Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                        Cəsədi 7 gün sonra tapılan İbrahimin fotosu yayıldı .....                        “Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir” - Hikmət Hacıyev .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Bakı metrosunda sərnişin öldü .....                       
10-02-2023, 17:40
Kılıçdaroğlundan AHBAP-ı hədəfə alanlara sərt reaksiya


Kılıçdaroğlundan AHBAP-ı hədəfə alanlara sərt reaksiya

Türkiyədə zəlzələ bölgəsinə yardım göstərən ünlü sənətçi Haluk Levent və onun rəhbərlik etdiyi AHBAP dərnəyinə ünvanlanmış ittihamlar Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluni hiddətləndirib. CHP lideri Kamal Kılıçdaroğlu Kahramanmaraşdakı zəlzələ qurbanları üçün mütəşəkkil fəaliyyət göstərən və ianə toplayan Haluk Leventin qurduğu AHBAP-ı hədəfə alanlara sərt reaksiya verib. Kılıçdaroğlu sosial media hesabındakı paylaşımında bildirib: "AHBAP-a böhtan atmaqdansa, yardımların paylanması koordinasiyasını təmin edin. Başladığınız qarayaxma kampaniyası ən çox zəlzələ qurbanlarına ziyan vurur. Bu əxlaqsızlığa son qoyun. Xalqın qurduğu qurumları yıxmağı ağlınıza belə gətirməyin. Millətin üstünə qaçanları ayağından vurmayın!".
10-02-2023, 17:37
Xoydakı zəlzələdən əziyyət çəkən soydaşlarımız çadırlara yerləşdirilib


Xoydakı zəlzələdən əziyyət çəkən soydaşlarımız çadırlara yerləşdirilib

İranın Qərbi Azərbaycan əyalətindəki Xoy şəhərində baş vermiş 28 yanvar tarixli zəlzələdən əziyyət çəkən azərbaycanlılar çadır düşərgələrində məskunlaşıblar. “İsna” agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xoydakı zəlzələ qurbanlarına yardımı davam etdidiyi barədə məlumat yayıb. Bu barədə SEPAH-nin sözçüsü və ictimaiyyətlə əlaqələr üzrə məsul vəzifəli briqada generalı Ramzan Şərifə istinad edilib. R.Şərif deyib ki, Ordunun Şimal-Qərb Tibb Mərkəzinin səhra və səyyar ixtisaslaşdırılmış xəstəxanasının şöbələri zəlzələdən zərər çəkmiş ərazidə yerləşdirilib. O əlavə edib ki, hazırda çadır düşərgələrində ixtisaslaşmış müalicə qrupları xidmət göstərir. R.Şərif SEPAH Quru Qoşunlarının Tibb Mərkəzinin 5 mindən çox insanın yerləşdiyi 45 düşərgədə xidmət göstərdiyini qeyd edib. Xoy şəhərində zəlzələdən zərər çəkənlər əsasən azərbaycanlı əhalidir. On minlərlə yerli sakin evlərinin dağılması səbəbindən hazırda çadırlara sığınıb. Yanvarın 28-də Xoyda 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 175 min əhalisi olan Xoy şəhərində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb. Qərbi Azərbaycan vilayətinin qubernatoru bildirib ki, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub. Zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binası dağılıb. Ötən həftə SEPAH komandanı, general-mayor Hüseyn Səlami Xoy şəhərinə gələndə zəlzələdən zərər çəkən azərbaycanlılar bəzi çatışmazlıqlardan şikayətlənmiş və ondan yardım istəmişdilər.
10-02-2023, 17:32
Rusiyadakı diasporumuzdan Türkiyəyə yardım


Rusiyadakı diasporumuzdan Türkiyəyə yardım

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım kampaniyalarına başlayıb. Rusiyadakı Azərbaycan diasporu bununla bağlı xüsusi fəallıq göstərir. Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyəti 11 000 manat maddi və 34 min manatlıq humanitar yardım, Pyatiqorsk şəhəri “Araz” Milli-Mədəni Muxtariyyatı 45 min manat maddi və 2200 manatlıq humanitar yardım, Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi 29 min manatlıq humanitar yardım, Sankt-Peterbur şəhərindəki Sofiyski meyvə-tərəvəz bazarında çalışan azərbaycanlı iş adamları 34 min manatlıq humanitar yardım, Krasnoyarsk Azərbaycan Milli-Mədəni Muxtariyyatı 22 min manat maddi yardım, “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai Təşkilatı 9400 manat maddi yardım, “Ural-Azərbaycan” Sverdlovsk Vilayəti Milli-Mədəni Regional Təşkilatı 81 min manatlıq humanitar yardım toplayaraq, Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriblər. Qeyd edək ki, Rusiya telekanalları Başqırdıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan icmasının Türkiyəyə yardımı haqqında reportaj yayımlayıb. Diaspor təşkilatlarının qardaş Türkiyəyə yardımları davam edir.
10-02-2023, 17:29
Azərbaycandan göndərilən növbəti yardım zəlzələ bölgəsinə çatıb


Azərbaycandan göndərilən növbəti yardım zəlzələ bölgəsinə çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

10-02-2023, 17:24
Mirzoyan rusiyalı həmkarı ilə telefonda danışdı


Mirzoyan rusiyalı həmkarı ilə telefonda danışdı

Ermənistanın XİN başçısı Ararat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məluma yayıb. Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər. Bildirilib ki, Ararat Mirzoyan və Sergey Lavrov arasında telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Mirzoyan rusiyalı həmkarını Diplomatiya İşçiləri Günü münasibətilə təbrik edib. Onlar Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sənədlərin həyata keçirilməsi üzrə işlərin tezliklə bərpasının, o cümlədən İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılmasının vacibliyini müzakirə ediblər. Söhbət zamanı həmçinin nəqliyyat-iqtisadi əlaqələrin açılmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasının vacibliyinə toxunulub.
10-02-2023, 17:14
Milli Məclis Türkiyəyə daşınan generatorlar göndərdi


Milli Məclis Türkiyəyə daşınan generatorlar göndərdi

Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.
10-02-2023, 17:06
Ukraynada yaşayan iki azərbaycanlı faciəvi şəkildə həlak oldu


Ukraynada yaşayan iki azərbaycanlı faciəvi şəkildə həlak oldu

Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinin Kleşiyevka qəsəbəsində ötən gün axşam 2 mülki Azərbaycan vətəndaşı Rusiya ordusunun qəfil mərmi atəşi nəticəsində həlak olublar. Əslən Azərbaycanın Masallı rayonundan olan 60 yaşlı Əliyev Sadıq və oğlu 31 yaşlı Əliyev Cavidin meyitləri mərmi zərbəsindən hissələrə parçalanıb. Belə ki, Donetsk vilayətinin Pokrovsk şəhərində müvəqqəti yaşayan Azərbaycan vətəndaşları olan ata-oğul ötən gün Toretsk şəhərinin Kleşiyevka qəsəbəsinə iri buynuzlu heyvan (inək) almağa gediblər. Heyvan sahibinin həyətində alış-veriş zamanı qəfil ev Rusiya ordusu tərəfindən mərmi atəşinə tutulub. Nəticədə ev sahibi və adları qeyd olunan Azərbaycan vətəndaşları faciəvi şəkildə həlak olublar. Hadisənin ardınca yaxın rayonlardan onların ardınca gedən həmyerlilərimiz onlara məxsus avtomobili və üstlərində olan 40 min qrivenə qədər pulu tapmayıblar. Yerli polisin köməyilə axtarışdan sonra avtomobil qəsəbənin kənarında tapılıb. Azərbaycan vətəndaşlarının meyitləri hissələri toplanmış halda hazırda Donetsk vilayətinin Konstantinovka şəhərində morqdadır. Onların hər ikisi ailəli olub.
10-02-2023, 17:01
Zəlzələ 12 mindən çox binanı sıradan çıxarıb


Zəlzələ 12 mindən çox binanı sıradan çıxarıb

Türkiyədə baş vermiş zəlzələ nəticəsində 12 mindən çox bina dağılıb. Bu barədə Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib. Onun sözlərinə görə, zəlzələ bölgələrində ümumilikdə 12 141 bina dağılıb. "Həmin bölgələrdə ölkə tarixində ən böyük quruculuq, bərpa işlərinə başlanılacaq", - deyə nazir vurğulayıb. Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələ Türkiyənin daha 10 şəhərinə ziyan vurub. Ümumilikdə 7 minə yaxın bina çöküb.


10-02-2023, 16:54
ÜST Türkiyə və Suriyaya maddi dəstək ayırdı


ÜST-dən Türkiyə və Suriyaya maddi dəstək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zəlzələnin fəsadları ilə mübarizə işində Türkiyə və Suriyaya dəstək olmaq üçün Fövqəladə Hallar üzrə ehtiyat fondundan 3 milyon dollar ayırıb. Ayrılan məbləğə dərmanlar yüklənmiş üç çarter reysinin göndərilməsi də daxildir. Bundan əlavə, hər iki ölkəyə dünyanın hər yerindən olan tibb işçilərindən ibarət 77 milli və 13 beynəlxalq təcili yardım briqadası göndərilib. Təşkilatdan bildirilib ki, hazırda səylərin hara yönəldilməli olduğunu müəyyən etmək üçün zərərin “xəritəsi”nin qiymətləndirilməsi üzərində iş aparılır. Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 maqnitudalı zəlzələ baş verib. Güclü yeraltı təkanlar və ondan sonra baş verən afterşoklar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla qonşu dövlətlərdə hiss olunub. Artıq Türkiyənin 10 vilayətində 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib. Ölkədə həlak olanların xatirəsinə 7 günlük matəm elan edilib.
10-02-2023, 16:50
Ukrayna Belarusla həmsərhəd olan bütün yolları minaladı


Ukrayna Belarusla həmsərhəd olan bütün yolları minaladı

Ukrayna Silahlı Qüvvələri Belarusla həmsərhəd olan bütün yolları və meşə zonalarını minalayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin polkovniki Yevgeni Silkin bildirib. “Ukrayna hərbçiləri Ukrayna, Belarus və Rusiya arasındakı sərhədin böyük hissəsini minalayıblar. Belarusla sərhəddə hər yolu və bütün meşə zonasını minaladıq”, – Yevgeni Silkin “Vashington Post” qəzetinə deyib. O, həmçinin bəyan edib ki, Ukrayna yaxın gələcəkdə Rusiya Federasiyası və ya Belarusla dostluq etmək niyyətində deyil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!