Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 8-05-2019, 14:57
MƏTBUATIMIZIN DÜZLÜK VƏ SAFLIQ TƏRƏNNÜMÇÜSÜ SONA BAĞIROVA

Azərbaycan mətbuatının fədakar jurnalistlərindən biri olan Sona Bəhrəli qızı Bağırova indiki gənc jurnalistlərə örnək olacaq mənalı həyat yolu keçib. O, 1929-cu il may ayının 1-də Bakının Bülbülə qəsəbəsində doğulub.Onun uşaqlıq illəri isə Böyük Vətən müharibəsi dövrünə təsadüf edib. Sona Bağırova 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olur. Tələbəlik illərində tanınmış elm korifeyləri olan müəllimlərdən – Mir Cəlal Paşayevdən, Məmməd Cəfərdən, Feyzulla Qasımzadədən, Həsən Şahgəldiyevdən, İsrafil Nəzərlidən, İsmayıl Əlizadədən, Məmmədhüseyn Təhmasibdən dərs alır. Jurnalist peşəsinə ilk addımı “Kommunist” qəzetindən başlayır. “Kommunist” qəzetində ilk dəfə nəşr olunan yazısına görə qocaman jurnalist Qulam Məmmədlidən də xeyir-dua alır. Beləcə, Sona Bağırova sevdiyi peşəsinə - jurnalistikaya ilk qədəmlərini qoyur.1952-ci ildən taleyini isə “Azərbaycan gəncləri” qəzetinə möhkəm bağlayaraq, milyonlarla oxucuların rəğbətini qazanır. Onu yaxından tanıyanlar dəfələrlə qeyd ediblər ki, Sona Bağırova azərbaycanlı xanım adını ləyaqətlə daşıyaraq, jurnalist peşəsinin əsl vurğunu idi. Hələ sağlığında istedadlı publisist olmaqla bərabər, hamıya arxa və dayaq olmağa da çalışıb. Gördüyü nəcib, xeyirxah işlərin isə sayı-hesabı yoxdur. Jurnalistika sahəsində böyük məktəb yaradan Sona Bagırova Azərbaycan Qadınlar Cəmiyyətinin də fəal üzvü olub. Sona Bağırova 1991-ci il iyulun 22-də mətbuat sahəsindəki xidmətlərinə görə Əməkdar jurnalist fəxri adına layiq görülür. Ömrünün 40 ilini “Azərbaycan gəncləri” qəzetində, ötən əsrin 90-cı illərində isə “Açıq söz”, “Bakı post”, “Nəbz” qəzetlərində çalışan Sona Bağırova mətbuatımızın keşiyində təmiz əqidəsi və iti qələmi ilə məğrur dayanıb. Son dərəcə fədakar, vətəninə, yurduna bağlı olan
MƏTBUATIMIZIN DÜZLÜK VƏ SAFLIQ TƏRƏNNÜMÇÜSÜ SONA BAĞIROVA
MƏTBUATIMIZIN DÜZLÜK VƏ SAFLIQ TƏRƏNNÜMÇÜSÜ SONA BAĞIROVA

Sona Bağırova Qarabağ müharibəsi başlayanda isə qələmini süngüyə çevirərək, Şuşaya, Laçına, Xankəndinə gəlir. O, düşmən gülləsindən qorxmayaraq səngərlərdə əsgərlərimizin yanında olur, onların döyüş rəşadətlərindən reportajlar hazırlayır. İstedadlı qələm sahibi Sona Bağırova 2001-ci il mayın 10-da vəfat edir. Bu günlərdə Bakının Bülbülə qəsəbəsində yerləşən Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbdə Əməkdar jurnalist Sona Bəhrəli qızı Bağırovanın 90 illik yubileyi keçirildi. Həmin gün tədbirə ziyalılar, qəsəbə sakinləri və ailə üzvləri dəvət olunmuşdu. Tədbir ilk öncə Azərbaycanın Dövlət Himni ilə başladı.Tədbiri giriş sözü ilə Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbin direktoru Məlahət Əsədova açdı. O, Sona Bağırovanın şərəfli jurnalist ömründən, onun jurnalistikanın müxtəlif janrlarında yazdığı məqalələrindən danışdı. Yubiley tədbirinə dəvət olunan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi üzrə nümayəndəsi Elçin Seyfullayev, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov, yazıçı-jurnalist Fərhad Əsgəroğlu, mədəniyyət işçisi Cavad Səlimov, şairə Sumaya Məhəmmədəli qızı, Bülbülə qəsəbə Ağsaqqallar Şurasının sədri Tofiq
MƏTBUATIMIZIN DÜZLÜK VƏ SAFLIQ TƏRƏNNÜMÇÜSÜ SONA BAĞIROVA
MƏTBUATIMIZIN DÜZLÜK VƏ SAFLIQ TƏRƏNNÜMÇÜSÜ SONA BAĞIROVA

Babayev, Cəlal Babayev, Səkinə Həmidova, şairə Sona Məmmədova ilahiyyatçı Maya Əkbərzadə, jurnalist Günay Rəhimova, Bülbülə bələdiyyəsinin üzvü Ülviyyə Orucova çıxış edərək, dövrü mətbuatımıza imzası ilə yenilik gətirən, publisistik yazıları ilə oxucuların görüşünə gələn, Azərbaycanı qarış-qarış gəzən mübariz qadın, iti qələmli jurnalist Sona Bağırova ilə hər zaman fəxr etdiklərini qeyd etdilər. Yubiley tədbirinin sonunda Qubat Bağırov çıxış edərək, bacısı ilə bərabər unudulmaz xatirələrdən söhbət açdı. O, Sona Bağırovanın Qarabağda ezamiyyətlərdə olarkən əsgərlərimizə hər zaman mənəvi dayaq olduğunu da vurğuladı. Analı günlərin həsrətini çəkərək, kövrək xatirələrini tədbir iştirakçıları ilə bərabər bölüşən Sevinc Nagıyeva, Tamilla Ağabəyova və Sevda Xanbutayeva çıxış edərək, Sona xanımın qayğıkeş ana kimi təkcə onlara deyil, mərhəmətə və köməyə ehtiyacı olan bir çox insanlara hər zaman arxa olduqlarını söylədilər. Məktəbin musiqi müəllimi Xatirə Cananovanın rəhbərliyi altında ədəbi-musiqili kompazisiya yubiley tədbirini daha rəngarəng etdi. Şagirdlər Azərbaycana, vətənə həsr olunan şeirlər, mahnılar ifa etdilər. Şagirdlər istedadlı yazıçı Teyyub Qurbanın jurnalist Sona Bağırovanın ölümündən sonra qələmə aldığı “Bülbülədə iki Sonam” məqaləsindən parçalar da səhnələşdirdilər. Tədbirin sonunda Qubat Bağırov ailəsi adından Əməkdar jurnalist Sona Bəhrəli qızı Bağırovanın 90 illik yubileyinin təşkilinə görə Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbin pedaqoji kollektivinə, şagirdlərə təşəkkür etdi.

Təranə Cəbiyeva


Paylaş



Bölmə: Xəbər / Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!