Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
20-12-2023, 22:25
Paşinyan İran Prezidentiylə “3+3” platformasını müzakirə etdi


Paşinyan İran Prezidentiylə “3+3” platformasını müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Liderlər ikitərəfli münasibətləri müzakirə edib. Tərəflər sazişlərin icrasının gedişi barədə danışıblar.
Paşinyan və Rəisi regional “3+3” platforması ətrafında fikir mübadiləsi aparıb, Tehranda keçirilən görüşün faydalı olduğunu bildiriblər.
20-12-2023, 21:40
Futbol matçında kütləvi dava baş verdi - 5 oyunçu  qırmızı vərəqə aldı


Futbol matçında kütləvi dava baş verdi - 5 oyunçu qırmızı vərəqə aldı

Türkiyədə “Bursaspor” - “Diyarbəkirspor" matçında kütləvi dava baş verib.
Oyunda qonaq komandadan Bünyamin Yürürün vurduğu qoldan sonra azarkeşlərə ünvanladığı hərəkət meydanda xaosa səbəb olub.
Hər iki komandanın futbolçuları arasında kütləvi dava başlayıb. Nəticədə beş futbolçu qırmızı vərəqə alıb - Çağatay Yılmaz (Bursaspor), Bilal Güney (Bursaspor), Serhat Enes Çalışan (Diyarbekirspor), Cem Çelik (Diyarbekirspor), Bünyamin Yürür (Diyarbekirspor).
Meydana daxil olan azarkeş isə saxlanılıb.
Qeyd edək ki, Türkiyə 2-ci liqasında baş tutan matç "Diyarbekirspor"un səfərdə "Bursaspor" üzərində 2-0 hesablı qələbəsi ilə başa çatıb.
20-12-2023, 21:24
Ərdoğan misirli həmkarıyla Qəzzanı müzakirə etdi


Ərdoğan misirli həmkarıyla Qəzzanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı İsrail-HƏMAS müharibəsi və Qəzzaya humanitar yardım çatdırmaq səyləri müzakirə edilib.
20-12-2023, 20:00
ABŞ-nin yeni təyin olunan səfiri Şəhidlər Xiyabanını ziyarət etdi


ABŞ-nin yeni təyin olunan səfiri Şəhidlər Xiyabanını ziyarət etdi

ABŞ-nin Azərbaycana təyin etdiyi yeni səfir Mark Libbi Şəhidlər Xiyabanını ziyarət edib.
Bu barədə səfirlik məlumat yayıb.
"O, münaqişə nəticəsində yaxınlarını itirən ailələrə və yaxınlara başsağlığı verir", - məlumatda deyilir.
20-12-2023, 19:55
Ermənistan mətbuatı AZƏRTAC-la bağlı yalanlar danışır


Ermənistan mətbuatı AZƏRTAC-la bağlı yalanlar danışır

Ermənistan mətbuatında AZƏRTAC-da dərc olunan materialda sitatların guya təhrif edildiyi, Yuta Universitetinin alimlərinin işlətmədiyi ifadələrin yayımlandığı barədə iddialara cavab olaraq bildiririk ki, qeyd olunan məlumat Yuta Universitetinin yaydığı press-reliz əsasında hazırlanıb və Agentlik həmin tədbirdə iştirak etməyib.
Bu barədə AZƏRTAC-dan bildirilib
"Qeyd edilən məlumatla bağlı olan press-relizin orijinalı AZƏRTAC-da saxlanılıb (fotolar əlavə olunur). Bundan əlavə, press-relizin özəlliklərində müəllif Eva Vasilevska, redaktoru M.Yavuz olduğu aydın görünür (foto əlavə olunur). Buna görə də araşdırmaçı statusuna iddia edən erməni jurnalistə isə ittiham irəli sürməzdən əvvəl faktlarla düzgün işləməyi öyrənməyi tövsiyə edirik.
Bildirilir ki, tədbirdə iştirak etmiş iki professor özlərinə aid olmayan sitatların guya məlumata salındığını qeyd ediblər. Ermənistan mətbuatı hətta onlardan müsahibə də alıb. Qeyd edək ki, tədbirdə iştirak edən professor Stiven Lobell özünə aid sitatla bağlı AZƏRTAC-a müraciət etdikdən sonra onun ifadələri həmin məlumatdan çıxarılıb. Lakin Ermənistan mətbuatında adı çəkilən digər professor Marcori Kaslın isə Agentliyə müraciəti daxil olmayıb.
Bundan əlavə, Ermənistan mətbuatı guya məsələ ilə əlaqədar AZƏRTAC-dan açıqlama almağa çalışıb. Lakin bildiririk ki, Agentliyə həmin media subyektindən sorğu daxil olmayıb və məqalə birtərəfli şəkildə dərc edilib.
Bir daha bildiririk ki, AZƏRTAC bu məlumatı Yuta Universitetinin press-relizi əsasında dərc edib və Agentliyin heç bir müxbiri həmin tədbirdə iştirak etməyib. Bu səbəbdən qeyd edilən sitatların AZƏRTAC tərəfindən yazılması iddiasını qəti şəkildə rədd edirik və bunu Agentliyin imicinə xələl gətirmək cəhdi kimi dəyərləndiririk", - məlumatda deyilir.
20-12-2023, 19:16
Prezident xanımıyla Xocavənd və Xocalıya səfər etdi - FOTO


Prezident xanımıyla Xocavənd və Xocalıya səfər etdi - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Xocavənd və Xocalı rayonlarına səfər ediblər.
Butov.az səfərdən fotolar təqdim edir:






20-12-2023, 18:41
Ermənistan “Sputnik”in ölkədəki bürosunu cəzalandırdı


Ermənistan “Sputnik”in ölkədəki bürosunu cəzalandırdı

Ermənistanın Televiziya və Radio Komissiyası Rusiyanın "Sputnik" radiosunun bu ölkədəki bürosunu cəzalandırıb.
Bu barədə radionun özü məlumat yayıb.
“Sputnik Ermənistan” bir ay müddətinə efirdən məhrum edilib. Radionun lisenziyası 30 gün müddətinə tərəfindən ləğv olunub.
Digər bir qərarla “Sputnik Ermənistan” radiosunu 500 min dram (təxminən 1200 dollar) məbləğində cərimələyib.
Cəzanın verilməsinə səbəb radionun saxta məlumat yayması və insanların şərəf və ləyaqətini alçaltması olub.
20-12-2023, 18:03
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olundu


Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olundu

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Aqil Qəribov nazir müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, A.Qəribov bu vəzifəyə qədər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbəri kimi çalışıb.
20-12-2023, 17:50
İlham Əliyev və birinci xanım Şuşakənddə


İlham Əliyev və birinci xanım Şuşakənddə

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda olublar.
Dövlətimizin başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.
Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.
Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb.
Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.

20-12-2023, 17:33
İlham Əliyev xanımıyla “Çinar müqəddəs yer” abidə kompleksinə baxıb - FOTO


İlham Əliyev xanımıyla “Çinar müqəddəs yer” abidə kompleksinə baxıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində olublar.
Dövlətimizin başçısı və birinci xanım kənddəki “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər.
Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.
Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!