Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
30-07-2023, 14:36
Rusiya Sumi vilayətini atəşə tutdu - Dinc sakinlər öldü


Rusiya Sumi vilayətini atəşə tutdu - Dinc sakinlər öldü

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində iki dinc sakin həlak olub.
Zərbələr nəticəsində 20 nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, peşə təhsili müəssisəsinin binaları dağıdılıb və zədələnib, iki yataqxana da zərər görüb.
Qeyd edək ki, Sumı vilayəti Rusiya ilə həmsərhəd olduğu üçün Rusiya ordusu müharibənin ilk günlərindən rayonun ərazisini ələ keçirməyə cəhd ediblər. Lakin ötən ilin yazında Ukrayna hərbçiləri bu ərazini Kiyevin Ukraynanın nəzarətinə qaytarıblar.
Rusiya hərbçiləri hər gün bölgəni minaatan və artilleriyadan atəşə tutur.
30-07-2023, 13:55
Ermənistan Xaçaturyanla bağlı siyasi manipulyasiyalara əl atır - XİN


Ermənistan Xaçaturyanla bağlı siyasi manipulyasiyalara əl atır - XİN

Ermənistan Xarici İşlər Nazirliyi 29 iyul tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən Vaqif Xaçatryan adlı şəxsin Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi ilə əlaqədar növbəti dəfə beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə siyasi manipulyasiyalar ilə məşğul olmaqdadır. Məsələ ilə bağlı, Ermənistan tərəfinin ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur.
Bu, Azərbaycanın Xarici İşlər Nazirliyini Vaqif Xaçatryanın həbsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində yer alıb.
Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi, Vaqif Xaçatryan Çerkezoviçin bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində 29 iyul tarixində Ermənistana gedərkən sərhəd buraxılış məntəqəsində həbs edilib.
Vaqif Xaçatryanın Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib. BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə müvafiq şərait yaradılıb.
Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib.
BQXK tərəfindən də təsdiq edildiyi kimi, ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb və onlara qarşı heç bir qanunsuz hərəkət tətbiq edilməyib. Bununla əlaqədar, sərhəd buraxılış məntəqəsindən keçən şəxslərə təhdid olduğu barədə Ermənistan XİN-in iddiası tamamilə yalandır və bu yalnız erməni sakinlər arasında təşviş yaratmaq məqsədi daşıyır.
Azərbaycan tərəfinin qeyd edilən şəxsi həbs edərkən beynəlxalq humanitar hüququ pozması barədə Ermənistan tərəfindən səsləndirilən iddiaya gəldikdə xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Ümumiyyətlə, 30 ildə Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı soyrıqımı və kütləvi qırğınlar törədən Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması yersizdir.
Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir. Bunun əksinə, Ermənistan Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlər barədə qarayaxma kampaniyası aparması, bu ölkənin müharibə cinayətlərini dəstəkləməsindən və bəraət qazandırmasından başqa bir şey deyil.
Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə açıq şəkildə bəyan edib, onlar barədə beynəlxalq axtarışlar elan edilib və istintaq tədbirləri çərçivəsində, ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq onların məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.
30-07-2023, 13:39
İranda daşqınlar 133 nəfərin həyatına son qoydu


İranda daşqınlar 133 nəfərin həyatına son qoydu

İranın cənub-şərqində yerləşən və ölkənin ən quraq əyalətlərindən biri hesab edilən Sistan və Bəlucistanda daşqınlar nəticəsində azı 133 nəfər zərər çəkib.
Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin yerli bölməsinin rəhbəri bildirib.
Daşqınlara Sarbaz çayının daşması səbəb olub. Çayda suyun səviyyəsi 1985-ci ildən ən yüksək həddə çatıb. Nəticədə 80 yaşayış binasını su basıb.
Yerli hakimiyyət orqanları yeni daşqınların olacağı barədə xəbərdarlıq edib.
Sonuncu dəfə iyulun 2-dən 7-dək 1 000-dən çox insan təbii fəlakətdən zərər çəkib.
30-07-2023, 13:26
Sabahın havası


Sabahın havası

İyulun 31-də gözlənilən hava şəraiti aşıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 26-31° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.
30-07-2023, 13:04
Bütün Avropa, o cümlədən biz enerji sahəsində Azərbaycana güvənirik - Serbiya


Bütün Avropa, o cümlədən biz enerji sahəsində Azərbaycana güvənirik - Serbiya

Bütün Avropa, o cümlədən Serbiya enerji sahəsində Azərbaycana güvənir və onun geniş potensialını görür.
Bu barədə "Serbiyanın Radio və Televiziyası" (RTS) dövlət qurumunun süjetində deyilir.
Reportajda Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu, ölkələr arasında 40-dan çox sənədin imzalandığı vurğulanır.
"Yaşıl enerji artıq Macarıstan və Rumıniya kimi bir çox Avropa ölkələri ilə əməkdaşlıq edən Azərbaycanın enerji sektorunda potensial istiqamətlərdən biridir", - RTS qeyd edir.
Həmçinin bildirilir ki, iki ölkə arasında siyasi qarşılıqlı fəaliyyət Azərbaycanın elektrik enerjisinin alınması ilə bağlı danışıqların əsasını təşkil edir.
30-07-2023, 12:56
Rusiya Hərbi Dəniz Qüvvələri Günü şərəfinə parad keçirildi


Rusiya Hərbi Dəniz Qüvvələri Günü şərəfinə parad keçirildi

Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri Günü şərəfinə parad keçirilir.
Paradı Rusiya Prezidenti Vladimir Putin qəbul edir.
Parad ənənəvi olaraq dəniz və quru komponentlərindən ibarətdir. Bu il tədbirə 45 gəmi, kater və sualtı qayıq, həmçinin 3000-ə yaxın hərbçi cəlb olunub.
Qeyd edək ki, Putin bu il parada daha əvvəl Rusiya-Afrika sammitində iştirak etmək üçün şimal paytaxtına gəlmiş Afrika ölkələrinin liderlərini dəvət edib.


30-07-2023, 12:45
Rusiya nüvə silahın istifadə etməli olacaq - Medvedev


Rusiya nüvə silahın istifadə etməli olacaq - Medvedev

“Rusiya ərazisinin bir hissəsi zəbt olunacağı təqdirdə nüvə silahından istifadə etməli olacaq”.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
30-07-2023, 12:23
Yağış yağacaq, dolu düşəcəyi ehtimalı var - Proqnoz


Yağış yağacaq, dolu düşəcəyi ehtimalı var - Proqnoz

Azərbaycanın rayonlarında iyulun 30-u axşamdan 31-i gündüzədək bəzi şimal və şərq rayonlarda arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
30-07-2023, 12:03
Mərakeşlə əlaqələrimizi daha da genişləndirməyi səbirsizliklə gözləyirik - XİN


Mərakeşlə əlaqələrimizi daha da genişləndirməyi səbirsizliklə gözləyirik - XİN

Mərakeşlə ikitərəfli əlaqələrimizi daha da genişləndirməyi səbirsizliklə gözləyirik.
Bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter hesabında Mərakeş xalqına və hökumətinə bu ölkənin Milli Günü münasibətilə təbrikində yer alıb.
“Milli Günü münasibətilə Mərakeş xalqını və hökumətini ürəkdən təbrik edir, onlara ən xoş və ən səmimi arzularımızı çatdırırıq! Biz ikitərəfli əlaqələrimizi daha da genişləndirməyi səbirsizliklə gözləyirik.
Milli Gününüz mübarək, Mərakeş!”, - paylaşımda qeyd edilir.
30-07-2023, 11:03
Rusiyada kəskin hava şəraiti 9 nəfərin həyatına son qoydu


Rusiyada kəskin hava şəraiti 9 nəfərin həyatına son qoydu

Rusiyanın Volqayanı Federal Dairəsində pis hava şəraiti səbəbindən 9 nəfər ölüb.
Bu barədə TASS-a ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, təbii fəlakətdən zərər çəkənlərin sayı 67 nəfərdir.
Xatırladaq ki, daha öncə Rusiyanın Mari El Respublikasında 3-ü uşaq olmaqla 6 nəfərin təbiət hadisəsinin qurbanı olduğu bildirilmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!