Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
26-05-2023, 15:54
Keçmiş baş nazirin ölkədən çıxışına qadağa qoyuldu


Keçmiş baş nazirin ölkədən çıxışına qadağa qoyuldu

Pakistanın keçmiş baş naziri İmran Xan və onun rəhbəri olduğu “Təhriki İnsaf” Partiyasının funksionerlərinin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə “Geo News” məlumat yayıb. Bildirilib ki, partiyanın bir neçə üzvü son 3 gündə Pakistanı tərk etmək istəyərkən hava limanında saxlanılıb.
26-05-2023, 15:15
Azərbaycanla müqavilə ratifikasiya üçün uzun yol keçməlidir - Erməni deputat


Azərbaycanla müqavilə ratifikasiya üçün uzun yol keçməlidir - Erməni deputat

"Azərbaycanla müqavilə ratifikasiya üçün uzun bir yol keçməlidir. Bunu Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının deputatı, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan parlamentdə keçirdiyi brifinqdə bildirib.
"İrəvanla Bakı arasında sülh sazişinin mətninin razılaşdırılması prosesi davam edir və bütövlükdə bu prosesi müsbət qiymətləndirmək olar. Müqavilə hökumət tərəfindən təsdiqlənməlidir, sonra Konstitusiya Məhkəməsi onun ölkənin əsas qanunlarına uyğunluğunu yoxlayacaq, daha sonra sənəd parlamentdə ratifikasiya olunacaq, bundan sonra prezident onu imzalayacaq. Eyni proses Azərbaycanda da keçməlidir.Yalnız bütün bunlardan sonra müqavilə qüvvəyə minəcək", - erməni deputat əlavə edib.
26-05-2023, 14:52
Yekun bəyanatı gözləmək lazımdır - Paşinyanın partiyası


Yekun bəyanatı gözləmək lazımdır - Paşinyanın partiyası

"Moskvadakı danışıqlar uğursuz olmadı". Bunu Ermənistan parlamentində hakim fraksiyanın katibi Artur Hovhannisyan keçirdiyi brifinq zamanı deyib. "Başa düşmək lazımdır ki, üçtərəfli görüşdən əvvəl Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə ikitərəfli danışıqlar aparılıb. Məhz buna görə də yekun görüş belə qısa davam edə bilər, yekun bəyanatı gözləmək lazımdır", - deyə o bildirib. Deputat əlavə edib ki, Paşinyan Moskvadakı danışıqlarda ölkəsinin mövqeyini ifadə edib.
26-05-2023, 14:08
Azərbaycan Gürcüstanı Müstəqillik Günü münasibətiylə təbrik etdi


Azərbaycan Gürcüstanı Müstəqillik Günü münasibətiylə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Müstəqillik Gününü təbrik edib. Bu barədə nazirliyin sosial şəbəkə səhifələrində təbrik mətni dərc edilib. “Qonşumuz və dostumuz Gürcüstan xalqına və hökumətinə Müstəqillik Günü münasibətilə ən xoş arzularımızı bildiririk! Gələcəkdə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və strateji əlaqələrin daha da dərinləşməsinə ümid edirik”, - qeyd edilib.
26-05-2023, 14:01
Azərbaycanla Ermənistan Kişinyov şəhərində sülh sazişi imzalaya bilər


Azərbaycanla Ermənistan Kişinyov şəhərində sülh sazişi imzalaya bilər

Azərbaycan və Ermənistan arasında Moldovanın paytaxtı Kişinyov şəhərində sülh sazişi imzalana bilər. Bu barədə "Frans Press" və "Reuters" agentlikləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən məlumat yayıb. Belə ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti zamanı Bakı və İrəvan sülh sazişi imzalaya bilərlər. "Bu, tarixi məqamdır və qaçırmaq olmaz", - səfir söyləyib. Kremlin sözçüsü Dmitri Peskov da oxşar açıqlama verərək yaxın vaxtlarda iki ölkə arasında sülh müqaviləsinin imzalana biləcəyinə işarə edib, lakin dəqiq yer və tarix deməyib.
26-05-2023, 13:06
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağışda fasilə olacaq. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 10-15°, bəzi yerlərdə 18-20° isti olacaq.
26-05-2023, 12:41
Abdullahian iraqlı həmkarıyla telefon danışığı apardı


Abdullahian iraqlı həmkarıyla telefon danışığı apardı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və iraqlı həmkarı Fuad Hüseyn arasında telefon danışığı olub. Tərəflər iki ölkə arasındakı münasibətlərdəki son hadisələri müzakirə ediblər. Məlumatına görə, nazirlər telefon danışığında iki ölkə arasında imzalanmış təhlükəsizlik sazişinin həyata keçirilməsini, həmçinin İranın İraqa qaz nəqli xətlərinin gücləndirilməsini və regional əməkdaşlığın zəruriliyini vurğulayıblar. İki tərəf arasında bankçılıq sahəsində əməkdaşlığın daha da gücləndirilməsi qeyd olunub.
26-05-2023, 12:33
May ayının sonuna qədər qeyri-sabit hava şəraiti davam edəcək


May ayının sonuna qədər qeyri-sabit hava şəraiti davam edəcək

"Azərbaycanda qeyri-sabit hava şəraiti may ayının sonuna kimi davam edəcək". Bunu açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, iyunun ilk günlərində də havanın yağıntılı olacağı ehtimalı var: "Mayın 31-i gündüzədək bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xaraketli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi bölgələrdə şərq küləyi arabir 18-23 m/s-dək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur". U.Tağıyeva əlavə edib ki, yaxın günlər ərzində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 25-30 dərəcə isti olacaq".
26-05-2023, 12:09
Zakir Həsənov Gürcüstana işgüzar səfərə getdi


Zakir Həsənov Gürcüstana işgüzar səfərə getdi

Mayın 26-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edir. Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri Gürcüstanda Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak edir.
26-05-2023, 11:18
Ermənistan diplomatik korpusunda ciddi dəyişiklik gözlənilir


Ermənistan diplomatik korpusunda ciddi dəyişiklik gözlənilir

Ermənistanın diplomatik korpusunda ciddi kadr dəyişikliyi gözlənilir. Bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən yazıb. Nəşrin məlumatına görə, Baltikyanı ölkələrdəki səfir Hovhannes İgityan geri çağırılacaq. Həmçinin Ermənistanın Danimarka, Norveç, İsveç, Finlandiya, İslandiyadakı səfiri Aleksandr Arzumanyan da dəyişdiriləcək. Bundan başqa, Ara Markaryan Litvaya diplomatik nümayəndə təyin olunacaq. Ermənistanın Niderland və Lüksemburqdakı səfiri Tiqran Balayan isə Brüsselə göndəriləcək. Qeyd olunub ki, bunlarla yanaşı, digər dəyişikliklər də gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!