ELMİ DOST TUTUN, OXUYUN, ÖYRƏNİN! .....                        36 ilin həsrəti .....                        XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ .....                        "Silah istehsalını artıracağıq" .....                        Neftçilərə mənzillər verildi - FOTO .....                        COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı hazırlandı .....                        Azərbaycanda zəlzələ olub .....                        Prezident Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqlədi .....                        Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv olundu .....                       
20-02-2023, 22:10
ABŞ prezidenti 15 ildən sonra Kiyevə səfər edib


ABŞ prezidenti 15 ildən sonra Kiyevə səfər edib

Xəbər verdiyimiz kimi, bu gün ABŞ prezidenti Co Bayden Kiyevə gözlənilməz səfər edib. O, ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. Prezidentlər Mixaylovsk dini məbədinə baş çəkib, döyüşlərdə həlak olan ukraynalı hərbçilərin xatirəsini yad ediblər. Baydenin Polşaya səfər edəcəyi gözlənilsə də, onun Kiyevə gəlişi hər kəsi təəccübləndirib. Ekspertlərin fikrincə, ABŞ liderinin Ukraynaya səfərinin gizli saxlanılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır. Onu da bildirək ki, ABŞ prezidentinin Kiyevə tarixi səfəri ortaya bir sıra məqamları çıxarıb. Belə ki, Bayden ABŞ tarixində Amerika əsgərlərinin olmadığı aktiv döyüş meydanına səfər edən ilk ölkə başçısıdır. Həmçinin 15 ildən sonra tarix yenidən təkrarlanıb. Bu, həm də ABŞ prezidentinin son 15 ildə Kiyevə ilk səfərdir. Bundan əvvəl Corc Buş 2008-ci ildə Kiyevə səfər edib və Viktor Yuşşenko ilə görüşüb. Qeyd edək ki, Bayden Zelenski ilə görüşdə bir sıra vacib məsələləri müzakirə edib. O, sosial şəbəkə hesabında Kiyevdən Rusiyaya mesaj göndərərək bildirib ki, Putin Ukraynanın zəif olduğunu, Qərbin isə parçalandığını düşünməklə dərindən səhv edib. ABŞ lideri, həmçinin vurğulayıb ki, Ukraynadakı müharibə əsrin son üç rübündə Avropada ən böyük quru silahlı münaqişəsinə çevrilib. Baydenin sözlərinə görə, ukraynalıların döyüş meydanında bundan sonra da qələbələr qazanacağına şübhə yoxdur.
20-02-2023, 22:00
Zelenski Baydenlə görüşündən sonra təəssüratlarını bölüşdü


Zelenski Baydenlə görüşündən sonra təəssüratlarını bölüşdü

ABŞ Prezidenti Co Baydenin Kiyevə səfəri zamanı aparılan danışıqlar çox səmərəli keçib. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, görüşün nəticələri döyüş meydanında öz əksini tapacaq. “Baydenlə bugünkü danışıqlar səmərəli oldu... Ümid edirik ki, bu il 2023-cü il qələbə ili olacaq”, - deyə Zelenski bildirib. Dövlət başçısının sözlərinə görə, Ukrayna çox çətin dövr qarşısındadır, lakin ABŞ və digər tərəfdaş ölkələrin köməyi ilə “tarixi nailiyyətlər” əldə edəcək: "Bugünkü danışıqlar çox səmərəli, çox vacib və çox həlledici oldu...nəticələr mütləq döyüş meydanına təsir edəcək". Bayden Ukraynaya milyardlarla dollarlıq büdcə yardımı veriləcəyini deyib.
20-02-2023, 21:36
Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasına başlayıb


Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasına başlayıb

Avropa İttifaqının (Aİ) Ermənistana göndərdiyi müşahidəçi missiyası öz işinə başlayıb. Bu barədə Aİ Şurasının bəyanatında bildirilir. Açıqlamada deyilir ki, missiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin nizamlanmasına töhfə vermək üçün nəzərdə tutulub. 100 nəfərdən ibarət missiya 2 il müddətində fəaliyyət göstərəcək.
20-02-2023, 21:22
Türkiyənin Şanlıurfa şəhərində partlayış baş verib


Türkiyənin Şanlıurfa şəhərində partlayış baş verib

Türkiyənin Şanlıurfa şəhərində partlayış olub. Hadisə yaşayış binasında baş verib. Partlayış nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Binadan insanlar təxliyə olunub və təhlükəsizlik tədbirləri görülüb. Hazırda hadisə yerində araşdırma aparılır. İlkin məlumata görə, binanın birinci mərtəbəsində yerləşən iş yerində qaz balonu partlayıb. Xatırladaq ki, Şanlıurfa dağıdıcı zəlzələnin təsirinə məruz qalmış on vilayətdən biridir.
20-02-2023, 15:38
Türkiyənin Şanlıurfa şəhərində partlayış baş verib


Türkiyənin Şanlıurfa şəhərində partlayış baş verib

Türkiyənin Şanlıurfa şəhərində partlayış olub. Hadisə yaşayış binasında baş verib. Partlayış nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Binadan insanlar təxliyə olunub və təhlükəsizlik tədbirləri görülüb. Hazırda hadisə yerində araşdırma aparılır. İlkin məlumata görə, binanın birinci mərtəbəsində yerləşən iş yerində qaz balonu partlayıb. Xatırladaq ki, Şanlıurfa dağıdıcı zəlzələnin təsirinə məruz qalmış on vilayətdən biridir.
20-02-2023, 15:36
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
20-02-2023, 15:34
Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən danışdı


Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışıb. XİN başçısı ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən sonra bu məsələyə toxunub. Çavuşoğlunun sözlərinə görə, tezliklə İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı aparılan danışıqlar bərpa olunacaq və davam edəcək. O, Ankaranın Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmağa imkan verməyəcəyini vurğulayıb. Qeyd edək ki, İsveçdə PKK tərəfdarlarının keçirdiyi aksiya və Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması hadisələrindən sonra proses dayanmışdı.
20-02-2023, 15:28
Pakistan nazirləri Azərbaycana gəldi


Pakistan nazirləri Azərbaycana gəldi

Pakistandan olan nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. İki günlük səfər çərçivəsində İnvestisiyalar üzrə Şuranın federal naziri Çaudri Salik Hüseyn, neft naziri Musadiq Məsud Malik və federal sənaye və istehsal naziri Seyid Murtaza Mahmud Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır. Xatırladaq ki, ötən il Azərbaycan və Pakistan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edib.
20-02-2023, 15:25
Çavuşoğlu Blinkenlə bir sıra məsələləri müzakirə etdi


Çavuşoğlu Blinkenlə bir sıra məsələləri müzakirə etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdə Cənubi Qafqazla bağlı müzakirələr aparıblar. Bu barədə Çavuşoğlu birgə mətbuat konfransında məlumat verib. O qeyd edib ki, məqsəd sülhün bərqərar olmasıdır və Vaşinqton paralel olaraq Bakı və İrəvanla da kontakt saxlayır. Türkiyə XİN başçısı bildirib ki, ABŞ Konqresi F-16-ların tədarükünə mane olmamalıdır. Həmçinin terrorla mübarizə mövzusunun da müzakirə edildiyi vurğulanıb. Blinken isə ABŞ-ın Türkiyəni dəstəkləməyə davam edəcəyini diqqətə çatdırıb.
20-02-2023, 15:23
Pakistanla Əfqanıstan sərhəddində toqquşma baş verib


Pakistanla Əfqanıstan sərhəddində toqquşma baş verib

Pakistan və Əfqanıstan sərhədçiləri arasında toqquşma olub. Sərhəddəki Torxam keçid məntəqəsində atışma baş verib. Hələ ki, itkilər barədə məlumat yoxdur. Atışmaya səbəbin sərhədin bağlanması olduğu bildirilir. Belə ki, dünən Taliban qruplaşması Pakistanı öhdəliklərini yerinə yetirməməkdə ittiham edərək bu keçid məntəqəsini bağlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!