki, bu məlumatlar hər gün yenilənir. Araşdırmalarımız davam edir”. Səfir bildirib ki, zəlzələnin təsirinə az məruz qalan iki vilayət – Mersin və Elazığda təhsil alan tələbələrimiz var: “Amma orada da bizim tələbələrimiz çoxdur. Təxminən 700-800 tələbəmiz də həmin vilayətlərdədir. Amma onlardan da getmək istəyən olsa, təxliyə olunacaq. Zəlzələ baş verən bölgədə olan tələbələr - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbakırda 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Antepdə 86, Adanada 169, Kilisdə 2, Malatyada 136 azərbaycanlı tələbə təhsil alır. Onların hamısı ilə əlaqə saxlanılmağa çalışılır. Yaradılmış Operativ qərargahlarımıza daxil olan bütün müraciətlər araşdırılır”.
7-02-2023, 22:46
Mehriban Əliyevadan Türkiyəyə humanitar yardımFevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Bununla əlaqədar faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşəcək. Fondun Türkiyəyə ezam edilən əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq. Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
7-02-2023, 20:10
Bakı şəhəri, Nizami rayonu, Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbin direktor müavini,Şahsuvarlı Minarənin anası, Məmmədova Ülkər Məhəmməd qızı vəfat etmişdir. Həmin məktəbin müəllimləri:İsmayılova Qətibə, Əliyeva Radə, Məmmədova Qızqayıt, Aşurbəyova Gülxumarə, Dəmirova Fərqanə, Mirzəyeva Selvina,Tağıyeva Nahidə, Sarıyeva Leyla,Əliyeva Elnurə, Alıyeva Vəfa, Bədəlova Nərgiz, Zeynalova Ürfət, Bəndəliyeva Aygün, Allahverdiyeva Şəlalə, Hacıyeva Dilarə, Nəcəfova İlhamə, Məhişova Aybəniz, 7c sinif şagirdləri və onların valideyinləri bu xəbərdən kədərlənir Minarə müəllimə başsağlığı verirlər.
Allah rəhmət etsin!
7-02-2023, 18:19
Ərəb Əmirlikləri ilə sürücülük vəsiqələrimiz qarşılıqlı tanınacaqAzərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq və dəyişdiriləcək.
7-02-2023, 18:15
Prezident sazişi təsdiqlədi“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan Hökumətlərinə bildiriş göndərməlidir.