Münasibətlər dəyişərsə nə baş verə bilər? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu .....                        HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır .....                        Sabiq deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı .....                        Portuqaliya millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı .....                        Gürcüstan azərbaycanlıları Şuşada - FOTO .....                        Nazirdən avtomobillərlə bağlı tapşırıq .....                       
25-07-2023, 12:01
Sabiq prezidentin təhlükəsizliyi təmin olunmayacaq - Sərəncam imzalandı


Sabiq prezidentin təhlükəsizliyi təmin olunmayacaq - Sərəncam imzalandı

Qazaxıstanın Dövlət Təhlükəsizlik Xidməti bundan sonra ölkənin birinci prezidenti Nursultan Nazarbayevin təhlükəsizliyini təmin etməyəcək.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
O, həmçinin Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu kimi təşkilatların qəyyumlar şurasının rəhbəri statusunu itirib.
25-07-2023, 11:46
Şoyqu Şimali Koreyaya səfər etdi


Şoyqu Şimali Koreyaya səfər etdi

Rusiya müdafiə naziri Sergey Şoyqu Şimali Koreyaya səfər edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 25-27-də Pxenyanda səfərdə olacaq.
Nazirlik qeyd edib ki, səfər Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
25-07-2023, 11:30
“Qarabağ” klubu Polşaya səfərə çıxdı


“Qarabağ” klubu Polşaya səfərə çıxdı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la qarşılaşacaq “Qarabağ” ilk oyun üçün səfərə yollanıb.
Azərbaycan çempionunu Polşaya aparan təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.
Bu gün ağdamlıların “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
25-07-2023, 11:19
İsmayıllıda kişi meyiti aşkarlandı

İsmayıllıda kişi meyiti aşkarlandı

İyulun 20-də İsmayıllı rayonunun Diyallı kəndi ərazisində 25-40 yaşlarında olduğu ehtimal edilən naməlum kişi meyiti aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, kimliyi istintaqa məlum olmayan şəxsin üzərində yaxasında ağ zolaqlar olan qara rəngli köynək, açıq göy rəngli şalvar və 39 ölçüdə qara ayaqqabı olub.
Bu şəxs barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (050) 280-45-00 və (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.




25-07-2023, 11:03
Adanada güclü zəlzələ baş verdi - Əhali təşvişə düşdü


Adanada güclü zəlzələ baş verdi - Əhali təşvişə düşdü

Bu gün səhər saatlarında Türkiyənin Adana vilayətində 5.5 bal gücündə zəlzələ baş verib.
Zəlzələ Osmaniye və Qaziantep vilayətlərində də hiss olunub.
Zəlzələdən sonra təxminən 15 dəqiqə ərzində daha 3 afterşok qeydə alınıb.
11,27 kilometr dərinlikdə baş verən zəlzələ şəhər mərkəzi və ətraf rayonlarda panika və təşvişə səbəb olub. İnsanlar binalardan küçələrə axışıblar.
Adana valisi Süleyman Elbanın sözlərinə görə, zəlzələ 10 saniyə davam edib. O, zəlzələ zamanı heç kimin xəsarət almadığını bildirib. Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar şəhər mərkəzindən kənarda bir neçə tövlənin zədələndiyini deyib.
Yerli rəsmilərin verdiyi məlumata görə, zəlzələ zamanı hündür mərtəbədən yerə tullanan bir neçə şəxs xəsarət alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!