Yaşlandıqca daha çox xatırlayıram… .....                        İREVAN’DA MİMARLIK SANATI MİRZA KADİM İREVANİ .....                        Dünyanın ən yaxşı bacısı .....                        Dünya səyyahları Füzulidə .....                        Putin İlham Əliyevə təşəkkür etdi .....                        Polis gücləndirilmiş iş rejiminə keçdi .....                        Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI .....                        Kəlbəcər və Laçına qar yağır .....                        Masallıdakı qəzada yaralananların son durumu .....                       
12-11-2025, 16:04
“Kurtlar vadisi”nin aktrisası qəzaya düşdü


“Kurtlar vadisi”nin aktrisası qəzaya düşdü

Türkiyənin məşhur aktrisası Özgü Namalın maşını ağır yol qəzasına uğrayıb.
Qəza zamanı aktrisa iki övladı ilə birgə olub.
Hadisə İstanbul Beykoz istiqamətində baş verib. Özgü Namalın avtomobili başqa bir maşına çırpılıb. Aktrisa “Kıskanmak” serialının çəkilişlərinə gedirmiş. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralanan aktrisa, oğlu və qızı ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb. Onların həkim nəzarətinə götürüldüyü bildirilir.
Qeyd edək ki, Özgü Namal azərbaycanlı tamaşaçılara məşhur “Kurtlar vadisi” serialından Elif obrazı ilə tanışdır.
11-11-2025, 23:12
Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər


Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər

Rusiya Ukraynanın yeni ərazilərinə nəzarəti genişləndirmək niyyətindən əl çəkməyib və Donbasdan sonra növbəti hədəfi Xarkov ola bilər.
Bu barədə Amerikanın nüfuzlu "Foreign Affairs" nəşri yazır.
Məqalədə qeyd olunur ki, Rusiya ordusu hələ 2024-cü ilin noyabrında Pokrovsk şəhərini ələ keçirməyə çalışsa da, Ukrayna qüvvələrinin müqaviməti nəticəsində plan uğursuz olub. Hazırda Moskva “plan cədvəlindən bir il geridə qalmasına” baxmayaraq, döyüşlər davam edir və rus dronları Ukrayna ordusunun logistik imkanlarını çətinləşdirir.
Nəşr bildirir ki, Pokrovsk döyüşü genişmiqyaslı hücumun yalnız bir hissəsidir. Rusiya qoşunları Ukrayna mövqelərini əhatəyə almağa çalışır, Dnepr boyunca irəliləmə isə Zaporojye şəhərinə birbaşa təhlükə yaradır.
Ekspertlərin fikrincə, əgər Rusiya Donbasda uğur qazansa, növbəti mərhələdə Xarkovu hədəf seçəcək. Bu şəhərin ələ keçirilməsi Moskvanın Ukraynanın şərq hissəsinə tam nəzarət planlarını gücləndirəcək.
Nəşr yazır ki, son doqquz ayın “faciəvi ironiyası” ondan ibarətdir ki, beynəlxalq səviyyədə atəşkəs və danışıqlar barədə müzakirələr gedərkən, Rusiya döyüşlərin intensivliyini artırıb: “Kreml həm cəbhədə, həm də şəhərlərə zərbələrlə Ukraynanın müqavimət ruhunu qırmağa çalışır.”
Nə Rusiya, nə də Ukrayna hələ sülhə hazır deyil. ABŞ-ın diplomatik səylərinə baxmayaraq, Putin “maksimalist tələblərindən” geri çəkilməyib və müharibəni yalnız Ukraynanın suverenliyi bahasına dayandırmağa hazırdır.
Nəşr iddia edir ki, Rusiya üç mərhələli plan üzrə hərəkət edir. Əvvəlcə işğal etdiyi əraziləri möhkəmləndirib yeni bölgələri, o cümlədən Xarkov, Nikolayev və Odessa vilayətlərini ələ keçirmək istəyir. Daha sonra Ukraynaya atəşkəsi qəbul etdirməyə və iqtisadi təzyiq, siyasi qarışıqlıq yolu ilə Kiyevdə nəzarət yaratmağa çalışacaq. Uzunmüddətli perspektivdə isə Ukraynanı Rusiyadan asılı dövlətə çevirmək.
Ekspertlər xəbərdarlıq edir ki, qarşıdakı qış Ukrayna üçün həlledici ola bilər: “Rusiya indiyədək görünməmiş miqdarda raket istehsal edir, Ukraynanın enerji sistemi isə artıq ölkənin bütün ərazilərini işıqla təmin edə bilmir. Əgər Rusiya bu üstünlüyü artırsa, 2026-cı ildə Ukraynanı itaətə məcbur etməyə cəhd göstərə bilər.”
11-11-2025, 22:08
Ərdoğan Kobaxidze ilə danışıqlar apardı


Ərdoğan Kobaxidze ilə danışıqlar apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə telefonla danışıb.
Telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsinin ətrafında aparılan axtarış-xilasetmə işləri müzakirə edilib.
11-11-2025, 16:10
Türkiyədə helikopter qəzaya uğradı


Türkiyədə helikopter qəzaya uğradı

Türkiyə Silahlı Qüvvələrinə aid olduğu güman edilən hərbi helikopter Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.
Bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.
Gürcüstanın müvafiq qurumlarından hələlik rəsmi məlumat yoxdur. Qəza nəticəsində ölən və ya yaralananların olub-olmadığı da məlum deyil.
11-11-2025, 15:54
Mərkəzi Asiya ikinci Fars körfəzinə çevrilə bilər


Mərkəzi Asiya ikinci Fars körfəzinə çevrilə bilər

ABŞ prezidenti Donald Trampın Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirmə siyasəti qlobal güc balansını dəyişə bilər.
Bu barədə nüfuzlu "Forbes" nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Rusiya–Ukrayna müharibəsindən sonra Vaşinqton regiona diqqətini xeyli artırıb. Prezident Co Baydenin dövründə başlanmış kursu Tramp davam etdirir və məqsəd Mərkəzi Asiyanı iqtisadi inkişaf və strateji əhəmiyyət mərkəzinə çevirməkdir.
Forbes hesab edir ki, Mərkəzi Asiya hələ də Rusiya, Çin və İran üçün “kor nöqtə” olaraq qalır. ABŞ-ın bölgədə möhkəmlənməsi bu ölkələrin digər regionlarda təsir imkanlarını məhdudlaşdıra bilər.
Nəşr vurğulayır ki, Tramp administrasiyası Mərkəzi Asiya ölkələrini enerji, logistika və təhlükəsizlik sahələrində tərəfdaş kimi görür və bu istiqamətdə diplomatik fəallığı artırmaqdadır.
11-11-2025, 15:26
Azərbaycandan gedən buğda ilə bağlı iddiaya erməni nazirdən reaksiya: “Birinci özüm yeyəcəyəm”


Azərbaycandan gedən buğda ilə bağlı iddiaya erməni nazirdən reaksiya: “Birinci özüm yeyəcəyəm”

Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan ölkəyə Azərbycan vasitəsilə daşınan buğdanın keyfiyyəti ilə bağlı yayılan iddialara cavab verib.
Nazir “Facebook” səhifəsində vətəndaşlardan birinin şərhinə cavabında bildirib ki, sözügedən 3-cü dərəcəli rus buğdası artıq un və çörək istehsalında istifadə olunub.
“Bu buğda artıq una çevrilib, sonra çörəyə və biz hamımız onu yemişik. Gördüyünüz kimi, heç kim zəhərlənməyib”, – Papoyan yazıb.
Nazir əlavə edib ki, Rusiya mənşəli buğdanın miqdarı ölkənin gündəlik tələbatı ilə müqayisədə çox azdır: “1000 ton dediyiniz miqdar bizim hər gün istifadə etdiyimizdən qat-qat azdır.”
"Əvvəlcə bu buğda çörəyini mən yeyəcəyəm", - deyə o qeyd edib.
Xatırladaq ki, Qazaxıstan və rusiya taxılını daşıyan qatar Rusiya, Azərbaycan və Gürcüstandan keçdikdən sonra Ermənistana gedib.
11-11-2025, 15:10
Paşinyan Avropa səfirləri ilə görüşdü


Paşinyan Avropa səfirləri ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin səfirləri ilə Vaşinqton sammitinin nəticələrini müzakirə edib.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Söhbət zamanı tərəflər Ermənistan ilə Aİ arasında mövcud münasibətlərin gündəliyini və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bundan əlavə, avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdən sonra regiondakı vəziyyətə və Ermənistan ilə Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyinə xüsusi diqqət yetirilib.
11-11-2025, 14:04
Plan işə yaramadı - Qəzza parçalana bilər


Plan işə yaramadı - Qəzza parçalana bilər

ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişəyə son qoymaq məqsədi daşıyan sülh planı faktiki olaraq iflasa uğramaqdadır.
"Reuters" agentliyinə danışan mənbələr bildiriblər ki, planın növbəti mərhələsinin icrası “praktiki olaraq dondurulub”.
Hazırda İsrail ordusu Qəzza zolağının 53 faizinə nəzarət edir, təxminən 2 milyon insan isə HƏMAS-ın nəzarətində olan qalan hissədə yaşayır. Trampın planına əsasən, növbəti mərhələdə İsrail ordusu “sarı xətt” adlanan müvəqqəti sərhəddən tədricən geri çəkilməli, onun yerinə “çoxmillətli təhlükəsizlik qüvvələri” yerləşdirilməli idi.
Lakin bu bəndlərin icra mexanizmi və vaxt cədvəli hələ də müəyyən olunmayıb. Qeyd edilir ki, ABŞ prosesdən çıxış yolu tapmasa, hazırkı “sarı xətt” uzun müddət Qəzzanı iki hissəyə bölən faktiki sərhədə çevrilə bilər.
Planın ilk mərhələsində, yəni girovların və fələstinli məhbusların azad edilməsindən sonra digər addımlar dayandırılıb. İsrail HƏMAS tam şəkildə silahı yerə qoymadan geri çəkilməkdən imtina edir, Qəzzanın idarə edilməsində Fələstin Administrasiyasının iştirakına qarşı çıxır. Həmçinin, çoxmillətli qüvvələrin tərkibi barədə də razılıq əldə edilməyib.
Diplomatik mənbələr deyiblər ki, bu şəraitdə heç bir dövlət, o cümlədən Avropa və ərəb ölkələri, öz hərbçilərini Qəzzaya göndərməyə hazır deyil. Onların fikrincə, əgər beynəlxalq qüvvələrin funksiyası “sülhün qorunması” çərçivəsini aşarsa, bu, fələstinli silahlı qruplarla birbaşa qarşıdurma riskini artıracaq.
11-11-2025, 13:43
Rusiya Bəşər Əsədi təhvil vermək istəmir


Rusiya Bəşər Əsədi təhvil vermək istəmir

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa Rusiya rəhbərliyinin devrilmiş prezident Bəşər Əsədin Dəməşqə təhvil verilməsi məsələsində fərqli mövqe tutduğunu bildirib.
O, bu barədə ABŞ prezidenti Donald Tramp ilə Ağ Evdə görüşdən sonra “Fox News” telekanalına verdiyi müsahibəsində danışıb.
Əhməd əş-Şəraa bildirib ki, Rusiya “bir və ya digər şəkildə” Suriyada baş vermiş müharibədə iştirak edib:
“Rusiya istər-istəməz Suriyaya qarşı aparılan müharibədə iştirak edib. Bizim ölkəmizlə Rusiya arasında imzalanmış razılaşmalardan biri axtarışda olan şəxslərin, o cümlədən Bəşər Əsədin Suriyaya təhvil verilməsini nəzərdə tutur. Lakin rusların bu məsələdə başqa fikri var”.
Əş-Şəraa əlavə edib ki, Suriyada yaradılan Ədalət Komissiyası sabiq prezident də daxil olmaqla bütün keçmiş rejim nümayəndələrinin məsuliyyətə cəlb edilməsini təmin etməyi hədəfləyir:
“Ədalət bərqərar olmalıdır. Biz bu məqsədlə Ədalət Komissiyasını yaratmışıq və bütün keçmiş rejim üzvləri, o cümlədən Bəşər Əsəd törətdikləri əməllərə görə cavab verməlidirlər.
Xatırladaq ki, Əhməd əş-Şəraa oktyabr ayında Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüş keçirmişdi. “The Guardian” qəzetinin yazdığına görə, Putin görüş zamanı Suriyadakı iki əsas hərbi obyektə - Tartusdakı dəniz bazası və Hmeymim aviabazasına xüsusi diqqət yetirib.
Suriyanın yeni rəhbəri isə Putinə əminlik verib ki, Dəməşqdəki yeni hakimiyyət Rusiya ilə əvvəlki hökumət arasında imzalanmış bütün razılaşmalara sadiq qalacaq.
“The Guardian”ın məlumatına əsasən, Əhməd əş-Şəraa üçün əsas məqsəd devrilmiş keçmiş prezident Bəşər Əsədin və onun rejiminin Moskvaya qaçmış nümayəndələrinin Suriyada məhkəmə qarşısına çıxarılmasıdır.
2011-ci ildə vətəndaş müharibəsinin başladığı Suriyada Bəşər Əsəd rejimi 2024-cü ildə devrilmişdi. Əhməd əş-Şəraa keçid dövrü prezidenti kimi beynəlxalq legitimlik qazanmağa və keçmiş rejim üzərində ədalətin bərpasına çalışdığını bildirir.
11-11-2025, 13:25
Pakistanda dəhşətli partlayış - 12 nəfər öldü


Pakistanda dəhşətli partlayış - 12 nəfər öldü

Pakistanın paytaxtı İslamabadda məhkəmə binasının qarşısında partlayış baş verib.
Bu barədə məlumatı “Reuters” agentliyi polis rəsmisinə istinadla yayıb.
Hadisə nəticəsində 12 nəfərin həlak olduğu bildirilir.
Polis sözçüsü bildirib ki, yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır:
“Biz partlayışın növünü araşdırırıq. Hələlik hadisənin mənbəyi dəqiqləşdirilməyib. Ətraflı məlumatı yalnız kriminal laboratoriyanın hesabatından sonra təqdim edə biləcəyik”, - açıqlamada qeyd olunub.
Hadisə İslamabadın rayon məhkəməsinin giriş hissəsində, çoxsaylı vətəndaşların toplandığı ərazidə baş verib.
Polis və təcili yardım xidməti əməkdaşları hadisə yerinə cəlb olunub, ərazi təhlükəsizlik məqsədilə tam mühasirəyə alınıb.
Hazırda hadisə ilə bağlı araşdırma davam edir. Rəsmilər ilkin mərhələdə terror ehtimalını da istisna etmirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!