Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 22-03-2025, 19:46
Parkda anasına 8 bıçaq zərbəsi endirdi - Həbs edilmədi


Parkda anasına 8 bıçaq zərbəsi endirdi - Həbs edilmədi

Göygöldə anasını bıçaqlayan 17 yaşlı oğlan barədə qərar açıqlanıb.
Hadisə ötən ilin iyul ayında Göygöl şəhərində yerləşən parkda baş verib.
Gənc oğlan anasının illər əvvəl atasını tərk edib başqa şəxslə ailə qurmasını heç vaxt qəbul edə bilməyib. O, anası ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb və Göygöl şəhərində görüşüb.
Görüş zamanı mübahisə yaranıb və o, üzərində gətirdiyi bıçaqla anasına səkkiz bıçaq zərbəsi endirib. Qadın sağ qalıb və xəstəxanaya yerləşdirilib.
Gənc məhkəmədə özünü təqsirli bilsə də, verdiyi ifadədə qisas niyyəti ilə hərəkət etdiyini deyib. O, anasının başqa bir şəxslə ailə qurmasını qəbul edə bilmədiyini və bu səbəbdən onu bıçaqladığını bildirib. Hadisəni planlaşdırmadığını, əsəbi anında belə bir addım atdığını qeyd edib.
"Anam bizi atıb başqa adamla ailə qurduqdan sonra ona nifrət etməyə başladım. Heç vaxt onunla danışmaq istəmədim. Son vaxtlar qisas almaq fikri məni rahat buraxmırdı. Ona yazıb görüş təyin etdim. Parkda onu görən kimi həyəcanlandım, cibimdəki bıçağı çıxarıb vurdum. İlk zərbəni vuranda qışqırdı, amma dayana bilmədim. Sonra qaçıb evə getdim və polisin gələcəyini gözlədim", - o, məhkəmədə deyib.
Zərərçəkmiş qadın isə məhkəməyə ifadəsində oğlunun illərlə atasının və digər qohumların təsiri altında olduğunu bildirib. Onun sözlərinə görə, oğlunun bu addımı atmasında başqalarının da təsiri olub.
Şahid ifadələrinə görə, hadisə parkın sakinlər olmayan bir yerində baş verib. Hadisədən dərhal sonra polis əməkdaşları qadına kömək edib və şübhəli şəxsin axtarışına başlayıb. Oğlan hadisədən sonra qaçaraq yaşadığı kəndə gedib və polisə könüllü təslim olub.
Məhkəmə bütün sübutları araşdıraraq təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilinməsinə qərar verib. Ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub, lakin məhkəmə onun yetkinlik yaşına çatmamasını və zərərçəkmişin şikayətçi olmamasını nəzərə alaraq cəzanı şərti tətbiq edib.
Gənc 3 il müddətinə sınaq dövründə olacaq və məhkəmənin təyin etdiyi qaydalara riayət etməlidir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!