İlham Əliyev həmkarına təşəkkür etdi .....                        Gürcüstan müdafiə naziri Zakir Həsənova zəng etdi .....                        İran vətəndaşları Azərbaycan üzərindən qayıda bilməyəcəklər .....                        Paşinyan təcili iclas keçirdi: regiondakı vəziyyət müzakirə olundu .....                        İsrail Azərbaycanla həmrəydir - Nazir Bakıya zəng etdi .....                        Almaniya da Azərbaycana hücumu qınadı .....                        Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib .....                        Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti .....                        Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ .....                       
12-11-2025, 16:41
Şagird müəllimi döydü - qadın xəstəxanaya yerləşdirildi


Şagird müəllimi döydü - qadın xəstəxanaya yerləşdirildi

Moskva məktəblərindən birində şok hadisə baş verib: 10-cu sinif şagirdi qadın müəlliminə hücum edib.
Moskva Təhsil və Elm Departamentinin məlumatına görə, tənəffüs zamanı yeniyetmə müəllimin sinifdən çıxmasını gözləyib, daha sonra onun masasından yoxlama işi dəftərlərini götürüb və çantasına qoyub.
Sinfə qayıtdıqdan sonra müəllim dəftərlərin götürüldüyünü görüb və şagirddən onların qaytarılmasını tələb edib, bu zaman şagird onun başına vurmağa başlayıb. Müəllim xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları işə cəlb olunub və məktəb daxili araşdırma aparır.
“Araşdırmadan sonra hücum edən şəxs qanunun bütün tələblərinə uyğun olaraq cəzalandırılacaq. Şagirdin məktəbdən xaric edilməsi ehtimalı da nəzərdən keçiriləcək", - deyə idarədən bildirilib.
12-11-2025, 16:15
19 şəhidin nəşi tapılıb, birinin axtarışı davam edir - Ərdoğan


19 şəhidin nəşi tapılıb, birinin axtarışı davam edir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının iclasında Gürcüstanda baş verən təyyarə qəzasından danışıb.
Ərdoğan bildirib ki, Azərbaycan Respublikasında keçirilən Qarabağ zəfərinin 5 illiyi münasibətilə təşkil olunan tədbirlərdən qayıdarkən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan–Azərbaycan sərhədinə yaxın ərazidə qəzaya uğrayıb.
“Bu faciə nəticəsində 20 qəhrəmanımız şəhid olub. Onların adları ürəklərimizin ən dərin yerinə yazılıb. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin”, - dövlət başçısı deyib.
Ərdoğanın sözlərinə görə, qəza barədə məlumat daxil olan kimi Türkiyənin müdafiə, daxili işlər və xarici işlər nazirləri dərhal həm Gürcüstan, həm də Azərbaycan tərəfi ilə əlaqə saxlayıblar. Axtarış-xilasetmə işləri sürətlə başlayıb, Türkiyəyə məxsus pilotsuz uçuş aparatları bölgəyə göndərilib.
“Axşam saat 17:00-də uçağın qalıqları tapılıb, ərazi təhlükəsizlik məqsədilə nəzarətə alınıb. Hadisə yerinə 46 nəfərlik ixtisaslı araşdırma qrupu göndərilib. Təyyarənin "qara qutusu" tapılıb və araşdırmalara başlanıb”, – Ərdoğan qeyd edib.
Prezident bildirib ki, şəhidlərin 19-nun nəşi tapılıb, sonuncu şəhidin axtarışı davam edir.
Türkiyə lideri həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı apardığını söyləyib:
“Azərbaycanlı qardaşlarımız və gürcü dostlarımız bu ağır gündə bizimlə həmrəy oldular. Hər iki ölkə hadisənin araşdırılması və şəhidlərimizin tapılması üçün bütün imkanlarını səfərbər edib”.
Ərdoğan hadisənin bütün detallarının aydınlaşdırılacağını vurğulayıb:
“Türkiyə Respublikası, Azərbaycan və Gürcüstan bu məsələdə birgə hərəkət edir. Heç bir detal diqqətdən kənarda qalmayacaq.”
Ərdoğan sosial şəbəkələrdə yayılan yalan məlumatlara və siyasi məqsədlərlə aparılan manipulyasiyalara qarşı xalqı ehtiyatlı olmağa çağırıb: “Milli Müdafiə Nazirliyi və Kommunikasiya İdarəsi cəmiyyətimizi mütəmadi olaraq məlumatlandırır. Millətimizdən xahiş edirəm ki, bu cür ağrılı hadisələr üzərindən siyasi qazanc əldə etmək istəyənlərə inanmasınlar.”
Sonda Ərdoğan şəhidlərə Allahdan rəhmət, ailələrinə və Türk Silahlı Qüvvələrinə səbir diləyib, həmçinin başsağlığı mesajı göndərən bütün dost ölkələrə təşəkkür edib.
12-11-2025, 16:04
“Kurtlar vadisi”nin aktrisası qəzaya düşdü


“Kurtlar vadisi”nin aktrisası qəzaya düşdü

Türkiyənin məşhur aktrisası Özgü Namalın maşını ağır yol qəzasına uğrayıb.
Qəza zamanı aktrisa iki övladı ilə birgə olub.
Hadisə İstanbul Beykoz istiqamətində baş verib. Özgü Namalın avtomobili başqa bir maşına çırpılıb. Aktrisa “Kıskanmak” serialının çəkilişlərinə gedirmiş. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralanan aktrisa, oğlu və qızı ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb. Onların həkim nəzarətinə götürüldüyü bildirilir.
Qeyd edək ki, Özgü Namal azərbaycanlı tamaşaçılara məşhur “Kurtlar vadisi” serialından Elif obrazı ilə tanışdır.
11-11-2025, 23:12
Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər


Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər

Rusiya Ukraynanın yeni ərazilərinə nəzarəti genişləndirmək niyyətindən əl çəkməyib və Donbasdan sonra növbəti hədəfi Xarkov ola bilər.
Bu barədə Amerikanın nüfuzlu "Foreign Affairs" nəşri yazır.
Məqalədə qeyd olunur ki, Rusiya ordusu hələ 2024-cü ilin noyabrında Pokrovsk şəhərini ələ keçirməyə çalışsa da, Ukrayna qüvvələrinin müqaviməti nəticəsində plan uğursuz olub. Hazırda Moskva “plan cədvəlindən bir il geridə qalmasına” baxmayaraq, döyüşlər davam edir və rus dronları Ukrayna ordusunun logistik imkanlarını çətinləşdirir.
Nəşr bildirir ki, Pokrovsk döyüşü genişmiqyaslı hücumun yalnız bir hissəsidir. Rusiya qoşunları Ukrayna mövqelərini əhatəyə almağa çalışır, Dnepr boyunca irəliləmə isə Zaporojye şəhərinə birbaşa təhlükə yaradır.
Ekspertlərin fikrincə, əgər Rusiya Donbasda uğur qazansa, növbəti mərhələdə Xarkovu hədəf seçəcək. Bu şəhərin ələ keçirilməsi Moskvanın Ukraynanın şərq hissəsinə tam nəzarət planlarını gücləndirəcək.
Nəşr yazır ki, son doqquz ayın “faciəvi ironiyası” ondan ibarətdir ki, beynəlxalq səviyyədə atəşkəs və danışıqlar barədə müzakirələr gedərkən, Rusiya döyüşlərin intensivliyini artırıb: “Kreml həm cəbhədə, həm də şəhərlərə zərbələrlə Ukraynanın müqavimət ruhunu qırmağa çalışır.”
Nə Rusiya, nə də Ukrayna hələ sülhə hazır deyil. ABŞ-ın diplomatik səylərinə baxmayaraq, Putin “maksimalist tələblərindən” geri çəkilməyib və müharibəni yalnız Ukraynanın suverenliyi bahasına dayandırmağa hazırdır.
Nəşr iddia edir ki, Rusiya üç mərhələli plan üzrə hərəkət edir. Əvvəlcə işğal etdiyi əraziləri möhkəmləndirib yeni bölgələri, o cümlədən Xarkov, Nikolayev və Odessa vilayətlərini ələ keçirmək istəyir. Daha sonra Ukraynaya atəşkəsi qəbul etdirməyə və iqtisadi təzyiq, siyasi qarışıqlıq yolu ilə Kiyevdə nəzarət yaratmağa çalışacaq. Uzunmüddətli perspektivdə isə Ukraynanı Rusiyadan asılı dövlətə çevirmək.
Ekspertlər xəbərdarlıq edir ki, qarşıdakı qış Ukrayna üçün həlledici ola bilər: “Rusiya indiyədək görünməmiş miqdarda raket istehsal edir, Ukraynanın enerji sistemi isə artıq ölkənin bütün ərazilərini işıqla təmin edə bilmir. Əgər Rusiya bu üstünlüyü artırsa, 2026-cı ildə Ukraynanı itaətə məcbur etməyə cəhd göstərə bilər.”
11-11-2025, 22:08
Ərdoğan Kobaxidze ilə danışıqlar apardı


Ərdoğan Kobaxidze ilə danışıqlar apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə telefonla danışıb.
Telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsinin ətrafında aparılan axtarış-xilasetmə işləri müzakirə edilib.
11-11-2025, 16:10
Türkiyədə helikopter qəzaya uğradı


Türkiyədə helikopter qəzaya uğradı

Türkiyə Silahlı Qüvvələrinə aid olduğu güman edilən hərbi helikopter Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.
Bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.
Gürcüstanın müvafiq qurumlarından hələlik rəsmi məlumat yoxdur. Qəza nəticəsində ölən və ya yaralananların olub-olmadığı da məlum deyil.
11-11-2025, 15:54
Mərkəzi Asiya ikinci Fars körfəzinə çevrilə bilər


Mərkəzi Asiya ikinci Fars körfəzinə çevrilə bilər

ABŞ prezidenti Donald Trampın Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirmə siyasəti qlobal güc balansını dəyişə bilər.
Bu barədə nüfuzlu "Forbes" nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Rusiya–Ukrayna müharibəsindən sonra Vaşinqton regiona diqqətini xeyli artırıb. Prezident Co Baydenin dövründə başlanmış kursu Tramp davam etdirir və məqsəd Mərkəzi Asiyanı iqtisadi inkişaf və strateji əhəmiyyət mərkəzinə çevirməkdir.
Forbes hesab edir ki, Mərkəzi Asiya hələ də Rusiya, Çin və İran üçün “kor nöqtə” olaraq qalır. ABŞ-ın bölgədə möhkəmlənməsi bu ölkələrin digər regionlarda təsir imkanlarını məhdudlaşdıra bilər.
Nəşr vurğulayır ki, Tramp administrasiyası Mərkəzi Asiya ölkələrini enerji, logistika və təhlükəsizlik sahələrində tərəfdaş kimi görür və bu istiqamətdə diplomatik fəallığı artırmaqdadır.
11-11-2025, 15:26
Azərbaycandan gedən buğda ilə bağlı iddiaya erməni nazirdən reaksiya: “Birinci özüm yeyəcəyəm”


Azərbaycandan gedən buğda ilə bağlı iddiaya erməni nazirdən reaksiya: “Birinci özüm yeyəcəyəm”

Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan ölkəyə Azərbycan vasitəsilə daşınan buğdanın keyfiyyəti ilə bağlı yayılan iddialara cavab verib.
Nazir “Facebook” səhifəsində vətəndaşlardan birinin şərhinə cavabında bildirib ki, sözügedən 3-cü dərəcəli rus buğdası artıq un və çörək istehsalında istifadə olunub.
“Bu buğda artıq una çevrilib, sonra çörəyə və biz hamımız onu yemişik. Gördüyünüz kimi, heç kim zəhərlənməyib”, – Papoyan yazıb.
Nazir əlavə edib ki, Rusiya mənşəli buğdanın miqdarı ölkənin gündəlik tələbatı ilə müqayisədə çox azdır: “1000 ton dediyiniz miqdar bizim hər gün istifadə etdiyimizdən qat-qat azdır.”
"Əvvəlcə bu buğda çörəyini mən yeyəcəyəm", - deyə o qeyd edib.
Xatırladaq ki, Qazaxıstan və rusiya taxılını daşıyan qatar Rusiya, Azərbaycan və Gürcüstandan keçdikdən sonra Ermənistana gedib.
11-11-2025, 15:10
Paşinyan Avropa səfirləri ilə görüşdü


Paşinyan Avropa səfirləri ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin səfirləri ilə Vaşinqton sammitinin nəticələrini müzakirə edib.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Söhbət zamanı tərəflər Ermənistan ilə Aİ arasında mövcud münasibətlərin gündəliyini və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bundan əlavə, avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdən sonra regiondakı vəziyyətə və Ermənistan ilə Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyinə xüsusi diqqət yetirilib.
11-11-2025, 14:04
Plan işə yaramadı - Qəzza parçalana bilər


Plan işə yaramadı - Qəzza parçalana bilər

ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişəyə son qoymaq məqsədi daşıyan sülh planı faktiki olaraq iflasa uğramaqdadır.
"Reuters" agentliyinə danışan mənbələr bildiriblər ki, planın növbəti mərhələsinin icrası “praktiki olaraq dondurulub”.
Hazırda İsrail ordusu Qəzza zolağının 53 faizinə nəzarət edir, təxminən 2 milyon insan isə HƏMAS-ın nəzarətində olan qalan hissədə yaşayır. Trampın planına əsasən, növbəti mərhələdə İsrail ordusu “sarı xətt” adlanan müvəqqəti sərhəddən tədricən geri çəkilməli, onun yerinə “çoxmillətli təhlükəsizlik qüvvələri” yerləşdirilməli idi.
Lakin bu bəndlərin icra mexanizmi və vaxt cədvəli hələ də müəyyən olunmayıb. Qeyd edilir ki, ABŞ prosesdən çıxış yolu tapmasa, hazırkı “sarı xətt” uzun müddət Qəzzanı iki hissəyə bölən faktiki sərhədə çevrilə bilər.
Planın ilk mərhələsində, yəni girovların və fələstinli məhbusların azad edilməsindən sonra digər addımlar dayandırılıb. İsrail HƏMAS tam şəkildə silahı yerə qoymadan geri çəkilməkdən imtina edir, Qəzzanın idarə edilməsində Fələstin Administrasiyasının iştirakına qarşı çıxır. Həmçinin, çoxmillətli qüvvələrin tərkibi barədə də razılıq əldə edilməyib.
Diplomatik mənbələr deyiblər ki, bu şəraitdə heç bir dövlət, o cümlədən Avropa və ərəb ölkələri, öz hərbçilərini Qəzzaya göndərməyə hazır deyil. Onların fikrincə, əgər beynəlxalq qüvvələrin funksiyası “sülhün qorunması” çərçivəsini aşarsa, bu, fələstinli silahlı qruplarla birbaşa qarşıdurma riskini artıracaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!