TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
21-10-2022, 21:53
İran Ermənistanın Təbrizdə konsulluq açmasına razılıq verdi


İran Ermənistanın Təbrizdə konsulluq açmasına razılıq verdi

İran hökuməti Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunu açmağa hazırdır. Bunu Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. Nazir, həmçinin əlavə edib ki, İran hökumətinin Qafanda Baş konsulluq açmaq qərarı İran və Ermənistan xalqları arasında "çoxillik və tarixi əlaqələrin" dərinliyini göstərir.
21-10-2022, 21:50
Ukraynada enerji infrastrukturunun 40 faizi zədələnib


Ukraynada enerji infrastrukturunun 40 faizi zədələnib

Rusiya Federasiyası Silahlı Qüvvələrinin zərbələri nəticəsində Ukraynada enerji infrastrukturunun 30-40 faizi zədələnib. Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, bütün zədələnmiş stansiyalar öz işini dayandırmasa da, zərbələr istehsal gücünün ən azı yarısına təsir edib. Nazir vurulan zərəri bir neçə milyard dollar qiymətləndirib. Qluşçenko elektrik enerjisinin idxalını enerji sektorundakı problemin həlli yollarından biri hesab edir. O qeyd edib ki, artıq potensial təchizatçılarla danışıqlar aparılır.
21-10-2022, 21:48
DİN-dən minaya düşənlər barədə açıqlama


DİN-dən minaya düşənlər barədə açıqlama

Xəbər verdiyimiz kimi, Laçında iki nəfər minaya düşüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib. Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal polis əməkdaşkarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb. Hazırda onların müalicəsi davam etdirilir.
21-10-2022, 21:46
Avropa İttifaqı Ukraynaya ayda 1,5 milyard avro verəcək


Avropa İttifaqı Ukraynaya ayda 1,5 milyard avro verəcək

Avropa İttifaqı (Aİ) 2023-cü ildə Ukraynaya ayda 1,5 milyard avro yardım ayıracaq. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ liderlərinin sammitindən sonra bildirib. O qeyd edib ki, Avropa İttifaqı bu il artıq Ukraynaya 19 milyard avro ayırıb. Von der Leyen, həmçinin deyib ki, İttifaq Ukraynaya su və elektrik təchizatını bərpa etmək üçün kömək imkanlarını nəzərdən keçirir.
21-10-2022, 21:44
Laçında iki nəfər minaya düşdü


Laçında iki nəfər minaya düşdü

Laçın rayonunda mina partlayıb. Butov.az Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb."Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan bildirilib.
21-10-2022, 17:30
Lukaşenko hədələdi - "Bizə hücum etsələr..."


Lukaşenko hədələdi - "Bizə hücum etsələr..."

“Belarus öz təhlükəsizliyini təmin edir və sərhədlərini bağlamaq niyyətində deyil”. Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Brest vilayətindəki Obuz-Lesnovski birləşmiş silah poliqonunda jurnalistlərə açıqlamasında bildirib.“Dünya çox açıqdır, bir-birindən asılıdır. Terrorçular bizə hücum etsələr də, düz getməyəcəklər: onların çoxdan müəyyən edilmiş yolları var. Nə qədər ki, biz idarə edirik. Biz öhdəsindən gəlməyə çalışacağıq”, - Lukaşenko qeyd edib.
21-10-2022, 17:28
Xersonda 88 yaşayış məntəqəsi azad olunub


Xersonda 88 yaşayış məntəqəsi azad olunub

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində indiyədək 88 yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirilo Timoşenko bildirib. Timaşonko deyib ki, Xersonda 88 yaşayış məntəqəsi işğaldan azad edilib:"Həmin ərazilərdə 11 827 mülki şəxs yaşayır. Onlara lazımi humanitar yardım göstərilir. Həyat təminatı üçün zəruri obyektlər də bərpa olunur. Yollar təmizlənir, mobil rabitə bərpa olunur".
21-10-2022, 17:26
Ukrayna Rusiyanın pulları ilə bərpa olunacaq


Ukrayna Rusiyanın pulları ilə bərpa olunacaq

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə etməyi düşünməlidir. Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.“Biz dondurulmuş aktivlərdən Ukraynaya yardım məqsədilə istifadə etməliyik. Həmçinin ölkənin bərpasında da bu aktivlərdən yararlanmaq olar",- Mişel Rusiyanı qəzəbləndirən fikirlər səsləndirib.
21-10-2022, 17:24
Rusların Laçın dəhlizində qalan postları


Rusların Laçın dəhlizində qalan postları

Keçmiş Laçın dəhlizini tərk edən Rusiya sülhməramlılarının postlarından görüntülər paylaşılıb. Görüntülər İTV-də yayımlanıb. Qeyd edək ki, 2022-ci ilin avqustun 26-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarəti bərpa etdiyini açıqlamışdı. Bildirək ki, bu, keçmiş Laçın dəhlizinə çəkilmiş alternativ yolun istifadəyə verilməsinin nəticəsi idi. Ermənistanla Qarabağı birləşdirən Laçın yoluna alternativ marşrut çəkildikdən sonra, Rusiyanın müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxıb. Bu, 10 Noyabr Bəyanatının 6-cı bəndinə əsasən baş tutub. Bundan sonra sülhməramlıların Laçın yolunun Laçın şəhərinə giriş istiqamətində də postları yığışdırılıb.
21-10-2022, 17:22
“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişdi


“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişdi

“Qarabağ”ın Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirəcəyi stadion dəyişib. Butov.az xəbər verir ki, buna səbəb arenadakı təmir işləridir. Bildirilib ki, “Azersun Arena”nın ot örtüyündə renovasiya işləri aparıldığı üçün “Qarabağ” növbəti bildirişə qədər ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!