Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
27-02-2023, 14:33
Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən danışdı


Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesindən danışıb. Çavuşoğlu bu barədə macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi birgə mətbuat konfransında söz açıb. O, danışıqların bərpa ediləcəyi tarixi açıqlayıb və bildirib ki, 9 mart tarixində NATO mənzil-qərargahında dialoqa yenidən start veriləcək. Bununla belə, XİN başçısı əlavə edib ki, əgər İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, NATO-ya üzv ola bilməyəcək. Macarıstanın xarici işlər naziri isə ölkə prezidenti Katalin Novakın Türkiyəyə səfər edəcəyini elan edib. O, Ukraynadakı müharibədən də danışıb və rəsmi Budapeştin atəşkəs tərəfdarı olduğunu vurğulayıb.
27-02-2023, 14:24
ABŞ-dan Ukraynaya 75.5 milyard dollarlıq dəstək


ABŞ-dan Ukraynaya 75.5 milyard dollarlıq dəstək

2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər ABŞ Ukraynaya yardım üçün 75.5 milyard dollar ayırıb. Bu barədə "The Hill" nəşri yazıb. Məlumata görə, hərbi yardıma 29.3 milyard dollar xərclənib. Vaşinqton daha 45 milyard dolları Ukraynanın ümumi təhlükəsizliyini təmin etmək, iqtisadiyyatını, enerji təhlükəsizliyini və Rusiyanın hücumları nəticəsində yaranan humanitar böhranın öhdəsindən gəlmək imkanlarını bərpa etmək üçün göndərib. Belə ki, 1.9 milyard dollar humanitar yardıma yönəldilib. Nəşr həmçinin Ukraynaya tədarük edilən xüsusi silahlara çəkilən xərcləri də hesablayıb. Hər bir HIMARS-ın qiyməti 4 milyon dollar, bir raket isə 100 min dollardır. Ümumilikdə ABŞ Kiyevə 20 belə sistem göndərib. Bundan əlavə, Ukrayna hər biri 10 milyon dollara başa gələn 31 "Abrams" tankı alacaq. Vaşinqton Kiyevə 8.5 mindən çox “Javelin” tank əleyhinə sistemləri, 1.6 mindən çox “Stinger” zenit sistemi, 13 min qumbaraatan, "Patriot" hava hücumundan müdafiə batareyası, 20 MI-17 helikopteri, 700 "Switchblade" dronu və 1.8 min "Phoenix Ghost" PUA-sı, 109 "Bradley" piyadaların döyüş maşını da tədarük edəcək. Qeyd edək ki, fevralın 20-də ABŞ prezidenti Co Baydenin Kiyevə səfərinin ardınca Vaşinqton Ukrayna üçün 460 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
27-02-2023, 14:21
İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib


İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında təmasların müntəzəm xarakter daşımasından məmnunluğunu bildirərək, iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin bu istiqamətdə atılmış önəmli addım olduğunu qeyd etdi və Rumıniya Parlamentinin Deputatlar Palatasının sədrinin ölkəmizə geniş heyətlə səfər etməsini də əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. İkitərəfli gündəliyin genişləndiyini qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini dedi. Dövlətimizin başçısı bunun yaxşı nümunəsi kimi enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğuladı və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan Prezidenti ölkələrimiz arasında münasibətlərin digər istiqamətlərdə də inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi, İon-Marçel Çolakonun ölkəmizə səfərinin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Rəhbərlik etdiyi nümayəndə heyətinə öz həmkarları ilə bərabər, hökumət nümayəndələrinin də daxil olduğunu bildirən Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri Azərbaycanda keçirəcəyi görüşlər zamanı əlaqələrin genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmlənməsi məsələsinin də müzakirə ediləcəyini bildirdi. İon-Marçel Çolako Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafında xüsusi önəmini qeyd edərək strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Qonaq dedi ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rola malikdir və Avropa İttifaqının strateji tərəfdaşıdır. Görüşdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış dördtərəfli Anlaşma Memorandumunun və bu çərçivədə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin əhəmiyyəti vurğulandı. Həmçinin Rumıniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi.
27-02-2023, 14:12
Ukrayna İrana məxsus 11 PUA-nı məhv edib


Ukrayna İrana məxsus 11 PUA-nı məhv edib

Bu gecə Ukraynaya atılan 14 “Şahed”dən 11-i səmada məhv edilib. Bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb. "Fevralın 26-dan 27-nə keçən gecə düşmən şimaldan İran istehsalı olan “Şahed” tipli zərbə dronları ilə Ukraynaya hücum edib. Ümumilikdə 14-ə qədər kamikadze PUA buraxılıb, onlardan 11-i hava hücumundan müdafiə vasitələri ilə məhv edilib", - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
27-02-2023, 13:36
Çavuşoğlu zəlzələdə fəaliyyət göstərən könüllülərimizlə görüşüb


Çavuşoğlu zəlzələdə fəaliyyət göstərən könüllülərimizlə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün salınmış çadır şəhərciyində könüllü kimi çalışan Azərbaycan gənclərinin bir qrupu ilə görüşüb. Nazir Mövlud Çavuşoğlu öz sosial şəbəkə hesabında Azərbaycan könüllüləri ilə arasında baş tutan görüşü əks etdirən paylaşım da edib. Sözügedən paylaşımda Türkiyə XİN başçısı Azərbaycanda hər kəsin Türkiyəyə yardım etmək istəməsi haqqında məlumatlı oluduğunu qeyd edib, buna görə də minnətdar olduğunu könüllülərin diqqətinə çatdırıb. Mövlud Çavuşoğlu ziyarətinin sonunda Azərbaycan könüllülərinin bir qrupu ilə xatirə şəkli çəkdirib. Məlumat üçün bildirək ki, artıq 2 həftədən çoxdur fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrdəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zəlzələ bölgələrindəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən onlarla məhəlləyə zəruri yardımları çatdırır və digər dəstək verici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər. Eyni zamanda, Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərirlər. Bununla yanaşı, tibb təhsilli könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldir, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət edirlər.

27-02-2023, 13:27
Blinken Mərkəzi Asiyaya yollanıb


Blinken Mərkəzi Asiyaya yollanıb

ABŞ dövlət katibi Entoni Blinken Mərkəzi Asiya ölkələrinə yola düşüb. Bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb. Dövlət katibi Qazaxıstan və Özbəkistana səfər edəcək, ardınca G20 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Hindistanda olacaq. "Bu mənim, dövlət katibi kimi, Qazaxıstan və Özbəkistana ilk səfərim olacaq. Bizim Mərkəzi Asiyadakı tərəfdaşlıq münasibətlərinin gələcək inkişafını səbirsizliklə gözləyirəm", - Blinken yazıb.
26-02-2023, 23:49
Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib


Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə Zelenski axşam videomüraciəti zamanı bildirib. Yeni sanksiyalar xüsusilə idman sahəsinin nümayəndələrini əhatə edib. Zelenskinin sözlərinə görə, bu gün o, Rusiya nümayəndələrinə qarşı yeni sanksiyalarla bağlı üç fərman imzalayıb.

26-02-2023, 23:47
İtaliyada miqrantları daşıyan qayıq batıb - 59 nəfər həlak olub


İtaliyada miqrantları daşıyan qayıq batıb - 59 nəfər həlak olub

İtaliyanın Kalabriya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində həlak olanların sayı 59 nəfərə çatıb. Qayıqdakı miqrantların İran, Pakistan və Əfqanıstan vətəndaşları olduğu bildirilib. Sudan 12-si uşaq və 33-ü qadın olmaqla, ümumilikdə 59 nəfərin cəsəd çıxarılıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
26-02-2023, 23:44
Alatava 1 qəsəbəsində söküntü işlərinə start verilir


Alatava 1 qəsəbəsində söküntü işlərinə start verilir

Alatava 1 qəsəbəsində (Alatava 1 – Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib. Bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib. İcra başçısının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb, yaxın vaxtlarda ərazidə söküntü işləri başlayacaq: “Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədləşdirmə işləri ilə məşğuldur. İşlər tamamladıqdan sonra sakinlərlə razılaşdırma işlərinə başlanılacaq”. Elşad Həsənov söküləcək ərazidə yaxın gələcəkdə yeni binaların inşa olunacağını qeyd edib.
26-02-2023, 23:34
İranda etiraz aksiyası keçirilib


İranda etiraz aksiyası keçirilib

Bu gün səhər saatlarında İranın Əhvaz şəhərində etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları polis qərargahına hücum edib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Hadisə nəticəsində polislər arasında ölənlərin olduğu bildirilir. İnsidentin detalları açıqlanmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!