Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
28-07-2022, 07:14
"Daşqınlardan ziyan görənlərə təzminat ödənilmir”


"Daşqınlardan ziyan görənlərə təzminat ödənilmir”

Qəzvin əyalətinin İran parlamentindəki nümayəndəsi Fatimə Məhəmmədbeygi hökumətin Avuc və Ələmut bölgələrində daşqınlardan zərər görən vətəndaşlara nəzərdə tutulan təzminatı ödəmədiyini deyib.
F. Məhəmmədbeygi bundan öncə bölgə əhalisi və daşqınların fəsadlarını aradan qaldırmaq üçün təsdiq edilən 400 milyard tümənin verilmədiyini deyib və məsulların məsələyə laqeyd yanaşmasını tənqid edib. Millət vəkili təzminat məbləğinin az olduğunu deyib. Onun sözlərinə görə, vəsait ödənilmədiyi üçün Avuc və Ələmut bölgəsinin kəndliləri ev-eşikləri, kənd təsərrüfatlarını bərpa edə bilmir, iş ardınca böyük şəhərlərə köçmək məcburiyyətində qalırlar.
Qedy edək ki, 2021-ci ilin avqust ayında Qəzvin əyalətinin Avuc və Ələmut bölgələrində baş verən sel və daşqınlar nəticəsində bölgə əhalisinə külli məbləğdə ziyan dəyib. Təbii fəlakət nəticəsində 7 nəfər həyatını itirib, minlərlə hektar əkin və bağ sahəsi, yaşayış evləri dağılıb, çox sayda mal-qara, avtomobili sel suları aparıb.
Qəzvin əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Qüdrətullah Mehdixani ümumilikdə əyalətə 450 milyard tümən ziyan dəydiyini bildirib.

Timur
28-07-2022, 07:08
Zindanda milli fəala təzyiq göstərilir


Zindanda milli fəala təzyiq göstərilir

İyulun 16-da Urmu gölü ilə bağlı etiraz aksiyasından sonra Təbrizdə həbs edilən İbrahim Asimani (Azəroğlu) 5-ci gündür ki, aclığı davam etdirir.
Yaxınlarının verdiyi məlumata görə, Asimaninin ailəsi ilə telefon danışığına qadağa qoyulub və iyulun 21-dən sonra onunla telefon əlaqəsi saxlamaq mümkün olmur.
İyulun 21-də ailəsi ilə son telefon danışığı zamanı milli fəal günahsız yerə Təbriz zindanında saxlanıldığını, ittihamı barədə heç bir açıqlama verilmədiyini deyib. O, durumuna aydınlıq gətirilməsə aclıq aksiyasına başlayacağı barədə xəbərdarlıq edib.
Timur
28-07-2022, 07:04
"Toz fırtınaları Tehrana çatacaq"


"Toz fırtınaları Tehrana çatacaq"

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki təmsilçisi Ruhullah Mütəfəkkir Azad ekoloji faciə barədə xəbərdarlıq edib. O, Urmu gölünün quruması ilə toz fırtınalarının Tehran yaxınlığına qədər çatacağını deyib. Millət vəkili hazırda milyonlarla insanın həyatını təhlükəyə atan ekoloji problemin yaşandığını söyləyib:
"Urmu gölünün quruması nəticəsində bölgə şoranlıq və səhralığa çevriləcək. Bu isə 600 kilometrə bərabər radiusda duz fırtınalarının baş qaldıracağı deməkdir.
14 milyon insan xərçəng, astma riski altındadır. Urmiya gölünün bərpası üçün indi pul xərcləməsək, gələcəkdə bu xəstəliklərin müalicəsi üçün pul xərcləməli olacağıq"-deyə, millət vəkili bildirib.
Cavidan

28-07-2022, 06:58
Şərqi Azərbaycan xəstəxanalarında avadanlıq çatışmır


Şərqi Azərbaycan xəstəxanalarında avadanlıq çatışmır

Təbriz Tibb Elmləri Universitetinin başçısı Bəhmən Nəğipur Şərqi Azərbaycan əyalətinin xəstəxanalarında tibbi texnika və avadanlıqların çatışmadığını deyib:
"Son illər tibb və xəstəxana avadanlıqları və ləvazimatları fasiləsiz istifadə olunduğundan zaman keçdikcə onların çoxunun istismar müddəti bitib və bu Şərqi Azərbaycan əyalətinin səhiyyə sektorunda böyük problemlər yaradıb"-deyə, Nəğipur bildirib. O, Təbriz Tibb Elmləri Universitetinin borclarının olduğu və yetərli büdcə almadıqları üçün sıradan çıxan tibbi avadanlıqları ala bilmədiklərini söyləyib.
Tibb Elmləri Universitetinin başçısı başda Təbriz olmaqla əyalətin əksər şəhərlərinin xəstəxanalarında çox vacib avadanlıqların yenilənə bilmədiyi üçün bu sahədə böhran yaşandığını qeyd edib.
Timur
27-07-2022, 21:49
Makron qiyamçıları vurmaq üçüm PUA-lar göndərir


Makron qiyamçıları vurmaq üçüm PUA-lar göndərir

Fransa Beninə regionu təhdid edən qiyamçılarla mübarizə aparmağa kömək etmək üçün pilotsuz uçuş aparatları (PUA) və daha mürəkkəb silahlar verə bilər. Bu barədə Fransa Prezident Emmanuel Makron çərşənbə günü deyib. Makron bildirib ki, Fransa artıq Beninə kəşfiyyat, təlim dəstəyi və digər mülki yardımlar təqdim edir. O, tezliklə nəqliyyat vasitələri, mina təmizləmə avadanlığı, gülləkeçirməz jiletlər və gecəgörmə avadanlığı tədarük edəcəyini bildirib.
27-07-2022, 21:09
Prezidentin təltif etdiyi tibb işçilərinə fəxri adlar verildi


Prezidentin təltif etdiyi tibb işçilərinə fəxri adlar verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edilmiş tibb işçilərinə medal və fəxri adların təqdim edilməsi mərasimi baş tutub. Butov.az xəbər verir ki, tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, qurumun struktur bölmə rəhbərləri və təltif edilən tibb işçiləri iştirak edib. Açılış nitqi ilə çıxış edən V.Qurbanov səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədinin ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarət olduğunu bildirib. O, ölkəmizdə səhiyyənin inkişaf etdirilməsi, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi, həmçinin həkimlərin sosial rifahının yaxşılaşdırılması üçün atılan addımların ölkə başçısının tibb sahəsinə göstərdiyi yüksək qayğının təcəssümü olduğunu qeyd edib. Daha sonra Azərbaycan Prezidentinin 16 iyun 2022-ci il tarixli Sərəncamı ilə təltif edilmiş TƏBİB-in tabeliyində çalışan 19 tibb işçisinin medal və fəxri adları özlərinə təqdim edilib. Tədbirdə təltif edilənlər adından çıxış edən Nərimanov Tibb Mərkəzinin həkim-qastroenteroloqu Elçin İsayev tibb işçilərinə göstərilən diqqət və qayğı üçün ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. O, həyata keçirilən tibbi islahatlar fonunda xidmət keyfiyyətinin yaxşılaşdılılması, həkimlərin sosial rifahının artırılması istiqamətində atılan addımlardan danışıb. Qeyd edək ki, səhiyyə işçilərinin təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 14 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 2 nəfər “Əməkdaş tibb işçisi”, 3 nəfər isə “Əməkdar həkim” adına layiq görülüb.








27-07-2022, 20:51
AMEA-nın ləğvi təklifinə dəstək gəldi - Qərar gözlənilir


AMEA-nın ləğvi təklifinə dəstək gəldi - Qərar gözlənilir

Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yarıtmaz fəaliyyəti ciddi tənqidlərə tuş gəlib. AzTV-nin AMEA-nı "vuran" süjetindən sonra ölkənin elm ocağının ləğv olunması, ya da Təhsil Nazirliyinə birləşdirilməsi təklif edilir. Bəs, ahıl insanların yığıncaq yerinə çevrilən AMEA ləğv oluna bilərmi? Bu barədə Butov.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki, bütün dünyada hər 5 ildən bir elm sahələrinin inkişaf strategiyaları hazırlanır. Deputatın sözlərinə görə, elmin inkişaf strategiyaları əsasında elmə ayrılan vəsaitlərə, elmi tədqiqatların aktivlik indeksinə və sənaye tətbiqinə baxılır: “Bu gün geniş spektrli işlərdə elm mərkəzləri çox böyük rol oynayır. Ancaq indiki vəziyyətdə AMEA ölkədə elmin missiyasını həyata keçirə bilmir. Mütləq hansısa dəyişiklik olmalıdır. AMEA-da struktur dəyişikliyindən, gəncləşmə siyasətindən tutmuş, əlavə institutların qalıb-qalmaması, ayrılan vəsaitin nəticəyönümlü xərclənib-xərclənməməsi məsələləri müzakirə olunmaldır. Çox təəssüflər olsun ki, AMEA son 10 ilə yaxın müddətdə özünün durğunluq dövrünü yaşadı. Ramiz Mehdiyevin təyinatından sonra intriqalar gücləndi, alimlər arasında qarşıdurmalar artdı. Əlavə yaradılan strukturlar elmin inkişafına heç bir təsir göstərmədi. Ayrı-seçkiliklər, yerlibazlıqlar, elmə yad olan məsələlər daha qabarıq şəkildə özünü göstərdi”.



E.Əliyev hesab edir ki, indiki durumda Elm və Təhsil Nazirliyinin yaradılmasına böyük zərurət var: “İnstitutların birləşdirilməsi məsələsi önə çəkilə bilər. Elə institutlar var ki, bir istiqamətdir, ancaq şaxələnib bunların birləşdirilməsi islahatların tərkibinə daxil ola bilər. Hər halda AMEA-dakı ətalət aradan qaldırılmalıdır, bunun üçün ciddi siyasi qərarlara ehtiyac var. Elmi tədqiqatların aparılması hər bir ölkənin sənayesinin, iqtisadiyyatının hərəkətverici qüvvəsidir və bu bütün dünyada qəbul olunub. Təəssüflər olsun ki, AMEA bu funksiyanı yerinə yetirə bilmir. Elm adamlarının, akademiklərin demək olar ki, bütün məsələlərdə ictimai rəyə təsiri çox zəifdir. AMEA haqqında siyasi qərarın qəbul olunmasına ehtiyac var”. Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyinin birləşdirilməsi təklifinə münasibət bildirib. Nazir deyib ki, ayrı-ayrı ölkələrin bununla bağlı fərqli təcrübələri var: "Bəzi ölkələrdə struktur Elm və Təhsil Nazirliyi olaraq fəaliyyət göstərir. Azərbaycandakı mövcud təcrübə haqqında sualın cavabı məndə deyil. Bu, icra hakimiyyətinin səlahiyyətində olan məsələdir".
27-07-2022, 20:40
“28 May”da soyğunçuluq - İçində 23 min olan çanta oğurlandı



“28 May”da soyğunçuluq - İçində 23 min olan çanta oğurlandı

Paytaxt ərazisində metronun “28 May” stansiyasının yaxınlığında vətəndaş Elbrus Umudova qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, naməlum şəxs onun içərisində 23 min manat olan çantasını soyğunçuluq yolu ilə əldə edərək hadisə yerindən qaçıb. Zərərçəkən hadisə barədə polisə məlumat verən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Abbas Əkbərov tutularaq istintaqa təqdim edilib. Onun üzərində axtarış aparılan zaman cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin bir hissəsi və 3 büküm şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Abbas Əkbərovun soyğuçuluq edəndən sonra hadisə yerindən yayınması ərazidə olan təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir. Abbas Əkbərovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.


27-07-2022, 20:34
İtkin düşən döyüşçü küçələrdə qalırmış


İtkin düşən döyüşçü küçələrdə qalırmış

İyulun 19-da itkin düşən Vətən Müharibəsi iştirakçısı Cavid Bədəlli ötən gün tapılaraq ailəsinə təhvil verilib. Butov.az-ın əldə etdiyi məlumata görə, müharibə veteranı bir neçə gün dostunun evində qalıb. O, daha sonra küçələrdə gecələyib. C.Bədəllinin yaşadığı mənzili tərk etməsinə gəncin psixoloji sarsıntı keçirməsi səbəb olub. Evinə dönən veteranın vəziyyətinin yaxşı olmadığı bildirilir. Yaxınlarının dediyinə görə, C.Bədəlli müharibədən sonra şiddətli baş ağrılarından əziyyət çəkib və uzun müddət psixoloji travma yaşayıb. Onun ailəsində ciddi problemlərin olmadığı, həyat yoldaşı və qohumları ilə münasibətlərinin normal olduğu deyilir. Cavid Bədəllinin yaxınları DOST mərkəzində fəaliyyət göstərən sosial-psixoloji xidmətə müraciət ediblər. Həkimlər müayinədən sonra onun ağır depressiya keçirdiyini, ciddi müalicəyə zərurət olduğunu bildiriblər. Qeyd edək ki, bir neçə gün əvvəl C.Bədəllinin atası Rafiq Bədəlov oğlunun itkin düşməsi barədə məlumat vermişdi. O, oğlunun evdən çıxmazdan əvvəl ailə üzvlərilə kiçik münaqişə yaşadığını söyləmişdi.
27-07-2022, 20:25
Hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq - DTX rəisi


Hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq - DTX rəisi

Bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər. Butov.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxışında deyib. Əli Nağıyev, Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışmasının dərin təəssüf hissi yaratdığını nəzərə çatdırıb. O bildirib ki, respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaqdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!