20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
12-05-2023, 16:44
Missiyanın fəaliyyətini müsbət qiymətləndirə bilərik - Ermənistan


Missiyanın fəaliyyətini müsbət qiymətləndirə bilərik - Ermənistan

"Avropa İttifaqının Ermənistandakı Mülki Missiyası öz mandatını tam şəkildə yerinə yetirir". Bunu jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib. "Missiyanın vəzifəsi mütəmadi olaraq sərhədin bütün hissələrinə baş çəkmək və Brüssel üçün hesabat hazırlamaq və müntəzəm olaraq sərhədin bütün hissələrinə baş çəkməkdir. Onların mövcudluğu vəziyyətin yaxşılaşdırılması baxımından töhfədir. Bu, psixoloji cəhətdən daha təhlükəsiz atmosfer yaradır. Və bu mənada missiya öz mandatını tam yerinə yetirir”, - Hovhannisyan bildirib. "Hazırda biz missiyanın fəaliyyətini müsbət qiymətləndirə bilərik”, - deyə nazir müavini əlavə edib.
12-05-2023, 16:18
"Kızılay" təşkilatının rəhbəri Kerem Kınık istefa verdi


"Kızılay" təşkilatının rəhbəri Kerem Kınık istefa verdi

Türkiyənin "Kızılay" təşkilatının rəhbəri Kerem Kınık istefa verib. O, zəlzələ zamanı təşkilatın çadır satması ilə bağlı tənqid olunurdu. Lakin Kerem Kınık hansı səbəbdən istefa verdiyini açıqlamayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan də dünən müsahibəsi zamanı bu mövzuya toxunmuşdu: "Bu məsələ məni kədərləndirdi".
12-05-2023, 15:49
Əsir düşən hərbiçilərimizin anaları Ceyhun Bayramova üz tutdu


Əsir düşən hərbiçilərimizin anaları Ceyhun Bayramova üz tutdu

Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçilərinin valideynləri Xarici İşlər Nazirliyinə (XİN) gediblər. Əsgərlər Aqşin Bəbirov və Hüseyn Axundovun anaları XİN rəsmiləri tərəfindən qəbul olunub, onlara övladlarının azad olunması istiqamətində görülən işlər barədə məlumat verilib. Hüseyn Axundovun anası Şəlalə Axundova deyib ki, nazir Ceyhun Bayramovla görüşmək istəsələr də, onları səlahiyyətli şəxs qəbul edib: "Bu gün biz Xarici İşlər Nazirliyinə getdik, Ceyhun Bayramovla görüşə bilmədik. Lakin nazirliyin səlahiyyətli şəxsləri bizi qəbul edərək, övladlarımızın geri qaytarılması istiqamətində səylə çalışdıqlarını bildirdilər. Nazir Ceyhun Bayramovun əsirlərin azad olunması üçün xarici ölkələrdə çıxışlar etdiyi barədə məlumat verdilər. Biz əsir hərbçilərin valideynləri olaraq, övladımızın səsini eşitmək, onlarla videoformatda danışmaq istədiyimizi bildirdik və bizə köməklik göstərilməsini xahiş etdik". "Dərdimizi danışdıq, onlar da bizi dinlədilər. Xahiş etdik ki, övladlarımızın sağlıq durumu barədə bizə ətraflı məlumat versinlər. Görüntülü, səsli danışmaq imkanı yaratsınlar, ya da heç olmasa, şəkillərini bizə göndərsinlər. İstəyimiz odur ki, bizə kömək etsinlər", - əsir anası vurğulayıb. Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
12-05-2023, 15:26
Belarus prezidenti Quterreşə təşəkkür etdi


Belarus prezidenti Quterreşə təşəkkür etdi

Belarus prezidenti Aleksandr Lukaşenko BMT-nin baş katibi Antonio Quterreşə təşəkkür edib. Bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Belarus prezidenti davamlı inkişaf məqsədləri üzrə sammitə dəvətə görə baş katibə minnətdarlığını bildirib və Belarusun bu sammitdə iştirak edəcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, Belarusda keçirilmiş sonuncu prezident seçkilərindən sonra əksər Qərb ölkələri və beynəlxalq təşkilatlar Lukaşenko hakimiyyətini tanımır və digər namizəd Svetlana Tixanovskayanı legitim prezident hesab edir.
12-05-2023, 14:19
İmran Xan azadlığa çıxdı


İmran Xan azadlığa çıxdı

Pakistanın sabiq baş naziri İmran Xan azadlığa çıxıb. İslamabad Ali Məhkəməsi İmran Xanı girov qarşılığında zaminə buraxıb. Qeyd edək ki, ötən günlərdə Pakistanın sabiq baş naziri İmran Xan İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Məhkəmənin qərarı ilə sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. İmran Xanın məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. İnsident nəticəsində yüzlərlə şəxsin həbs edildiyi bildirilib. Məlumata görə, gecə saatlarından başlayan toqquşmalarda bir nəfər həlak olub, çoxlu sayda sakin yaralanıb. Pakistanın Ali Məhkəməsi ölkədə davam edən kütləvi etirazlardan sonra keçmiş Baş nazir İmran Xanın həbsini qanunsuz hesab edərək, onun dərhal azadlığa buraxılmasına qərar verib. Bu gün isə yenidən məhkəmədə onun zaminə buraxılması məsələsinə baxılıb və azadlığa buraxılıb.
12-05-2023, 14:06
Rusiya öz maraqlarını qoruyacaq - Peskov


Rusiya öz maraqlarını qoruyacaq - Peskov

"Rusiya öz maraqlarını qoruyacaq". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, bu gün keçirdiyi ənənəvi mətbuat konfransında bir sıra aktual mövzular barədə sualları cavablandırıb. "Kremldə hələlik taxıl müqaviləsinin uzadılmasının mümkünlüyü barədə məlumat yoxdur, bu məsələ ilə bağlı təmaslar davam edəcək. Taxıl müqaviləsinin uzadılması üçün Putinlə Ərdoğan arasında söhbət yox, müqavilənin Rusiya Federasiyasına aid hissəsinin yerinə yetirilməsi lazımdır. Kreml həbsdə olan ABŞ vətəndaşlarının azadlığa buraxılması ilə bağlı sanksiyaların yumşaldılması mövzusunu şərh etmir. “Storm Shadow” raketlərinin Kiyevə çatdırılmasına gəlincə, Rusiya Qərbin Ukraynaya silah nəqlini davam etdirməsinə hazırdır. Xaricdə Rusiyanın əmlakına müdaxilə yolverilməzdir. Rusiya Federasiyası Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir, Ankara bir sıra regional və qlobal problemlərdə məsuliyyətli mövqe tutur. Rusiya Federasiyasının Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz və bu cür şayiələri yayanlar yalançıdırlar. Putinlə Ərdoğan arasında telefon danışığı hələ qrafikdə deyil, lazım gələrsə, təşkil edilə bilər. Rusiya Federasiyası digər ölkələrin daxili işlərinə və seçki proseslərinə qarışmır. Sanksiyaların səmərəsizliyi ilə bağlı Qərb mediası nəşrlərinə gəlincə, Qərbdə insanlar bilməlidirlər ki, onlar öz liderlərinin səhvlərinin əvəzini ödəyirlər. Kremldə Vatikanın Ukraynadakı “sülh missiyası” barədə hələ də məlumat yoxdur. Putinin Çinin xüsusi nümayəndəsi Li Hui ilə onun qrafiki üzrə görüşü hələ yoxdur", - Peskov bildirib. "Mayın 12-də Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək", - Peskov əlavə edib.
12-05-2023, 12:35
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.
12-05-2023, 12:28
Britaniya ilə bağlı saziş təsdiqləndi


Britaniya ilə bağlı saziş təsdiqləndi

Milli Məclis Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair sazişi ratifikasiya edib. “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq, birinci oxunuşda qəbul edilib.
12-05-2023, 12:14
Taxıl sazişi 60 gün uzadıla bilər


Taxıl sazişi 60 gün uzadıla bilər

Müddəti mayın 18-də bitəcək taxıl sazişi daha 60 gün uzadıla bilər. TASS agentliyi bu barədə danışıqlar prosesi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, müvafiq qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirəcəyi gözlənilir. “Taxıl sazişi 60 gün uzadıla bilər. Rusiya ola bilsin ki, buna sonuncu dəfə razılıq verir. Müqavilənin uzadılmasını ənənəvi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı ilə telefon danışığından sonra səsləndirəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda imzalanıb.
12-05-2023, 12:03
ABŞ Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir - Süleyman Soylu


ABŞ Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir - Süleyman Soylu

ABŞ Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “CNN türk”ə müsahibəsində deyib. “ABŞ seçkilərə müdaxilə edir. Bunu hər kəs bilir və ABŞ prezidenti özü deyir. Muharrem İncəyə hücum... Bunun haradan gəldiyi, haradan koordinasiya edildiyi aydındır. ABŞ-nin işidir. Bayden son günlər öz adamlarını Türkiyədə aktivləşdirib”, - deyə Soylu bildirib. Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınmışdı. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır. Mayın 11-də İnce namizədliyini geri götürdüyünü açıqladıqdan sonra prezidentlik uğrunda yarışda iştirak edənlərin sayı 3-ə düşüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!