Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
9-12-2023, 21:36
BƏƏ Prezidenti İlham Əliyevlə əlaqə saxladı


BƏƏ Prezidenti İlham Əliyevlə əlaqə saxladı

Dekabrın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlət başçıları ölkələrimiz arasında münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdə keçiriblər.
Prezidentlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əməkdaşlıq sahələrinə, xüsusilə iqtisadi inkişaf, bərpaolunan enerji və ölkələrimizin davamlı inkişafı üçün digər vacib istiqamətlərdə əməkdaşlıq imkanlarına toxunublar.
Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığı əsnasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində Dubayda təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinə toxunulub.
Dövlətimizin başçısı bu Sammitin uğurla keçirilməsi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib, bu tədbirdə iştirak etmək üçün Dubaya səfəri zamanı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırlayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti bu tədbirin nəticələrinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə praktiki və əhəmiyyətli töhfə verəcəyinə, həmçinin dünyada davamlı inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib.
9-12-2023, 20:52
Müəllimlərin vəzifə maaşlarına əlavələr edildi


Müəllimlərin vəzifə maaşlarına əlavələr edildi

Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.
9-12-2023, 20:30
ABŞ dövlət katibi Hakan Fidanla görüşdü


ABŞ dövlət katibi Hakan Fidanla görüşdü

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Vaşinqtonda baş tutan görüşdə Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin qarşısının alınması və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində səylər müzakirə olunub.
Diplomatlar girovların azad edilməsi və humanitar yardımın göstərilməsi zərurətini diqqət mərkəzində saxlanılmasının vacibliyini bildiriblər.
9-12-2023, 18:27
Naxçıvanda ilk dəfə bu imtahan keçirildi


Naxçıvanda ilk dəfə bu imtahan keçirildi

Naxçıvan Şahmat Mərkəzində və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə ilk dəfə olaraq müsabiqə keçirilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqədə 126 vakant vəzifə üzrə 600-ə yaxın namizəd iştirak edib.
Dekabrın 9-da keçirilən müsabiqənin test mərhələsində hər bir namizədə vəzifə üzrə 10, məntiq, dünyagörüşü, qanunvericilik və kompüter bilikləri üzrə isə 10 olmaqla, ümumilikdə 20, təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələri üzrə isə hər bir namizədə vəzifə üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 5, dünyagörüşü üzrə isə 10 olmaqla, ümumilikdə 30 sual təqdim edilib. Namizədlərə test suallarının cavablandırılması üçün 60 dəqiqə vaxt verilib.
Psixoloq vəzifəsi üzrə isə hər bir namizədə psixologiya üzrə 30, məntiqi təfəkkürün yoxlanılması üzrə 5, informasiya və kommunikasiya texnologiyaları üzrə 5 olmaqla, ümumilikdə 40 sual təqdim edilib. Test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.
Müsabiqənin test mərhələsində uğur qazanan namizədlər komissiya tərəfindən müsahibə olunacaq.
Test imtahanını müşahidə etmək üçün Təhsil Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisindən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindən, Naxçıvan Muxtar Respublikası Radio- Televizya Şurasından və Ali təhsil müəssisələrindən nümayəndələr və digər qrumlardan müstəqil ekspertlər də dəvət olunub.
İmtahan prosesini müşahidə edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli iştirakçılara uğurlar arzulayaraq bildirib ki, muxtar respublikada işə qəbul prosesi artıq şəffaf şəkildə həyata keçirilir. Bu gün Naxçıvanda ilk dəfə olaraq ümumi təhsil müəssisələrinin yardımçı heyəti üçün keçirilən test imtahanı da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Qaydalara əsasən, tədris ili ərzində vakant olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
9-12-2023, 18:04
Keçmiş ABŞ prezidenti reytinqlərdə Baydeni üstələdi


Keçmiş ABŞ prezidenti reytinqlərdə Baydeni üstələdi

ABŞ-ın keçmiş prezidenti Donald Trampın reytinqi hazırkı dövlət başçısı Co Baydenin reytinqini üstələyib.
Bu, “The Wall Street Journal”ın keçirdiyi sorğu nəticəsində məlum olub.
Sorğunun nəticələrinə görə, respondentlərin 47%-i Trampa, yalnız 43%-i Baydenə səs verməyə hazır olduğunu bildirib. Qarşıdan gələn seçkilərdə digər potensial namizədlərin iştirakını hesablamaya əlavə etdikdə bu fərq 37%-dən 31%-ə qədər olub.
Digər namizədlər arasında keçmiş demokrat kiçik Robert Kennedi ən populyardır (8%).
Sorğu həmçinin müəyyən edib ki, respondentlərin yalnız 23%-i Baydenin siyasətinin şəxsən onlara fayda verdiyinə inanır, 53%-i isə bunun nəticəsində zərər çəkdiyini bildirib.
Tramp üçün bu rəqəmlər müvafiq olaraq 49% və 37% təşkil edir.
Beləliklə, Tramp ilk dəfə “The Wall Street Journal”ın seçkiqabağı sorğularında Baydeni “təkbətək” mübarizə nəticəsində ötüb. Sorğu noyabrın 29-dan dekabrın 4-dək həm onlayn, həm də oflayn rejimdə aparılıb və 1500 nəfər iştirak edib.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.
9-12-2023, 17:51
Ərdoğan BMT-də islahatlar aparmağa çağırdı


Ərdoğan BMT-də islahatlar aparmağa çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırıb.
Amerika Birləşmiş Ştatları digər ölkələrin böyük dəstəyinə baxmayaraq BMT Təhlükəsizlik Şurasında Qəzzaya dair atəşkəs təklifinə veto qoya bilir.
Ərdoğan bu faktı pisləyib:
“BMT Təhlükəsizlik Şurasında atəşkəs tələbi yalnız ABŞ vetosu ilə rədd edilir. Budur ədalət?”, – Ərdoğan İstanbulda insan haqları konfransında deyib.
"BMT Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var", - Ərdoğan əlavə edib.
Qeyd edək ki, dünən ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəsə çağıran qətnaməsinə veto qoyub.
Qətnamə BƏƏ tərəfindən hazırlanmışdı.
Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 13-ü sənədin lehinə səs verib. Böyük Britaniya səsvermədə bitərəf qalıb.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud qətnamənin bloklanması qərarını onunla izah edib ki, sənəd HƏMAS hərəkatının hərəkətlərini pisləmir və İsrailin özünümüdafiə hüququnu əks etdirmir.
9-12-2023, 16:11
Putinin namizədliyiylə bağlı işçi qrupu yaradıldı


Putinin namizədliyiylə bağlı işçi qrupu yaradıldı

Dekabrın 16-da Moskvakı “Zaryadye” konsert zalında Vladimir Putinin Rusiya prezidentliyinə namizəd kimi irəli sürülməsi ilə bağlı bir qrup seçicinin görüşü keçiriləcək.
Bu barədə Moskvadakı Oleq Tabakov Teatrının bədii rəhbəri Vladimir Maşkov təşəbbüs qrupunun iclasından sonra bildirib.
Vladimir Putinin seçkilərdə özünü irəli sürən namizəd kimi iştirak etməsi üçün bir qrup seçici lazımdır. Qrup ən azı 500 nəfərdən ibarət olmalıdır. Qanuna görə, qrup Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməli və imzatoplamanı təşkil etməlidir.
Maşkov bildirib ki, təşəbbüs qrupuna onunla yanaşı, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının sədri Aleksandr Şoxin, Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev, Federasiya Şurasının üzvü Aleksandr Karelin, müğənni Polina Qaqarina, Kurçatov İnstitutunun prezidenti Mixail Kovalçuk, şahmatçı Sergey Karyakin, gimnast Nikita Naqornı, “Vahid Rusiya”nın “Gənc Qvardiya”sının rəhbəri Anton Demidov, 52 saylı Moskva xəstəxanasının baş həkimi Maryana Lısenko, “Donetsk Xalq Respublikası parlamenti”nin spikeri, "Sparta" batalyonunun komandiri Artem Joga daxildir.
Dünən, dekabrın 8-də Vladimir Putin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək qərarına gəldiyini açıqlayıb. O, qalib gəlsə, beşinci dəfə dövlət başçısı olacaq.
Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib.
9-12-2023, 15:06
Xankəndidə qalan erməni sakin həyat yoldaşıyla abidəni ziyarət etdi


Xankəndidə qalan erməni sakin həyat yoldaşıyla abidəni ziyarət etdi

Qarabağı tərk etməyib Xankəndidə qalan erməni sakin Sarkis Qalstyan həyat yoldaşı ilə “Biz və bizim dağlar” abidəsinin yanında gəzintiyə çıxıb.
Qarabağın erməni sakinlərinin gəzintisini əks etdirən video şənbə günü Ermənistan mətbuatının diqqətini çəkib.
Qonşu ölkənin KİV-ləri videonun azərbaycanlılar tərəfindən çəkildiyini ehtimal edirlər.
Xatırladaq ki, bir müddət öncə Sarkis Qalstyanın Xankəndinin komendantı təyin edildiyi barədə şayiələr yayılmışdı.
Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə “Biz və bizim dağlar” abidəsinin söküldüyünə dair saxta şəkillər yayılmışdı. Bu video “Biz və bizim dağlar”ın hazırda da öz yerində olduğunu təsdiqləyir.
Adıçəkilən abidə Xankəndinin girişində - şəhərin şimal hissəsində yerləşir. Abidə 1967-ci ildə ucaldılıb.

9-12-2023, 14:46
Kanadanın XİN Başçısı da Bakıyla İrəvanın birgə bəyanatına reaksiya verdi


Kanadanın XİN Başçısı da Bakıyla İrəvanın birgə bəyanatına reaksiya verdi

Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanla Azərbaycan arasındakı dialoqu və xoşməramlılığı, eləcə də iki ölkə arasında etimad mühitinin dərinləşdirilməsi səylərini təşviq edən birgə bəyanatı alqışlayıb.
Bu barədə Kanada Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
"Kanada 2 azərbaycanlı və 32 erməni hərbçinin azad edilməsinə dair razılaşmanı dəstəkləyir və ölkələrin beynəlxalq platformalarda bir-birinə göstərəcəyi dəstəyi yüksək qiymətləndirir. Biz siyasi dialoqun bu misli görünməmiş başlanğıcını iki ölkə arasında davam edən sülh prosesinə doğru bir addım kimi qiymətləndiririk. Eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevi regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində birgə səylərinə görə alqışlayırıq”.
Xarici işlər naziri Melani Coli bildirib ki, Kanada iki ölkə arasında gələcək konkret etimad quruculuğu tədbirlərini təşviq edir.
“Kanada tərəflər arasında dialoqun davam etdirilməsini təşviq edir və Cənubi Qafqazda sülh və sabitliyin dəstəklənməsinə sadiq qalır”, - nazir deyib.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli son vaxtlar tez-tez Azərbaycanı hədəf alan cəfəng fikirlər səsləndirirdi. Kanadalı nazir Azərbaycanı sanksiya ilə hədələməklə ermənipərəst mövqe nümayiş etdirirdi.
O, hətta bu yaxınlarda Ermənistanda olarkən Azərbaycanla sərhədə - döyüş mövqeyinə gəlməklə açıq-aşkar təxribatçılıq etmişdi.
9-12-2023, 14:24
Sabahın havası - Güclü külək əsəcək


Sabahın havası - Güclü külək əsəcək

Sabah Bakıda güclü külək əsəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, dekabrın 10-u gündüzdən ayın 11-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!