Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
11-02-2023, 23:34
Gələcəkdəki insan “insan” olmağa keçə biləcəkmi?

Gələcəkdəki insan “insan” olmağa keçə biləcəkmi?

Posthümanizm və transhümanizm anlayışları eynidir? Bu iki ifadənin tez-tez bir-birinin əvəzinə işləndiyinə şahid oluram. Xırda nüans bu anlayışları bir-birindən fərqləndirir. Bu fərqlər nədir?
Posthümanizm “post”, yəni “sonra” mənasını verir. Bu post şəkilçisi postmodernizmi və postimpressionizmi ifadələrini xatırladır. Həm sonrası, həm də eyni zamanda mövcud olan böyük hekayənin sonuna gəlmişik. Gələcəyin sübhündəyik. Bu konsepsiyadan onun keçmişi də olduğunu deyə bilərik. Yəni keçmişdəki hadisə bəlli olmayan bir zamanda başlayıb, indi də davam edir və necə təkamül edəcəyini bilmirik. Bu zaman “post” şəkilçisi təsvir olunanda biz keçmişdən danışırıq. Transhümanizm “trans”, yəni “keçid”, “bir sərhədi keçmə” deməkdir. Bu səbəbdən transhümanizm daha məhdud anlayışı özündə əhatə edir. Posthümanizm transhümanizm anlayışını özünə birləşdirir. İnsanın “insan” olmağa keçməsi nə deməkdir? Bu suala transhümanizmdə cavab vermək mümkündür.
“İnsan” və “insanoğlu” ifadələrini sanki təbii və bədii bir fikir kimi görürük, amma arxeologiya bunu sübut edir ki, “insan” ifadəsi əsrin başlarında aktuallaşmışdır. Michel Faucaultun “Sözlər və əşyalar” kitabında insanın silinib gedəcəyi deyilmişdir. Həqiqətə baxdıqda kimdir bu insan? Bu “insan” anlayışı özünə nəyi daxil edəndə, nəyi özündən xaric edir? İnsan təkcə bioloji hadisə deyil, hətta bunun siyasi tərəfi də var. “Ağıllı primat”, yaxud “Homosapiens” bu ifadələr insan anlayışını tamamilə əhatə edirmi? Qulların cinsiyyətlər arası, irqlərarası, siniflər arası bərabərsizliyin hökm sürdüyü minlərlə il müddətindən danışırıqsa “insan”, “ağıllı primat”, yaxud “homosapiens” adlanması nə dərəcədə düzgündür?
Avropada və Amerikada irqi ayrıseçkiliyi diqqətə alsaq “insan” iki ayağı üstündə duran, məməli, ağıllı canlıdır. Yaxın keçmişdə 18-ci əsrdə “insan” anlayışı ağ dərili, qərbli, kişi adlanır. Bu “insan” təbiətə hökm etmək gücünə malikdir. Təbitə hökm etmək antroposantizm adlanır. Bu məsələnin mərkəzində posthümanizm və transhümanizm dayanır.
Posthümanizm tərkibində ən əsas iki ayaq olduğu düşündüyüm məsələ feminizm və ekologiya, daha doğrusu, antroposen məsələsi dayanır. Feminizm dedikdə bunu mütləq vurğulamalıyam. Feminizm təkcə qadın və kişinin sosial arenada bərabərsizliyindən, daha doğrusu, bütün ikili təzadlara əsaslanan ayrıseçkiliyə aid tənqid, reaksiya halına gəldi. Əvvəl təkcə qadın-kişi arasındakı sosial bərabərsizliyə dayanan problemlərin sonrasında bioloji cinsiyyətin, insan-heyvan, insan-robot arasındakı münasibətlər də münaqişələrə səbəb oldu. Feminizmin posthümanizm görüşünə töhfələri olmuşdur. İkilik məsələsinə baxsaq, bu məsələnin qərb fəlsəfəsinə kök saldığını əminlikdə deyə bilərik.
Yaxşı-pis, gözəl-çirkin, təbiət-mədəniyyət, ağıl-bədən, qadın-kişi, insan-heyvan, insan-robot kimi bir çox ikiliklər mövcuddur. Mütləq biri seçilməlidir. Posthümanizm bioloji, feminizm, sosializm, postmodernizm anlayışlarını özündə birləşdirir. Ursula Le Guinin “Qaranlığın sol əli” kitabında ilin müəyyən vaxtlarında cinsiyyət dəyişdirə bilən yadplanetli cəmiyyətdə hadisələr cərəyan edir. Bu şəraitdə həm qadın, həm də kişi olmaq hüququ mövcud idi. Amma hamının hər şey ola bilməsi özlüyündə heç bir şey olmamağını ifadə edirdi.
Donna Harawayin “A cyborg manifesto” kitabında insanın cyborga çevrilməsi göstərilir. Bu cyborg simvolu qadınlaşıbdır. Burada bioloji cəhətdən məsələyə baxılmır. Bir qadın dedikdə, Harawayın baxışından desək “Qadın əmək haqqı iqtisadıyyatı içində özünü müdafiəsiz vəziyyətdə görən işçilər də əslində qadınlaşıbdır. Yəni, qadın olaraq cyborgdur. Burada cyborg həm metafordur, həm də deyildir. Reallığın və xəyalın qarışığı kimidir. Hamının cyborga çevriləcək ifadəsi yanlış olmaz. Sübut: 1. Texnologiya ilə qurmuş olduğumuz münasibətlərdən həqiqətən insan və robotun fərqini müşahidə edirik.
Bəsit nümunə: Telefon dediyimiz cihaz bizim bir üzvümüz halına gəlib. Marksistin fəlsəfi “Kapitalizmi sonlandıracaq şeyin öz iç ziddiyyətləri olacaq”.
2. Posthümanizm anlayışının əsas dayağı antroposendir. İndiki yaşadığımız dövr 11.700 il əvvəl başlanan "Holocene" adlanır. Yeni mərhələnin adı “Antroposen” adlanır. Yunanca “antropos”, yəni “insan” deməkdir. Burada insanın mənfi yaxud müsbət formada yaşadığımız dövrü dəyişdirəcəyini ifadə edir. Keçmişdə insanlar həyatda qalmaq üçün qurub-quraşdırmışlar. Fəqət bu texniki əmək bu gün bir tərəfdən öz özünün məhvinə gətirib çıxarır. İnsanın mövcud olaraq özünü məhv etməsi təbii bir finaldır. Bəs bütün bu ikili qarışıqlıqları keçərək mərkəzləşən və hibridləşən növlər arasında yeni anlayış yaranacaqmı?
Ədəbiyyat: Donna Haraway “A Cyborg Manifesto”; Michel Faucault “Sözlər və Əşyalar”; Ursula Le Guin “Qaranlığın Sol Əli”
Samirə Kərimli,
BDU Jurnalistika fakültəsinin tələbəsi


11-02-2023, 22:01
Zəlzələ qurbanlarının sayı 22 mini keçdi


Zəlzələ qurbanlarının sayı 22 mini keçdi

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. O qeyd edib ki, təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.
11-02-2023, 21:57
35 ildən sonra Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açıldı


35 ildən sonra Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açıldı

Ermənistan Türkiyənin cənubunda baş verən dağıdıcı zəlzələyə görə bu ölkəyə humanitar yardım göndərib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, humanitar yardımın göndərilməsi üçün 35 ildən sonra ilk dəfə olaraq Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açılıb. Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç twitter hesabında iki ölkəni ayıran Araz çayının Türkiyə tərəfindəki Alican keçid məntəqəsindən keçən yük maşınlarının fotolarını paylaşıb. "Mən Türkiyənin zəlzələ bölgəsində xalqımızın əzablarını yüngülləşdirmək üçün Ermənistan xalqının göndərdiyi səxavətli yardımı həmişə xatırlayacağam", - deyə Kılıç bildirib və Ermənistan rəsmilərinə təşəkkür edib. Agentlik bildirir ki, bu keçid məntəqəsindən sonuncu dəfə 1988-ci ildə istifadə edilib. Həmin il Spitakda baş verən zəlzələyə görə Türk Qızıl Aypara Cəmiyyəti Ermənistana yardım göndərib. Qeyd edək ki, sərhəd keçid məntəqəsi Ermənistanın Qarabağı işğal etməsinə etiraz olaraq 1993-cü ildə Türkiyə tərəfindən bağlanıb. Keçid məntəqəsinin açılması Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüşlərdə müzakirə mövzusu olub.
11-02-2023, 21:32
Zelenski Avropa İttifaqına üzv olacağına ümidlidir


Zelenski Avropa İttifaqına üzv olacağına ümidlidir

Ukrayna prezidenti Volodimir Zelenski bəzi Avropa liderlərinin bədbin proqnozlarına baxmayaraq, ölkəsinin iki ildən sonra Avropa İttifaqına (Aİ) üzv olacağına ümid edir. Bu barədə o, "JP Morgan" tərəfindən təşkil edilən investisiya forumunda çıxışı zamanı bildirib. Prezidentin sözlərinə görə, son bir ildə Ukraynada çox şey dəyişib, xüsusən, korrupsiyaya qarşı mübarizədə ciddi yol qət edilib. “Bu gün dünya liderləri arasında bəzi pessimistlər var, Ukraynanın Avropa İttifaqına üzv olması üçün daha on il vaxt lazım olduğunu deyirlər. Amma bizi tanımırlar, hətta bəzən ruhumuzdan, enerjimizdən qorxurlar. Ona görə də mən hesab edirəm ki, biz iki ildən sonra Avropa İttifaqında olmalıyıq”, - deyə Zelenski qeyd edib.

11-02-2023, 21:25
Zelenski Türkiyə səfirliyinə baş çəkdi


Zelenski Türkiyə səfirliyinə baş çəkdi

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Kiyevdəki səfirliyinə baş çəkib. Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb. O, səfirliyin önünə gül dəstələri qoyub və matəm kitabına ürək sözlərini yazıb. “Türk xalqının dərdini paylaşır, bu çətin gündə yardım edirik. Ölənlərin ruhu şad olsun. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, - deyə Zelenski bildirib.
11-02-2023, 21:20
Zəlzələ nəticəsində dağılan binalarla bağlı 29 nəfər həbs olunub


Zəlzələ nəticəsində dağılan binalarla bağlı 29 nəfər həbs olunub

Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağılan binalarla bağlı Diyarbakırda 29 nəfər həbs olunub. Bu barədə Türkiyə Baş Prokurorluğundan bildirilib. Məlumata görə, saxlanılan şəxslərlə bağlı araşdırmalar aparılır. Qeyd edək ki, bundan öncə dağılan binalardakı nöqsanlara görə bir neçə nəfərin saxlanılması barədə məlumatlar yayılmışdı.
11-02-2023, 21:09
Tapılmayan vətəndaşlarımız var - Ceyhun Bayramov


Tapılmayan vətəndaşlarımız var - Ceyhun Bayramov

Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib. XİN başçısı bildirib ki, indiyədək 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib. Bundan əlavə, nazir Azərbaycanın 5 vətəndaşının zəlzələ nəticəsində həlak olduğunu vurğulayıb. Onun sözlərinə görə, ailəsinin istəyi ilə vəfat edən şəxslərdən birinin Türkiyədə dəfn olunmasına qərar verilib. Digər 4 nəfərin nəşinin Azərbaycana aparılması ilə bağlı işlər görülür.
11-02-2023, 17:36
Zəlzələ qurbanlarının sayı 21 mini keçdi


Zəlzələ qurbanlarının sayı 21 mini keçdi

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakırda bildirib. Təbii fəlakət nəticəsində 80 097 nəfər yaralanıb.
11-02-2023, 17:32
Ərdoğan zəlzələnin baş verdiyi növbəti bölgəyə üz tutub


Ərdoğan zəlzələnin baş verdiyi növbəti bölgəyə üz tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən zəlzələ bölgəsinə gedib. Ölkə lideri Esenboğa hava limanından Diyarbakıra yola düşüb. Ərdoğanın oradan Şanlıurfaya gedəcəyi gözlənilir. Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 8-də Kahramanmaraş və Hatayda olub. Növbəti gün Qaziantep, Kilis və Osmaniye vilayətlərinə səfər edib. Ərdoğan daha sonra Adıyaman və Malatyaya gedərək zəlzələ bölgəsinə baş çəkib.
11-02-2023, 17:29
Ceyhun Bayramov türkiyəli həmkarıyla səhra hospitalına baş çəkib


Ceyhun Bayramov türkiyəli həmkarıyla səhra hospitalına baş çəkib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kahramanmaraş şəhərində yerləşən mobil səhra hospitalına baş çəkib. XİN başçıları hospitalda yaradılmış şəraitlə tanış olublar. Mobil səhra hospitalında xəstələrə göstərilən yardımla bağlı nazirlərə məlumat verilib. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin güclü zəlzələ baş vermiş Kahramanmaraş şəhərində səfərdədir.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!