7-08-2025, 18:52
Fidan Suriya Prezidenti ilə görüşdüTürkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Onlar həmçinin bir çox sahədə əməkdaşlığın inkişafı barədə danışıblar.
7-08-2025, 17:19
Ermənistanın dövlət borcu 13 milyardı ötüb
Ermənistanın dövlət borcu 30 iyun 2025-ci il tarixinə 13 milyard 852 milyon 137 min dollardır.
Bu barədə Ermənistan Respublikasının Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, xarici borc 6 milyard 943 milyon 296 min dollar, daxili borc isə 6 milyard 908 milyon 842 min dollar təşkil edir.
7-08-2025, 17:06
Fidan Əl Şaraa ilə görüşdüTürkiyənin xarici işlər naziri Hakan Fidan işgüzar səfər çərçivəsində Dəməşqə gedib.
O, Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə görüşüb.
Görüşdə iki ölkə arasında terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlıq məsələləri, xüsusilə Suriyanın şimalında SDQ terror təşkilatının varlığı müzakirə edilib.
7-08-2025, 16:41
BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir - PutinBƏƏ Rusiya və ABŞ liderləri arasında görüş üçün münasib yerlərdən biridir.
Bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.
Putinin sözlərinə görə, Rusiyanın bir çox dostları var ki, onunla Tramp arasında görüş təşkil etməyə hazırdır.
7-08-2025, 15:10
Hakan Fidan Suriyaya getdiTürkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya gedib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Səfər çərçivəsində Fidanın Suriyanın keçid lideri Əhməd əl-Şaraa ilə görüşəcəyi gözlənilir.
7-08-2025, 00:05
Saakaşvili də Vaşinqton görüşündən danışdı
Tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq.
Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib.
“Avqustun 8-də Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək: Azərbaycan və Ermənistan Donald Tramp vasitəsilə sülh müqaviləsi imzalayacaq.
Prezident Əliyevlə Baş nazir Paşinyan bir müddətdir danışıqlar aparır, amma ABŞ prezidentinin vasitəçiliyi ilə proses sürətlənib. O gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq.
Rusiya artıq rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğunu itirir”, - sabiq prezident bildirib.
M.Saakaşvili əlavə edib ki, Rusiya daxildəki şəbəkəsi vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyətdə dəyişmək üzrədir.
6-08-2025, 22:48
Zelenski Trampla nələrdən danışdı...Ukrayna prezidenti Volodmir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.
Zelenski danışıqlarda Avropa liderlərinin iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, söhbət zamanı Moskvada ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşündə elan edilənləri müzakirə ediblər.
“Bizim tərəfdaşlarımızla ümumi mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır və bu, vicdanlı son olmalıdır”.
Zelenski vurğulayıb ki, Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq: “Ölkəmiz uzunmüddətli və davamlı sülh istəyir. Rusiya başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
6-08-2025, 21:02
Tramp yenə Hindistanı hədəfə aldıABŞ Prezidenti Donald Tramp Rusiyadan neft aldığı üçün Hindistan məhsullarına əlavə 25 faizlik gömrük rüsumunun tətbiq edəcəyini açıqlayıb.
ABŞ Prezidenti bununla bağlı sərəncam imzalayıb. “Rusiya Federasiyasının neftini birbaşa və ya dolayı yolla idxal edən Hindistandan malların idxalına əlavə rüsumunun tətbiqinin zəruri və məqsədəuyğun olduğunu müəyyən edirəm”, - deyə Tramp bildirib.
Sərəncamın 21 gün sonra qüvvəyə minəcəyi deyilir. Bununla da, Hindistan məhsullarına ümumi tariflər 50 faizə yüksəlib.
Tramp bu sərəncamı Ağ evin yüksəksəviyyəli nümayəndəsi Stiv Vitkoffun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən qısa müddət sonra imzalayıb.
6-08-2025, 19:14
Zelenski cəbhə xəttindəUkrayna Prezidenti Volodimir Zelenski 225-ci həmlə alayının Sumı vilayətindəki idarəetmə məntəqəsinə gedib.
Bu barədə onun özü “Telegram” hesabında yazıb.
O qeyd edib ki, şəxsi heyətlə görüş zamanı Andreyevka və Kondratovka istiqamətlərindəki vəziyyətlə bağlı məruzələr dinlənilib, Rusiyanın nəzarətindəki ərazilərin azad edilməsi üzrə növbəti addımlar müzakirə edilib:
“Şəxsi heyətin təminatı, o cümlədən gənc əsgərlərin və təlimçilərin hərbi hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi apardıq. Alayın komandiri onun briqada səviyyəsində komplektləşdirilməsini xahiş etdi. Bu məsələ Baş Qərargahın rəisi ilə müzakirə olunacaq”.
Zelenski Kursk əməliyyatında iştirak edən hərbçiləri təltif edib:
“Ukrayna uğrunda xidmətlərinizə görə hər zaman sizə minnətdar olacaq, vətən üçün canından keçən hər bir kəsin xatirəsinə daim ehtiram göstərəcəyik”.
6-08-2025, 18:19
Daha bir Hizbullah komandiri öldürüldüİsrail Müdafiə Qüvvələri tərəfindən “Hizbullah” komandiri Hassam Kassam Ghraib öldürülüb.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Bildirilib ki, o, Livanın Beka vadisində keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.
Qeyd olunub ki, Ghraib “Hizbullah” rəhbərliyinin İsrail əleyhinə verdiyi yeni açıqlamalardan sonra öldürülüb.