Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
11-02-2023, 21:32
Zelenski Avropa İttifaqına üzv olacağına ümidlidir


Zelenski Avropa İttifaqına üzv olacağına ümidlidir

Ukrayna prezidenti Volodimir Zelenski bəzi Avropa liderlərinin bədbin proqnozlarına baxmayaraq, ölkəsinin iki ildən sonra Avropa İttifaqına (Aİ) üzv olacağına ümid edir. Bu barədə o, "JP Morgan" tərəfindən təşkil edilən investisiya forumunda çıxışı zamanı bildirib. Prezidentin sözlərinə görə, son bir ildə Ukraynada çox şey dəyişib, xüsusən, korrupsiyaya qarşı mübarizədə ciddi yol qət edilib. “Bu gün dünya liderləri arasında bəzi pessimistlər var, Ukraynanın Avropa İttifaqına üzv olması üçün daha on il vaxt lazım olduğunu deyirlər. Amma bizi tanımırlar, hətta bəzən ruhumuzdan, enerjimizdən qorxurlar. Ona görə də mən hesab edirəm ki, biz iki ildən sonra Avropa İttifaqında olmalıyıq”, - deyə Zelenski qeyd edib.

11-02-2023, 21:25
Zelenski Türkiyə səfirliyinə baş çəkdi


Zelenski Türkiyə səfirliyinə baş çəkdi

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Kiyevdəki səfirliyinə baş çəkib. Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb. O, səfirliyin önünə gül dəstələri qoyub və matəm kitabına ürək sözlərini yazıb. “Türk xalqının dərdini paylaşır, bu çətin gündə yardım edirik. Ölənlərin ruhu şad olsun. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, - deyə Zelenski bildirib.
11-02-2023, 21:20
Zəlzələ nəticəsində dağılan binalarla bağlı 29 nəfər həbs olunub


Zəlzələ nəticəsində dağılan binalarla bağlı 29 nəfər həbs olunub

Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağılan binalarla bağlı Diyarbakırda 29 nəfər həbs olunub. Bu barədə Türkiyə Baş Prokurorluğundan bildirilib. Məlumata görə, saxlanılan şəxslərlə bağlı araşdırmalar aparılır. Qeyd edək ki, bundan öncə dağılan binalardakı nöqsanlara görə bir neçə nəfərin saxlanılması barədə məlumatlar yayılmışdı.
11-02-2023, 21:09
Tapılmayan vətəndaşlarımız var - Ceyhun Bayramov


Tapılmayan vətəndaşlarımız var - Ceyhun Bayramov

Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib. XİN başçısı bildirib ki, indiyədək 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib. Bundan əlavə, nazir Azərbaycanın 5 vətəndaşının zəlzələ nəticəsində həlak olduğunu vurğulayıb. Onun sözlərinə görə, ailəsinin istəyi ilə vəfat edən şəxslərdən birinin Türkiyədə dəfn olunmasına qərar verilib. Digər 4 nəfərin nəşinin Azərbaycana aparılması ilə bağlı işlər görülür.
11-02-2023, 17:36
Zəlzələ qurbanlarının sayı 21 mini keçdi


Zəlzələ qurbanlarının sayı 21 mini keçdi

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakırda bildirib. Təbii fəlakət nəticəsində 80 097 nəfər yaralanıb.
11-02-2023, 17:32
Ərdoğan zəlzələnin baş verdiyi növbəti bölgəyə üz tutub


Ərdoğan zəlzələnin baş verdiyi növbəti bölgəyə üz tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən zəlzələ bölgəsinə gedib. Ölkə lideri Esenboğa hava limanından Diyarbakıra yola düşüb. Ərdoğanın oradan Şanlıurfaya gedəcəyi gözlənilir. Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 8-də Kahramanmaraş və Hatayda olub. Növbəti gün Qaziantep, Kilis və Osmaniye vilayətlərinə səfər edib. Ərdoğan daha sonra Adıyaman və Malatyaya gedərək zəlzələ bölgəsinə baş çəkib.
11-02-2023, 17:29
Ceyhun Bayramov türkiyəli həmkarıyla səhra hospitalına baş çəkib


Ceyhun Bayramov türkiyəli həmkarıyla səhra hospitalına baş çəkib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kahramanmaraş şəhərində yerləşən mobil səhra hospitalına baş çəkib. XİN başçıları hospitalda yaradılmış şəraitlə tanış olublar. Mobil səhra hospitalında xəstələrə göstərilən yardımla bağlı nazirlərə məlumat verilib. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin güclü zəlzələ baş vermiş Kahramanmaraş şəhərində səfərdədir.


11-02-2023, 17:23
Çavuşoğlu Azərbaycana təşəkkür etdi


Çavuşoğlu Azərbaycana təşəkkür etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu növbəti dəfə Azərbaycana təşəkkür edib. Nazir bu barədə Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib. "Qardaşlarımız Türkiyədə baş vermiş yanğınlar zamanı da bizə köməklik etdi. Var olsun, Azərbaycan!"
11-02-2023, 17:17
Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə növbəti yardımı yola salınıb


Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə növbəti yardımı yola salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yardımı qardaş ölkəyə yola salınıb. Nazirliyin nümayəndəsi Yasin Musayev yardımın 9 yük avtomobilindən ibarət olduğunu qeyd edib. Bildirib ki, budəfəki yardıma 1015 çadır, 240 qızdırıcı və digər vasitələr daxildir.


11-02-2023, 17:11
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Fevralın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!