53 mindən çox şagird imtahan verdi .....                        Doğuş zamanı körpə öldü - TƏBİB-dən AÇIQLAMA .....                        Türkiyədə 4,1 bal gücündə zəlzələ .....                        Bina uçdu - 11 ölü, çox sayda yaralı .....                        Türkiyədə uçuşlar ləğv edildi .....                        Trampa qarşı etiraz aksiyası .....                        Ermənistanda rüşvət əməliyyatı - Məmurlar saxlanıldı .....                        Oğlum həbs edilməyib, yanımdadır - Şərurlu İsfəndiyar .....                        İrəvanda kütləvi dava - Ölən və yaralananlar var .....                       
Tarix : 5-05-2016, 17:03
Əhməd Davudoğlu rəsmən bəyan etdi: "Gedirəm"


Türkiyənin baş naziri Əhməd Davudoğlu AKP-nin toplantısında vida çıxışı kimi nitq söyləyib.

Gün.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəzi İdarə Heyətinin toplantısında çıxış edən baş nazir Əhməd Davudoğlu bu vəzifəsindən və AKP sədrliyindən gedəcəyini təsdiqləyib.

Ə.Davudoğlu çalışdığı bütün vəzifələrdə dövlətə və millətə sədaqətlə xidmət etməyə çalışdığını deyib:

“Qurucu liderimiz hörmətli Rəcəb Tayyib Ərdoğandan müqəddəs əmanəti qəbul etdim. Canla-başla işlədiyimi düşünürəm”.

O, R.T.Ərdoğan kimi xarizmatik liderdən sonra hökumətə və AKP-yə rəhbərlik etməyin çətin olduğunu bildirib:

“Qarşımdakı əsas vəzifə xarizmatik bir liderdən sonra AKP-nin gələcəyə hazırlanması idi. Keçmiş göstərib ki, xarizmatik liderlərdən sonra bir boşluq yaranır.

Mənim hədəfim AKP-nin birliyinin, bərabərliyinin qorunması olub. Mənim AKP-yə sədrliyim dövründə partiyadan bir istefa belə verilməyib.

İkinci hədəfim ölkəni sabitliklə seçkiyə aparmaqdı. Üçüncü olaraq, terror olayları vardı. Həm bu olayların öhdəsindən gəlmək, yaraları sağaltmaq, həm də miqyaslı təhlükəsizlik tədbirlərini həyata keçirmək lazım idi.

Dördüncü hədəfim bütün investisiyaların problemsiz icrası və davam etməsi şəraitində iqtisadi yüksəlişi təmin etməkdi”.

Ə.Davudoğlu baş nazirliyi dönəmində xalqa verdiyi vədləri 4 il deyil, 3 ay ərzində yeriə yetirdiyini bildirib.

O, çıxışında bir əmanət aldığını, amma baş nazir vəzifəsinin də haqqını verdiyini bəyan edib.

Bütün bunlardan sonra AKP-nin mayın 22-nə təyin olunmuş fövqəladə qurultayında partiya sədrliyinə namizəd olmayacağını bəyan edən Ə.Davudoğlu bu qərarının qəbul olunmasında hər hansı uğursuzluğunun rolu olmadığını deyib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!