Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
19-07-2023, 17:17
Ərdoğan qətərli həmkarına “TOGG” hədiyyə etdi


Ərdoğan qətərli həmkarına “TOGG” hədiyyə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Əl-Sani arasında ikitərəfli görüş olub.
Ərdoğan Qətər əmirinə Türkiyənin ilk yerli istehsalı olan elektrikli avtomobili TOGG hədiyyə edib.
Qeyd edək ki, TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
Avtomobil daha öncə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salmana təqdim edilib.
19-07-2023, 17:03
Bolqarıstan parlamenti Rusiyanın “Lukoil” şirkətində fəaliyyətini dayandırır


Bolqarıstan Rusiyanın “Lukoil” şirkətində fəaliyyətini dayandırır

Bolqarıstan parlamenti Rusiyanın “Lukoil” şirkətinin Rosenets limanında fəaliyyətini dayandırmaq niyyətindədir.
Bu barədə ölkənin keçmiş baş naziri Kiril Petkov deyib.
O xatırladıb ki, Rusiya Bolqarıstanı “düşmən ölkə” elan edib.
"Biz "Lukoil"in Rosenets limanındakı konsessiyasına xitam verilməsi təklifi ilə çıxış edirik. Bu limana nəzarətlə bağlı həmişə şübhələr olub. Bizim məqsədimiz Şengenə qoşulmaqdır və bu, qeydolunan istiqamətdə böyük və aydın addımdır", - Petkov bildirib.
Qeyd edək ki, 2011-ci ildə Bolqarıstan və "Lukoil" şirkəti arasında Rosenets liman terminalının bir hissəsinin istifadəsinə dair müqavilə imzalanıb, 2022-ci ildə Bolqarıstanın müvəqqəti hökuməti konsessiya vaxtını 24 il uzadıb.
19-07-2023, 16:26
Erməni jurnalistlər Azərbaycana gələ bilərlər - XİN


Erməni jurnalistlər Azərbaycana gələ bilərlər - XİN

Erməni əsilli jurnalistlərin Azərbaycana səfərinə məhdudiyyət qoyulmayıb.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
"Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tədbirlər çərçivəsində müxtəlif media orqanlarında çalışan erməni əsilli jurnalistlərin ölkəmizə səfərləri təşkil olunub. Onların ölkəmizə səfəri növbəti mərhələlərdə də təşkil oluna bilər və heç bir məhdudiyyət qoyulmur. Bütün səfər edənlərin Azərbaycanın qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir”, - deyə XİN rəsmisi qeyd edib.
Mətbuat Şurasının sədri Rəşad Məcid isə vurğulayıb ki, Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsələr, bu sahədə problem olmaz.
“Müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib. Azərbaycanda media azadlığı var və Azərbaycan qanunları çərçivəsində ölkəmizə gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır. Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsələr, problem olmaz”.
19-07-2023, 16:14
15-ə yaxın ölkədən 58 media nümayəndəsi siyahıdan silinib - XİN


15-ə yaxın ölkədən 58 media nümayəndəsi siyahıdan silinib - XİN

Azərbaycanda yerli və xarici media nümayəndələrinin fəaliyyətinin təmin edilməsinə şərait yaradılır.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
“Bu, Azərbaycan Respublikasının qarşıya qoyduğu prioritetlərdən biridir. Amma buna baxmayaraq, müxtəlif illərdə bəzi xarici media nümayəndələri Azərbaycanın işğalda olmuş ərazilərinə səfərlər ediblər. Azərbaycan hökumətinin icazəsi olmadan onlar ərazilərimizə daxil olublar. Müxtəlif illərdə məlum olub ki, səfər bu şəxslərin məlumatsızlığı ilə bağlıdır. Həmin şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq arzuolunmaz şəxs siyahısına daxil edilir. Amma bu il 15-ə yaxın ölkədən 58 media nümayəndəsi siyahıdan silinib", - deyə XİN rəsmisi vurğulayıb.
19-07-2023, 15:55
Macarıstan XİN-dən çağırış


Macarıstan XİN-dən çağırış

Macarıstanın xarici işlər naziri Peter Siyarto kaset bombalarının Ukraynaya göndərilməsinə qarşı çıxıb.
O, bu barədə Ukraynanın “M1” kanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, belə sursatlardan istifadə humanitar sahədə faciəvi nəticələrə səbəb ola bilər.
"Biz hamını kaset bombaları və hər hansı digər silahlar əvəzinə qonşu ölkəyə sülh gətirmək və insan həyatını xilas etmək üçün tədbirlər görməyə çağırırıq", - XİN rəhbəri qeyd edib.
19-07-2023, 15:29
İrilandiyanın Baş naziri Ukraynada səfərdədir


İrilandiyanın Baş naziri Ukraynada səfərdədir

İrlandiyanın Baş naziri Leo Varadkar Ukraynada rəsmi səfərdədir.
O, Rusiya hərbi cinayətlərinin qurbanlarının xatirəsini yad etmək üçün Buçaya gedib.
Baş nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
“İrlandiya hökumətinin başçısı Leo Varadkarı Ukraynada salamlayıram. Bu gün biz təhlükəsizlik, siyasi əməkdaşlıq, Ukrayna üçün ədalət və iqtisadi əməkdaşlıqla bağlı mühüm danışıqlar aparacağıq. İrlandiya neytral ölkə olsa da, bu neytrallıq biganəlik demək deyil və bu çox vacibdir. Bütün dəstəyə görə təşəkkür edirik!”, - V.Zelenski bildirib.
19-07-2023, 13:51
Bayden bizi III Dünya Müharibəsinə sürükləyir - Tramp


Bayden bizi III Dünya Müharibəsinə sürükləyir - Tramp

Yenidən ABŞ prezidenti seçilsəm, Ukraynaya hərbi dəstək üçün Avropa ölkələrindən silah ehtiyatlarının bərpasına görə təzminat ödənilməsində israrlı olacağam.
Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Tramp Avropa müttəfiqlərinin mərmi ehtiyatlarının tükənməsi səbəbindən Vaşinqtonun kasetli sursatları Ukraynaya ötürmək qərarını tənqid edib.
O bildirib ki, hakimiyyətdə olduğu dövrdə ABŞ ordusunu tamamilə yenidən qurub və ölkəsinin qlobal mövqeyini gücləndirib.
“İyirmi doqquz aydan sonra arsenallar boşaldı, ehtiyatlar tükəndi, xəzinə tükəndi, hərbi rütbələr boşaldı, ölkəmiz tamamilə alçaldıldı və korrupsioner, güzəştə getmiş prezidentimiz, fırıldaqçı Co Bayden bizi III Dünya Müharibəsinə sürükləyir",- deyə Tramp qeyd edib.
19-07-2023, 13:30
MİQ üzrə müsabiqənin imtahan nəticələri açıqlandı


MİQ üzrə müsabiqənin imtahan nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının nəticələri açıqlanıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 11-15 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.
19-07-2023, 13:25
Fransa mindən çox etirazçını həbs etdi


Fransa mindən çox etirazçını həbs etdi

Fransada iğtişaşlarda iştirak edən mindən çox şəxs həbs cəzasına məhkum edilib.
Bu barədə Fransanın ədliyyə naziri Erik Düpon-Moretti bildirib.
Onun sözlərinə görə, həbs cəzası verilən 1056 nəfərdən 742-si real müddətə məhkum edilib. Məhkəmədən sonra 600 nəfər cəzaçəkmə müəssisələrinə göndərilib.
DİN rəhbəri övladları iğtişaşlarda iştirak edən valideynlərin də cəzalandırılacağını diqqətə çatdırıb:
“Valideynlik hüququnu həyata keçirə bilən, lakin bunu etməyən insanlar uşaqların tərbiyəsini təhlükə altında qoyur. Cinayət məcəlləsində onları cəzalandırmaq imkanı verən maddə var”.
Qeyd edək ki, Fransada iyun ayının sonlarında və iyulun əvvəlində iğtişaşlar baş verib.
19-07-2023, 12:58
Vardanyan Avropa ölkələrinin birliyini tənqid etdi


Vardanyan Avropa ölkələrinin birliyini tənqid etdi

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Qarabağ mesajı separatçıların ürəyincə olmayıb. Mişelin xüsusilə Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı Azərbaycanın təklifini dəstəkləməsi qondarma rejimi qıcıqlandırıb. Nəticədə arzuları puç olan təxribatçılar Mişeli və onun rəhbərlik etdiyi qurumu hədəf alaraq, hədyanlar yağdırmağa başlayıblar.
Qondarma rejimin “sabiq dövlət naziri”, Rusiyanın adamı kimi ad çıxaran Ruben Vardanyan twitter hesabında Avropa ölkələrinin birliyini "tənqid atəşinə" tutub.
Həddini aşan Vardanyan iddia edir ki, Avropa İttifaqı Azərbaycanın Ağdamdan keçən yoldan istifadə etmək təklifini bəyənməklə guya Qarabağın “blokada”sını qanuniləşdirir.
O, bir qədər də irəli gedərək, Mişelin mövqeyinin yeni problemlər yaradacağını, hətta hansısa "cinayətlərə" səbəb olacağını deyib.
Görünür, Ruben Vardanyanın Avropa İttifaqı ilə bağlı təxribatçı fikirlər səsləndirməsi Moskvanın tapşırığından irəli gəlir. Moskvanın Qarabağa göndərdiyi qondarma siyasətçinin bu cür destruktiv mövqe ortaya qoymaqla Brüssel danışıqlarına kölgə salmağı hədəflədiyi şübhə doğurmur. Məqsəd sülhü əngəlləmək, hazırki qeyri-müəyyən vəziyyətin davam etməsinə çalışmaq və Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan torpaqlarında qalmasına zəmin yaratmaqdır.
Rusiya Xarici İşlər Nazirliyi də bir neçə gün öncə təxminən eyni tezislərə əsaslanan bəyanat yaymışdı. Rusiya XİN-in açıqlamasına etirazını bildirən rəsmi Bakı Moskvanı üçtərəfli bəyanatın şərtlərinə əməl etməyə çağırıb.
"Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir. Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur", - XİN-nin məlumatında vurğulanıb.
Belə bir məqamda Vardanyan kimi uğursuz layihənin yenidən ortaya atılması təsadüfi hesab oluna bilməz. Erməni separatçılarının Avropaya dil uzatması yalnız Rusiyanın maraqlarına xidmət edə bilər. Odur ki, Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan arasında davam edən Brüssel sülh formatını "vurmaq" üçün öz əlaltısı olan Vardanyanı meydana çıxarıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!