21-10-2022, 16:32
“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişdi“Qarabağ”ın Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirəcəyi stadion dəyişib.
Butov.az xəbər verir ki, buna səbəb arenadakı təmir işləridir. Bildirilib ki, “Azersun Arena”nın ot örtüyündə renovasiya işləri aparıldığı üçün “Qarabağ” növbəti bildirişə qədər ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
21-10-2022, 16:30
Çavuşoğlu Minsk qrupunu tənqid etdiQarabağ münaqişənin 30 il ərzində həll olunmamasının səbəbi məhz ATƏT-in Minsk qrupunun birtərəfli qaydada Ermənistanın tərəfində olmasıdır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hakim Ədalət və İnkişaf Partiyasının Mersin şəhər təşkilatında keçirdiyi mətbuat konfransında bildirib. "Məqsədiniz həqiqətən də sülhə təkan verməkdirsə, prosesə dəstək göstərin. Bunun üçün düzgün mövqe tutmaq lazımdır. Biz Azərbaycan və Ermənistan arasındakı xoşməramlı prosesi dəstəkləyirik. Azərbaycan çox səmimi şəkildə Ermənistana sülh anlaşması təklifi irəli sürüb. İndi onun üzərində çalışırlar və biz də bu işə Türkiyə olaraq dəstək veririk”,- deyə XİN başçısı vurğulayıb.
21-10-2022, 16:28
İtaliya–Azərbaycan Universiteti ilə bağlı sərəncamPrezident İlham Əliyev “İtaliya–Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, İtaliya–Azərbaycan Universiteti layihəsini həyata keçirən ADA Universitetinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib. ADA Universiteti İtaliya–Azərbaycan Universiteti çərçivəsində tətbiq etdiyi təhsil proqramlarını İtaliya Respublikasının ali təhsil müəssisələrinin akademik standartlarına uyğun qurmaq və idarə etmək hüququna malikdir. Nazirlər Kabinetinə İtaliya–Azərbaycan Universiteti layihəsinə cəlb olunması ilə əlaqədar ADA Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etmək, layihə çərçivəsində kadr hazırlığı aparılan ixtisasları və təhsil alan tələbələrin sayını hər il müəyyən etmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
21-10-2022, 16:25
İlham Əliyev sərəncam imzaladıPrezident İlham Əliyev oktyabrın 21-də Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Əhməd Bakıxanovun 130 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək Mədəniyyət Nazirliyinə tapşırılıb. Sərəncamda deyilir: “Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşatmışdır. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişdir. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir”.
21-10-2022, 16:23
Zəngilandan qayıdan Ərdoğan İrəvana çağırış etdi
"Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və sülh sazişinin imzalanması regionun normallaşması üçün mühüm addım olacaq". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. Prezident qeyd edib ki, Azərbaycanla Türkiyənin Cənubi Qafqazdakı ortaq maraqları sülh və sabitliklə bağlıdır. "Uzun illərdən sonra regionda daimi sülhü təmin etmək üçün imkanlar yaranıb. Ermənistandan gözləntimiz bu tarixi fürsəti qiymətləndirməkdir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Türkiyə-Ermənistan əlaqələrinə də təsir göstərəcək. Qardaş Azərbaycanla əməkdaşlığımızı “bir millət, iki dövlət” prinsipi ilə davam etdirməkdə israrlıyıq”, - deyə Ərdoğan qeyd edib.
21-10-2022, 15:55
Zəngilandan qayıdan Ərdoğan İrəvana çağırış etdi
"Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və sülh sazişinin imzalanması regionun normallaşması üçün mühüm addım olacaq". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. Prezident qeyd edib ki, Azərbaycanla Türkiyənin Cənubi Qafqazdakı ortaq maraqları sülh və sabitliklə bağlıdır. "Uzun illərdən sonra regionda daimi sülhü təmin etmək üçün imkanlar yaranıb. Ermənistandan gözləntimiz bu tarixi fürsəti qiymətləndirməkdir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Türkiyə-Ermənistan əlaqələrinə də təsir göstərəcək. Qardaş Azərbaycanla əməkdaşlığımızı “bir millət, iki dövlət” prinsipi ilə davam etdirməkdə israrlıyıq”, - deyə Ərdoğan qeyd edib.
21-10-2022, 15:53
Səfərbərliyə çağırılan 10 min əsgər geri qaytarıldı
Rusiyada səfərbər olunan 10 minə yaxın əsgər geri qaytarılıb. Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib."Bu günə qədər ölkə üzrə 10 minə yaxın insan müxtəlif səbəblərə görə geri qaytarılıb", - Kartapolov bildirib. Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
21-10-2022, 15:51
İrandan Ukrayna ilə bağlı çağırışİran Ukraynada hərbi münaqişənin şiddətlənməsi və təhlükəsizliklə əlaqədar bütün vətəndaşlarını bu ölkədən çıxmağa çağırıb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.“Ukraynada olan iranlılar canlarını və təhlükəsizliyini qorumaq üçün bu ölkəni tərk etməlidirlər”, - deyə İran Ukraynadakı vətəndaşlarına çağırış edib.
21-10-2022, 15:40
Şənbə günü də yağış, qar yağacaqAzərbaycanda oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13°-dək isti, gündüz 14-16° isti, Bakıda gecə 13°-dək isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-7° isti olacaq.
21-10-2022, 15:37
Azərbaycan daha bir beynəlxalq sənədə qoşulduAzərbaycan daha bir beynəlxalq sənədi təsdiq edib.
Butov.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Qeyd edilib ki, Azərbaycanın bu sənədə qoşulması beynəlxalq yükdaşımalarda imkanlar əldə edəcək. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.