Ceyhun Bayramov Macarıstana getdi .....                        907-ci düzəliş ləğv edilir - Proses başladı .....                        Biznesin İnkişafı Fondu ASC-yə çevrildi - SƏRƏNCAM .....                        Prezident 2026–2029-cu illər üçün strategiyanı təsdiqlədi .....                        Azərbaycan qazı Macarıstan üçün strateji əhəmiyyətlidir - Ekspert .....                        Prezident rektoru işdən çıxardı - Yeni təyinat .....                        Qazaxıstandakı diaspor təyyarə istintaqının yekun qərarını gözləyir - AÇIQLAMA .....                        Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi .....                        Alimentlə bağlı yeni qayda .....                       
19-10-2025, 13:19
Məşhur yazıçı  vəfat etdi


Məşhur yazıçı vəfat etdi

Norveçin tanınmış yazıçısı Roy Yakobsen 70 yaşında dünyasını dəyişib.
Bu barədə Norveçin Baş naziri Yonas Gar Stere sosial media hesabında paylaşım edib.
Baş nazir Yakobsenin vəfatı ilə bağlı Norveç mediasına verdiyi açıqlamada deyib ki, Roy Yakobsen Norveç ədəbiyyatının ən böyük hekayəçilərindən biri idi: “Onun kitablarında biz sahili, fəhlə sinfini, müharibəni – amma hər şeydən əvvəl insanı görürük”.
Qeyd edək ki, Roy Yakobsen 1982-ci ildə ədəbi fəaliyyətə başlayıb və indiyədək onun 25-dən çox kitabı nəşr olunub. Yazıçının əsərləri 40-dan çox dilə tərcümə edilib. Onun ən tanınmış əsərləri arasında “Ləyaqətsizlər”, “Ağ dəniz” və “Görünməzlər” romanları yer alır.
Yazıçı 1994-cü ildə “Fəth edənlər” romanına görə İvar Lo mükafatına layiq görülüb. 2017-ci ildə isə “Görünməzlər” romanı ilə Beynəlxalq Buker mükafatına namizəd olub.
17-10-2025, 18:45
Qərbi azərbaycanlıların yurd həsrəti:


Qərbi azərbaycanlıların

yurd həsrəti:


“Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində kitab təqdimatı keçirilib - FOTOLAR

Oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (Akademiklər zalı) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsinin yekun tədbiri keçirilib. Tədbir çərçivəsində tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” kitabının təqdimatı olub.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb və Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən kitabın baş məsləhətçisi, ADPU-nin prorektoru, Milli Məclis yanında Toponimiya Komissiyasının üzvü, professor Mahirə Hüseynova bildirib ki, Qərbi Azərbaycana qayıdış prosesində deportasiyaya məruz qalmış həmvətənlərin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılması vacibdir. O, Səməd Vəkilovun əvvəlki kitabları ilə yanaşı bu layihənin də uğurla həyata keçirildiyini və bu tədqiqatların xarici dillərdə də nəşr olunmasının əhəmiyyətini vurğulayıb.

Kitabın elmi redaktoru, Dövlət mükafatı laureatı Nazim Mustafa əsərin önəmindən danışaraq müəllifin deportasiyaya məruz qalmış şəxslərin şəxsi hekayələrini toplamasının və həmin sənədləri kitabda təqdim etməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, layihənin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilməsini alqışlayaraq bu tədqiqatların gələcək nəsillərə və qayıdış prosesinə töhfə olduğunu qeyd edib. Kitabın hazırda Prezident Kitabxanasının saytında yerləşməsi geniş oxucu kütləsinə çatdırılması baxımından vacib sayılıb.

Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov QHT-lər tərəfindən bu tip layihələrin cəmiyyət üçün faydalı olduğunu və tarixi biliklərin yayılmasına xidmət etdiyini vurğulayıb. O, köçürülmüş əhalinin tarixi torpaqlarla bağlı məlumatlarının və onların hazırda yaşadığı ərazilərin vəziyyətinin kitabda ətraflı təqdim olunduğunu qeyd edib. Deputat bildirib ki, bu işlər Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılması və tarixi torpaqlara qayıdışın təmin olunması baxımından önəmlidir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında bildirib ki, Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpaqlarıdır və azərbaycanlılara qarşı tarix boyu soyqırımlar, deportasiyalar və ədalətsizliklər törədilib. Kitab yalnız tarixi faktları sənədləşdirmir, həm də ermənilərin törətdiyi cinayətlər barədə dünya ictimaiyyətinə məlumat çatdırır və azərbaycanlıların yaşadığı fəlakətləri gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət daşıyır. Deputat əsərin müxtəlif dillərdə nəşr olunmasının vacibliyini vurğulayıb.

Professor İbrahim Bayramov çıxışında bildirib ki, kitab Prezidentin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycanla bağlı çıxışından doğmuşdur və Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı hadisələri SSRİ məkanında faktlarla təqdim edir. Kitabda İrəvan və digər bölgələrdən köçürülən insanların ağır həyatı, hüquqi sənədlərlə təsdiqlənmiş faktlar və müxtəlif bölgələrə dair məlumatlar əks olunub. Professor Nazim Mustafa və Mahirə Hüseynovanın elmi redaktorluğu ilə hazırlanmış əsər canlı faktlar və şahid danışıqla təqdim olunduğu üçün nəzəri kitablardan daha inandırıcıdır.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, kitab tarixi ədalətin, milli və hüquqi yaddaşın bərpası baxımından böyük əhəmiyyət daşıyır. Əsər məcburi köçürülmələrin insan taleləri və hüquqi ziddiyyətlərini fundamental şəkildə tədqiq edir, həm tarixi, həm də hüquqi baxımdan dərin təhlil təqdim edir. Nuriyev kitabın müxtəlif dillərə tərcümə edilərək dünya kitabxanalarına və elm mərkəzlərinə göndərilməsini tövsiyə edib.

Tədbirdə Hollandiyadan Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri Xudafərin jurnalının baş redaktoru Elman Mustafazadə Qərbi Azərbaycan platformasının inkişafının və tarixi həqiqətlərin yayılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Qərbi Azərbaycan faktoru Ermənistandakı revanşist qüvvələrin ən gözəl cavabıdır.

Müvəkkil Hüquq Mərkəzinin sədri və kitabın müəllifi Səməd Vəkilov çıxış edərək layihə çərçivəsində televiziya verilişləri hazırlanmasını və deportasiyanın tarixi və hüquqi aspektlərini əks etdirən kitabın nəşr olunduğunu bildirib. O, bu tədqiqatların Qərbi Azərbaycana qayıdışın mümkünlüyü üçün əsas yaratdığını qeyd edib.
Tədbirdə həmçinin Hollandiya, Kanada, Rusiya və Macarıstandan gələn qonaqlar, Azərbaycan elmi və ictimaiyyətindən professorlar və deputatlar iştirak edib. Prezident Kitabxanasının direktoru professor Afət Seyidzadə də tədbirdə çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb.







16-10-2025, 14:26
Aşıq Yadigar xəstəxanada infeksiyaya yoluxub


Aşıq Yadigar xəstəxanada infeksiyaya yoluxub

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır.
Onun oğlu Yaşar Muradov bildirib ki, sənətçi xəstəxanada infeksiyaya yoluxub.
“Hazırda atamın vəziyyəti ağırdır. Təzyiqi düşüb, yüksək qızdırması var. Mərkəzi Klinika Xəstəxanada infeksiyaya yoluxub. Reanimasiya şəraitində müalicəsi davam edir”.
“Hazırda müraciət etdiyimiz əsas xəstəlik kənarda qalıb, həkimlər atamın yoluxduğu infeksiyanın müalicəsinə çalışırlar. Vəziyyəti ağırdır. Həkimlər cəhd edir ki, qanını yusunlar. Qanı yuyulduqdan sonrakı mərhələni gözləyirik” – deyə o qeyd edib.
16-10-2025, 13:51
Xalq artisti Ramiz Quliyev dəfn olundu


Xalq artisti Ramiz Quliyev dəfn olundu

Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunub.
Əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Daha sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn olunub.

***

10:36

Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.
15-10-2025, 15:22
Ramiz Quliyevin dəfn yeri açıqlandı


Ramiz Quliyevin dəfn yeri açıqlandı

Xalq artisti Ramiz Quliyevlə vida mərasimi sabah saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, Xalq artisti tarzən Ramiz Quliyev bu gün 78 yaşında vəfat edib. O, səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
14-10-2025, 16:11
Energetik-alim Tahir Cəfərov kitablarını Prezident Kitabxanasına hədiyyə edib


Energetik-alim Tahir Cəfərov kitablarını Prezident Kitabxanasına hədiyyə edib

Prezident Kitabxanasında alimlər, ziyalılar və ictimai xadimlərlə görüşlər bir ənənəyə çevrilib. Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, texniki elmlər üzrə doktor, professor Tahir Cəfərov Prezident Kitabxanasının qonağı olub, görülən işlərlə tanış olub və kitablarını Kitabxana fonduna hədiyyə edib.
Tahir Cəfərov Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-elektromexanik ixtisası üzrə bitirdikdən sonra Mingəçevir Tikinti Trestinin Elektrik Quraşdırma İdarəsində usta, Mingəçevir SES-də kaskadın mühəndisi, Dövlət Enerji Nəzarət İdarəsinin Mingəçevir şəhər şöbəsinin rəisi, Mingəçevir Elektrik Şəbəkəsinin direktoru, Sənaye və Energetika Nazirliyində Energetika şöbəsinin müdiri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” MMC-nin baş energetiki vəzifələrində işləyib. Ölkənin energetika siyasətinin formalaşması və bu sahədə Avropa Direktivinə uyğun islahatların aparılması üzrə Avropa İttifaqının ekspertləri ilə birgə yeni qanun layihələrinin hazırlanmasında texniki direktor kimi iştirak edib. Hazırda “Azərişıq” ASC-nin Tədris Mərkəzində müasir texnologiyaların tətbiqi üzrə məsləhətçi vəzifəsində çalışır.

Professor Tahir Cəfərov “Bərpa Olunan Enerji Mənbələrinin Energetika Sisteminə inteqrasiyasında Hidroakkumulyasiya Elektrik Stansiyalarının rolu” (Bakı, 2013), “Elektroenergetika – varlıqla yoxluğun astanasında” (Bakı, 2015), “Smart market. Elektroenergetika - islahatlar və intellektual bazar” (Bakı, 2017), “Elektrik işığının qaranlıqları” (Bakı, 2025) kitablarının və energetika sisteminin fəaliyyət effektivliyinin artırılması, SES-lərin təhlükəsizliyi, müasir texnologiyaların energetikaya tətbiqi, bərpa olunan enerjidən istifadə və digər məsələrlə bağlı 50-yə yaxın məqalələrin və layihələrin müəllifidir.
Energetika sahəsində görkəmli alim həmçinin yuxarıda adları sadalanan kitablarının elektron versiyalarını da kitabxanaya təqdim edib.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova professor Tahir Cəfərova öz kitabları ilə kitabxana fondunu daha da zənginləşdirdyi üçün minnətdarlıq edib, ona elmi işlərində uğurlar arzulayıb.

10-10-2025, 15:53
Əminə Yusifqızı “Qurd qapısı" qəbiristanlığında dəfn olundu


Əminə Yusifqızı “Qurd qapısı" qəbiristanlığında dəfn olundu

Oktyabrın 10-da Xalq artisti Əminə Yusifqızı Bakının Yasamal rayonunda, “Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
9-10-2025, 17:54
Azərbaycanda bu Nazirlikdə yoxlamalar BAŞLADI - RƏSMİ


Azərbaycanda bu Nazirlikdə yoxlamalar BAŞLADI - RƏSMİ

Hesablama Palatasının Mədəniyyət Nazirliyində yoxlamalara başladığı bildirilir.
Bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən aparılan yoxlama qanunvericilikdə nəzərdə tutulmuş planlı audit tədbiridir. Bu tədbir Palatanın 2025-ci il İş planına əsasən həyata keçirilir və məqsədi dövlət vəsaitlərinin xərclənməsinin qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsidir.
"Mədəniyyət Nazirliyi Hesablama Palatası ilə tam əməkdaşlıq şəraitində fəaliyyət göstərir, tələb olunan bütün sənədlər və məlumatlar təqdim olunur. Audit prosesi bitdikdən sonra nəticələr qanunvericiliyə uyğun şəkildə ictimaiyyətə açıqlanacaq", - qurumdan verilən cavabda bildirilib.
9-10-2025, 16:17
Azərbaycan mədəniyyətinə ağır itki - Nazirlik məlumat yaydı


Azərbaycan mədəniyyətinə ağır itki - Nazirlik məlumat yaydı

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı oktyabrın 9-da, ömrünün 89-cu ilində vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, məktəbli yaşlarından səhnə sənətinə böyük maraq göstərib. 1958–1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1974-cü ilədək Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. “Anacan” (Y.Əzimzadə), “Son məktub” (R.İsmayılov), “Söz yarası” (Q.Rəsulov), “Ana tarla” (Ç.Aytmatov), “Şeytanın şagirdi” (B.Şou) və s. tamaşalarda maraqlı obrazlar yaradıb.
1974-cü ildə “Azərbaycanfilm” kinostudiyasında işə başlayan Əminə Yusifqızı “Şərikli çörək”, “Sən niyə susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, eləcə də televiziya tamaşalarında çəkilib. Çoxsaylı filmlərin dublyajında uğurla iştirak edib, kino qəhrəmanlarını öz məlahətli səsi ilə tamaşaçılara sevdirib.
Əminə Yusifqızı klassik və çağdaş Azərbaycan poeziyasının yorulmaz təbliğatçısı kimi də sənət tariximizdə silinməz iz qoyub. Uzun illər çalışdığı Azərbaycan Dövlət Televiziya və Radiosunun efirində görkəmli şairlərimizin yaradıcılıq nümunələri onun qiraətində tamaşaçı və dinləyicilərin qəlbinə yol tapıb.
Mədəniyyətimizin inkişafında xidmətləri yüksək qiymətləndirilən aktrisa 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına, 2016-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb.
4-10-2025, 23:17
Yadigar Muradovun vəziyyəti ağırlaşdı


Yadigar Muradovun vəziyyəti ağırlaşdı

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.
Onun hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu qeyd edilib.
Xatırladaq ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!