24-01-2023, 22:16
Xarici İşlər Nazirliyində dilimizi bilən adam yoxdur - DeputatXarici İşlər Nazirliyində Azərbaycan dilini bilən bir adam yoxdur. Bilənlər də yaddan çıxarıb. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Nizami Cəfərov deyib. Deputat bəzi sözlərin tərcüməsində səhvlərin olduğunu bildirib: “Qeyri-maddi ifadəsini dəyişdirə bilmirik, hərfi tərcümə edirik. Bizim dilimizi məhv edən konvensiyalarıdır. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir?.Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, amma nazirlikdə Azərbaycan dilini bilən bir adam yoxdur”.
24-01-2023, 22:12
BMT-nin baş katibindən Talibana çağırışBMT-nin baş katibi Antonio Quterreş Əfqanıstanda 2021-ci ilin avqustundan hakimiyyəti ələ keçirmiş Taliban qruplaşmasını qadınların təhsil hüququnu əlindən alan qərarını ləğv etməyə çağırıb. O, twitter səhifəsində bu barədə yazıb. "İndi təhsilə əlçatanlığı əngəlləyən bütün diskriminativ qanun və qərarlara son verməyin vaxtıdır. Talibanı Əfqanıstandakı qız uşaqları və qadınların orta və ali təhsilə çatımlılığına yönələn çirkin və öz-özünü baltalayan qadağanı aradan qaldırmağa çağırıram", - deyə baş katib qeyd edib. Xatırladaq ki, bu gün Beynəlxalq Təhsil Günüdür.
24-01-2023, 22:07
Ermənistan ombudsmana yeni namizəd təyin edibErmənistanda ombudsman vəzifəsinə hakimiyyətin yeni namizədinin kimliyi müzakirə olunur. “Hraparak” qəzeti öz mənbələrinə istinadən əmək nazirinin müavini Tatevik Stepanyanın bu vəzifəyə təyin olunacağını yazıb. Qəzet bildirir ki, 40 yaşlı namizəd 2020-ci ilə qədər geyim mağazalarından birində menecer işləyib. "Həmçinin onun bioqrafiyasında müxtəlif kurslar və ictimai fəaliyyətlər var", - deyə "Hraparak" yazıb. Qeyd edək ki, Ermənistanın sabiq ombudsmanı Kristine Qriqoryan dünən istefa verib.
24-01-2023, 16:13
Zelenskidən müharibənin 11-ci ayının tamamlanmasıyla bağlı paylaşımUkrayna prezidenti Volodimir Zelenski müharibənin başlamasının 11-ci ayının tamam olması ilə əlaqədar paylaşım edib. Onun paylaşımı rəsmi "Telegram" kanalında yerləşdirilib. "Bu gün tam 11 ay tamam olur ki, genişmiqyaslı müharibə gedir. 335-ci gündür. Bütün qüvvələrimizi bir şey naminə birləşdirəcəyik - qələbə. Ukraynanın qələbəsi naminə!", - deyə Zelenski yazıb. Qeyd edək ki, müharibə ötən ilin 24 fevralında başlayıb.
24-01-2023, 15:23
Zelenskidən müharibənin 11-ci ayının tamamlanmasıyla bağlı paylaşımUkrayna prezidenti Volodimir Zelenski müharibənin başlamasının 11-ci ayının tamam olması ilə əlaqədar paylaşım edib. Onun paylaşımı rəsmi "Telegram" kanalında yerləşdirilib. "Bu gün tam 11 ay tamam olur ki, genişmiqyaslı müharibə gedir. 335-ci gündür. Bütün qüvvələrimizi bir şey naminə birləşdirəcəyik - qələbə. Ukraynanın qələbəsi naminə!", - deyə Zelenski yazıb. Qeyd edək ki, müharibə ötən ilin 24 fevralında başlayıb.
24-01-2023, 15:18
Almaniyanın Ukraynaya dəstəyi münasibətlərimizə təsir edəcək - PeskovRusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynaya tank tədarükündən danışıb. O, Almaniyanın belə addım atacağı təqdirdə Moskvanın necə reaksiya verəcəyini açıqlayıb. "Kiyevə "Leopard" tanklarının tədarükü istər-istəməz Rusiya və Almaniya arasında gələcək münasibətlərə təsir göstərəcək", - deyə Peskov Berlinə xəbərdarlıq edib. "Kremldə Kiyevin Minskə hücum etməmək paktı təklif etdiyinə dair heç bir məlumat yoxdur. Zelenski ilə CIA-in Yevgeni Priqojinin həyatına sui-qəsdi müzakirə etdiyi barədə məlumatı xüsusi xidmət orqanlarından soruşmaq lazımdır. Rusiya Federasiyası nadir və dəyərli mütəxəssislərin, o cümlədən İT sənayesinin mütəxəssislərinin geri qayıtması üçün şərait yaratmaqda maraqlıdır", - deyə sözçü əlavə edib.
24-01-2023, 15:07
XİN rəhbəri Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətindən danışdıZəngəzur dəhlizi bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacaq. Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir, həmçinin Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb.
24-01-2023, 15:03
Makron erməni həmsədrləriylə Qarabağdakı vəziyyəti müzakirə etdiFransa prezidenti Emmanuel Makron Yelisey sarayında Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyanı qəbul edib. Məlumatı Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının mətbuat xidməti yayıb. Emmanuel Makron erməni icmasının nümayəndələri ilə Laçın yolunda azərbaycanlı ekofəalların keçirdiyi aksiya nəticəsində Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər. Ara Toranyan və Murad Papazyan Fransa Prezidenti tərəfindən onlara göstərilən diqqətə görə minnətdarlıqlarını və Fransanın Qarabağ ermənilərinin müdafiəsində öz rolunu gücləndirəcəyinə ümid etdiklərini bildiriblər.
24-01-2023, 14:59
Sabaha olan hava şəraiti - Buludlu, yağmursuz olacaqAzərbaycanda yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
24-01-2023, 14:55
Dərmanların qiymət artımını aradan qaldırmaq lazımdır - DeputatQiymətlər günü-gündən artır. Dünən bir dərman alırsan, bu gün görürsən ki, həmin dərmanın qiyməti iki qatına çıxıb. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib. Dərmanların bahalaşmasından şikayətlənən deputat dövlət qurumlarını bunun qarşısını almağa çağırıb: “Bunun qarşısını almaq lazımdır. Mənim təklifim budur ki, bəzi dövlət qurumlarını bura dəvət etməliyik. Onlardan soruşmaq lazımdır ki, fikirləri nədir, nə etmək istəyirlər? Onlar hara baxırlar, Səhiyyə Nazirliyinə dərman qiymətinin artımı ilə bağlı zəng edirsən, deyirlər ki, bu işə Tarif Şurası baxır. İndi biz bununla bağlı kimə müraciət etməliyik?”.