Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
10-02-2023, 23:47
Zəlzələdə ölənlərin sayı 20 mini keçdi


Zəlzələdə ölənlərin sayı 20 mini keçdi

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 213 nəfərə çatıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. Bildirilib ki, zəlzələ nəticəsində 80 052 nəfər yaralanıb.
10-02-2023, 23:15
İranda hərbi obyektə hücum edənlər həbs edildi


İranda hərbi obyektə hücum edənlər həbs edildi

İran kəşfiyyatçıları İsfahandakı hərbi obyektə hücumda iştirak edənləri həbs edib. Bu barədə "Farsnews" nəşri yazıb. “Yanvarın 28-də İsfahanda Müdafiə Nazirliyinin sənaye mərkəzlərindən birində baş vermiş uğursuz təxribat cəhdinin əsas günahkarları müəyyən edilərək həbs edilib”, - deyə agentlik bildirib. Məlumata görə, hüquq-mühafizə orqanları hücumda İsrail agentlərinin əli olduğunu sübut ediblər. Xatırladaq ki, yanvarın 28-də İsfahandakı hərbi obyektə pilotsuz uçuş aparatları ilə hücum edilib. İran rəsmilərinin məlumatına əsasən, hücum nəticəsində üç kvadrokopter vurulub, itki yoxdur.
10-02-2023, 23:02
Dağılan binanın tikintisiylə məşğul olan şəxs saxlanılıb


Dağılan binanın tikintisiylə məşğul olan şəxs saxlanılıb

Türkiyədə zəlzələ nəticəsində dağılan “Rönesans Residence” adlı binanın tikintisi ilə məşğul olan podratçı saxlanılıb. Bu barədə "Anadolu" informasiya agentliyi məlumat yayıb. Bildirilir ki, Hatay bölgəsində yerləşən binanın podratçısı xaricə getmək istəyərkən hava limanında saxlanılıb. İstanbul hava limanında saxlanılan şəxsin adı açıqlanmayıb. Hazırda onunla bağlı araşdırma aparıldığı bildirilir.
10-02-2023, 22:58
İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqlədi


İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Təhsil haqqında" qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliklə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir. Bundan əlavə, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq. Elm və Təhsil Nazirliyinə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarını iki ay müddətində tabeliyində müvafiq təhsil müəssisəsi olan dövlət orqanları (qurumları) və Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla təsdiqləmək tapşırılıb.
10-02-2023, 22:54
“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalandı


“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalandı

Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2023-cü il yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
- orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;
- istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir. Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
10-02-2023, 22:50
61 hərbiçinin meyiti Ukraynaya geri qaytarıldı


61 hərbiçinin meyiti Ukraynaya geri qaytarıldı

Daha 61 hərbçinin meyiti Ukraynaya geri qaytarılıb. Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb. Bildirilib ki, həlak olan 61 hərbçinin cəsədi Ukraynaya qaytarılıb və qohumlarına təhvil verilib. Cəsədlərin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına və beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq həyata keçirilib. Həmçinin qeyd olunub ki, itkin düşmüş şəxslər üzrə ofis fəaliyyətə başlayandan bəri 888 hərbçinin cəsədi geri qaytarılıb.
10-02-2023, 22:46
Naxçıvandan daha 4 TIR yardım məqsədilə Türkiyəyə yola salınıb


Naxçıvandan daha 4 TIR yardım məqsədilə Türkiyəyə yola salınıb

Türkiyədə zəlzələdən zərərçəkənlərə kömək məqsədilə bu gün Naxçıvandan daha 4 TIR yardım yola salınıb. Bununla da Naxçıvandan qardaş ölkəyə ümumilikdə 26 TIR yardım göndərilib. Günün sonunadək daha bir neçə TIR-ın yola salınması istiqamətində hazırlıq işləri görülür.
10-02-2023, 21:25
"İnsan taleyinə acımaq, yoxsa acı-gucı vermək?!"


"İnsan taleyinə acımaq, yoxsa acı-gucı vermək?!"

Bu dəfə yenə də müsəlmanların başına bəla, müsibət gəldi. İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində güclü zəlzələ oldu. Türklərin yaşadığı ərazidə xeyli insan evsiz qaldı, xəsarət aldı. Şaxtada ac-susuz qalan soydaşlarımızın taleyinə molla rejimi acımadı. Digər bir tərəfdən Türkiyənin cənubunda və Suriyanın şimalında 7,7 bal gücündə zəlzələ oldu. Dünyanın diqqəti mərkəzi Türkiyəyə yönəldi.
Bu ərəfələrdə Fransanın "Charlie Hebdo" satirik jurnalı Türkiyədə baş verən zəlzələ ilə bağlı vicdansız davranış sərgilədi. Karikatura dərc edib "tanklara ehtiyac qalmadı" ifadəsini yazdı. İnsan taleyinə acımadı…
Türkiyə zaman-zaman bəşəri məsələlərdə xilaskar mövqedə olub. Vaxtilə suriyalı bacı-qardaşlarımız Türkiyənin yüksək səviyyəli qaçqın düşərgələrinə sığınıb. Müharibənin məhv etdiyi Suriyanı bu dəfə zəlzələ dağıtdı. Yenə də dünyadan səs-səmir çıxmadı. Bir sözlə heç kim bu zavallılara acımadı.
Zəlzələ dəhşətlidir... Ermənisindən, eləsindən – farsından, beləsindən – fransızından fərqli olaraq türk-müsəlman həmişə dosta da, düşmənə də dar gündə əl uzadıb. İnanmayan tarixi vərəqləyə bilər.
"Başına gələn başmaqçı olar" - atalar misalıdır. Misalı zəlzələyə görə çəkdim. Bu təbii fəlakət zaman-zaman bizim də xirtdəyimizdən yapışıb, torpağı başımız üstə töküb, özümüzü torpaq altına gömüb. Bir yandan xalqın qonşubağrıçatdadan yaşayış tərzinə, dəm-dəsgahına gor qonşularımız – ermənisi, farsı... hücum çəkibsə, digər bir yandan da kor qonşumuz – təbii fəlakətlər başımızın üstünü alıb. Zəlzələ təkcə Şamaxını 6 dəfə yerlə-yeksan edib.
Tanrı Mirzə Cəlilə rəhmət eləsin. "Zəlzələ" hekayəsində insanlığın, bəşəriliyin, azərbaycançılığın nədən ibarət olduğunu oxucuya çatdırır. Hekayənin sonunda "Yazıq uşaqlar" ifadəsini xatırlayanda Xoyda hökumətin biganə münasibəti nəticəsində şaxtada qalan, Suriyada beton hissələri arasında sıxışıb qalan, Türkiyədə valideynlərini itirən uşaqları xatırlayıram. Bir də bu hadisələrə biganə qalan, karikaturaya çevirən məxluqları...
Və birdən yaddaşıma iki il bundan əvvəl suriyalı qızın dünyaya səslənərək dediyi sözlər gəlir: Əgər mən ölərsəm, hamınızı Allaha şikayət edəcəm".
Türkiyədəki, Suriyadakı, Xoydakı zəlzələdə tək torpaq yarılmadı, tək o insanlar acımadı, həm də bizim qəlbimiz ortadan "yarıldı", ruhumuz acıdı...

Əsgər İsmayılov
10-02-2023, 21:12
"Dualarımızdasan, Türkiyəm!"


"Dualarımızdasan, Türkiyəm!"

Türkiyə dünyanın ən aktiv seysmik zonalarından birində yerləşir. Ölkədəki ən güclü zəlzələlərdən biri də 1999-cu ildə, ölkənin şimal-qərbindəki İzmit bölgəsində baş vermişdi. Bu zəlzələ ölkədə böyük faciələrə səbəb olmuş, 17 mindən çox insan həyatını itirmişdi. Fevralın 6-da qardaş Türkiyənin cənub-şərqində eyni gündə 2 güclü zəlzələ baş verdi. Diqqət çəkən məqamlardan biri də, 3 gün əvvəl, Hollandiyadan olan məşhur seysmoloq Frank Huqerbitsin Cənubi-Mərkəzi Türkiyə, İordaniya, Suriya, Livan kimi bölgələrdə 7,5 bal gücündə zəlzələ olacağını paylaşmaq idi. Baş verən bu zəlzələnin fəsadları hələ də davam edir.
Zəlzələ bir çox şəhərlərdə binaların uçmasına səbəb olub, dağıntıların altında qalan insanların sayı çoxdur, buna rəğmən axtarış prosesi ləng gedir. Hələ də Hatay bölgəsində qurtulmağı gözləyən yüzlərlə insan var. Bu işə ciddi məsuliyyətlə yanaşmaq lazımdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da baş verən zəlzələylə əlaqədar 7 günlük matəm elan edib, eyni zamanda Türkiyənin beynəlxalq yardımı qəbul etməyə hazır olduğunu vurğulayıb.
Hazırda Türkiyəyə digər ölkələrdən, eyni zamanda bizim ölkədən humanitar yardımlar davam etməkdədir. Yeri gəlmişkən, zəlzələ olan ərazilərdə bir anda dağılan və çökən binalar haqqında fikrimi də bildirmək istəyirəm:
Zəlzələnin fəsadları hər birimiz üçün, xüsusən də dövlətlər üçün düşündürücü olmalıdır. Təbii ki heç bir ölkə zəlzələdən sığortalanmayıb. Buna görə zəlzələyə dayanıqlı binalar tikilməlidir. Zəlzələlərə qarşı dayanıqlıq, eyni zamanda bu ölkələrin gücünün və inkişafının göstəricisidir.
İnsan faciəsini görmək dözülməzdir. Allahdan qardaş Türkiyədə və digər bölgələrdə baş verən zəlzələdə həyatını itirmiş qardaş-bacılarımıza rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm. Dualarım həm də bu hadisədə xalqa yardım edən qəhrəmanlarladır...

Lumu Zülfüqarova
10-02-2023, 20:33
"Qəlbən birik, birlikdəyik – Türkiyəm!"

"Qəlbən birik, birlikdəyik – Türkiyəm!"

Sazaqlı 6 fevral günü. Qardaş Türkiyədə səhər saat 04:17-ni göstərir. Baş verən və ən az on əyalətə təsir edən 7,7 bal gücündə zəlzələ insanların yuxusuna haram qatır, canlar alır, minlərlə insan yaralanır, dağıntı altında qalır. Türkiyənin zəlzələ zonasında yerləşməsi bizə məşhur “coğrafiya kaderdir” cümləsini xatırladır.
Türkiyədə ən dağıdıcı zəlzələ 26-27dekabr 1939-cu ildə Ərzincanda 7,9 bal gücündə baş verib. 52 saniyə davam edən güclü titrəyişdən sonra 32,962 nəfər həyatını itirib, 100 minə yaxın insan yaralanıb. Zəlzələ nəticəsində 116,720 bina dağılıb. Dünyanın ən böyük zəlzələləri arasında sayılan bu zəlzələ Türkiyənin ən ciddi zəlzələ fəlakətlərindən biri kimi tarixə düşdü. Tarix sanki illər sonra təkrarlanır.
Müvəqqəti mövcud olmağımız və ölümü gözdən qaçırmağımız sövq-təbii haldır. Dünyaya gözümüzü açdığımız və özümüzü tanıdığımız vaxtdan bəri öləcəyimizi və ölümə yaxınlaşdığımızı bilirik. Türkiyədə baş verən fəlakət nəticəsində xalq ölümdən qorxur ya da narahatlıq hissi keçirdir? Əgər ölümdən qorxur və narahat oluruqsa, onda daha əvvəl dünyaya niyə gəlmədiyimiz üçün də eyni dərəcədə qorxaq?
Kainatın 13,7 milyard yaşı olduğunu və bizim təqribən 70 il yaşadığımızı nəzərə alsaq, texniki cəhətdən kainatın varlığı tarixində bütün həyatımız bir göz qırpımına bərabərdir. Freydin məşhur deyimi yadıma düşür, ”Mən mövcud olanda ölüm yoxdu, ölüm mövcud olanda mən yoxam”.
Türkiyə də indi tək maddi cəhətdən yox, mənəvi cəhətdən də böyük dəstəyə ehtiyac var. Qardaş ölkəmizdə yer göyə qalxdı. Dünya da ayağa qalxdı. Nəticədə 45 ölkənin Türkiyəyə dəstəyinə şahid olduq. Bundan sonra dünyanın heç bir yerində fəlakətin yaşanmamasını arzu edirik.

Samirə Kərimli
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!