"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
6-07-2023, 14:00
Müharibədən sonra Ukrayna hərbi xidmətə çağırışdan imtina edəcək - Baş nazir


Müharibədən sonra Ukrayna hərbi xidmətə çağırışdan imtina edəcək - Baş nazir

"Müharibədən sonra Ukrayna hərbi xidmətə çağırışdan imtina edəcək və müdafiənin əsasını peşəkar ordu təşkil edəcək". Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib. Baş nazir vurğulayıb ki, ordu məsələsində əsas prioritet Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bütün aspektlər üzrə NATO standartlarına keçidini başa çatdırmaqdır: "Texnika və silahlardan tutmuş planlaşdırma və təhlilə qədər". Onun sözlərinə görə, peşəkar ordu Ukraynanın müdafiəsinin əsasına çevriləcək və ehtiyatın iki komponenti yaradılacaq. "Lakin hərbi xidmətə cəlb olunanların hamısı, çağırış olmamasına baxmayaraq, müəyyən edilmiş hərbi ixtisaslar üzrə daim icbari təlim keçəcəklər".
6-07-2023, 13:37
Sel zamanı dağılan körpü yenidən salınır


Sel zamanı dağılan körpü yenidən salınır

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir, Göynük və Nəcəfalı Dizə kəndlərini birləşdirən və sel nəticəsində uçan körpü yenidən qurulur. Seldən sonra körpü istifadəyə yararsız vəziyyətə düşüb. Layihəyə uyğun olaraq körpü tamamilə sökülüb, ərazidə hamarlama və bərkitmə işləri aparılıb. Yeni körpünün salınması üçün beton təməl işlərinə başlanılıb.
Qeyd edək ki, mayın sonunda yağan güclü yağışlar nəticəsində Nəhəcir çayında daşqın olub. Nəticədə körpünün əsas dayaq hissələri aşıb və qəzalı vəziyyətə düşüb. Həmçinin ötən illərdə körpü və asfalt yol üzərində aparılan təmir-bərpa işləri ərazinin relyefinə uyğun aparılmadığından yolun 30 metrdən artıq hissəsi də istifadəyə yararsız vəziyyətə düşüb. Uçan körpü 2011-ci ildə salınıb.
6-07-2023, 13:13
Zelenski Bolqarıstanda olduğunu bildirdi


Zelenski Bolqarıstanda olduğunu bildirdi

Ukrayna Prezidenti Volodimir Zelenski Bolqarıstana səfər edib. Bu barədə o, "Twitter" hesabında bildirib. “Sofiyadayam. Bolqarıstan Baş nazir Nikolay Denkovla əsaslı danışıqlar aparacağam, Prezident Rumen Radev, hökumət rəsmiləri, parlamentarilər, siyasətçilər və jurnalistlərlə görüşəcəyəm. Müdafiə dəstəyi, Ukraynanın Avro-Atlantik məkana inteqrasiyası, NATO Sammiti, təhlükəsizlik zəmanətləri və Sülh Formulasının həyata keçirilməsini müzakirə edəcəyəm", - Zelenski vurğulayıb.
6-07-2023, 13:03
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyulun 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.
6-07-2023, 12:50
Suraxanı qəsəbəsində əl qumbarası tapıldı


Suraxanı qəsəbəsində əl qumbarası tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQO əl qumbarası olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

6-07-2023, 12:41
Dərman qıtlığının səbəblərindən biri beynəlxalq bazarda baş verən qeyri-stabillikdir


Dərman qıtlığının səbəblərindən biri beynəlxalq bazarda baş verən qeyri-stabillikdir

“Dərman qıtlığının əsas səbəblərindən biri beynəlxalq bazarda baş verən qeyri-stabillikdir”. Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin növbədənkənar sessiyasının iclasında bildirib.“Bəzən istehsalçılar öz öhdəliklərini qismən və ya ümumiyyətlə icra etmir. Bundan başqa, qüvvədə olan tənzimlənməyə dair qanunverciliyin günün tələblərinə cavab verməməsi də əsas amillərdəndir. Son zamanlar bu sahədə baş verən stabilləşmə yerli idxalçıların işinə müsbət təsir edir”, - deyə nazir müavini vurğulayıb.
6-07-2023, 12:36
Bakı Təşəbbüs Qrupu yaradıldı


Bakı Təşəbbüs Qrupu yaradıldı

Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılıb. Bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar. Sonda bəyanat qəbul edilib. Bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər.
Qeyd edək ki, toplantı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutub. Tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Yeni Kaledoniya parlamentinin sədri Rock Wamytan, Fransız Polineziyası Assambleyasının prezidenti Antony Geros, Fransa Milli Assambleyasının deputatı Jean-Victor Castor və digər şəxslər iştirak ediblər.
6-07-2023, 12:24
Azərbaycana gətirilən dərmanların sertifikasiyası çox qəliz iş olub - Deputat


Azərbaycana gətirilən dərmanların sertifikasiyası çox qəliz iş olub - Deputat

“Bir neçə əsas şirkətin rəhbərləri ilə görüşmüşəm. Bildirilir ki, Azərbaycana gətirilən dərmanların sertifikasiya məsələsi çox qəliz iş olub”. Bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Vahid Əhmədov bildirib. “Aylarla gözləyirlər və axırda da qərar verilir ki, satmaq olmaz. Niyə müddət bu qədər uzundur? Dərman qıtlığı nədən yaranıb? Ölkə apteklərində çox ciddi dərman qıtlığı var. Dərmanın keyfiyyəti də ciddi məsələdir. Dərman alırsan heç bir təsir göstəmir. Alman apteklərindən alınan dərmanlar isə keyfiyyətli olur, niyə? Qiymətlərin baha olması ilə əlaqədar neçə vaxtdır deyilir ki, layihə hazırlanır. Təqdim edin, görək, o nə layihədir”. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deputata cavab olaraq bildirib ki, bununla bağlı ciddi problem var: “Dərmanın keyfiyyət və qiymətləri ilə bağlı doğurdan da ciddi problemlər var. Bunun səbəbi ölkədə dərman istehsalının olmamasıdır. Dərmanların əksəriyyəti xaricdən gətirilir, bu da ciddi problemlər yaradır”.
6-07-2023, 12:12
Sertifikasiya imtahanında sualların çətinlik həddi artacaq


Sertifikasiya imtahanında sualların çətinlik həddi artacaq

Sertifikasiya imtahanında sualların çətinlik həddi dəyişəcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev sertifikasiyadan yüksək nəticə əldə etmiş müəllimlərlə görüşündə deyib. “Sertifikasiya imtahanlarının suallarının məzmunu getdikcə çətinləşdiriləcək. Bu, zamanla olacaq. Birdən-birə dərəcəni qaldırmaq faydasız olar", - nazir deyib.
6-07-2023, 11:59
Priqojin Belarus ərazisində yoxdur - Lukaşenko


Priqojin Belarus ərazisində yoxdur - Lukaşenko

"Yevgeni Priqojin Belarus ərazisində yoxdur". Bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib. "Priqojin hazırda Sankt-Peterburqdadır. Ola bilsin ki, bu səhər Moskvaya gedib. O ki qaldı "Vaqner"çilərə, məndə olan məlumata görə, onlar öz düşərgələrindədir. Həmin düşərgələr ki onlar cəbhədən qayıdanda orada dincəlirdilər", - prezident deyib. Lukaşenkonun sözlərinə görə, "Vaqner" qruplaşmasının Belarus ərazisinə köçürüləcəyi təqdirdə ölkə üçün heç bir risk yaranmaz.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!