İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
25-02-2023, 23:43
CHP ilham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndirib

CHP ilham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndirib

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndiririk. Bunu açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) CHP-dən seçilən millət vəkili Atilla Sertel deyib. O bildirib ki, Azərbaycanın dövlət başçısının zəlzələdən sonra Türkiyəyə səfər etməsi qardaşlıq dəstəyindən irəli gəlir. "Biz qardaş ölkələrik. Millətimiz birdir. Əlbəttə, indiki durumda Prezident İlham Əliyevin Türkiyəyə gəlməsi bizi məmnun edir. Azərbaycanın Türkiyəyə etdiyi yardımlar qardaş yardımıdır. Bütün dünya yardıma qaçdı, ancaq Azərbaycanın yeri bizim üçün ayrıdır", - deyə Atilla Sertel vurğulayıb. Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edib. Dövlət başçısı səfər zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.
25-02-2023, 23:40
Türkiyə seçkilərlə bağlı məsələyə münasibət bildirib

Türkiyə seçkilərlə bağlı məsələyə münasibət bildirib

Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin təxirə salınması məsələsinə aydınlıq gətirilib. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun açıqlama verib. O bildirib ki, seçkilərin təxirə salınması hakimiyyətin gündəmində deyil. "Hazırda əsas məsələ zəlzələnin fəsadlarının aradan qaldırılmasıdır", - deyə Fəxrəddin Altun vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlamışdı. Lakin ölkədə baş verən dağıdıcı zəlzələdən sonra seçkilərin təxirə salınması gündəmə gətirilib. Bəzi siyasətçilər seçkilərin gələn ilə qədər ertələnməsini təklif etsə də, bu, müxalifət tərəfindən etirazla qarşılanıb. Müxalif düşərgə parlament və prezident seçkilərinin əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 18-də keçirilməsini istəyir.
25-02-2023, 23:31
Erməni sakinlərə yardım etməyə hazırıq - XİN başçısı

Erməni sakinlərə yardım etməyə hazırıq - XİN başçısı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub. Görüşdə nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra, Laçın yolundan BQXK daxil olmaqla avtomobillərin, yüklərin və vətəndaşların sərbəst hərəkəti istiqamətində səylərdən məmnunluq ifadə olunub. Etirazlara səbəb olan vəziyyətin aradan qaldırılmasının vacib olduğu bildirilib. Nazir, həmçinin son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitələrinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsasının olmadığını qeyd edib. Eyni zamanda, hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə yardım göstərməyə hazır olduğunu bildirdiyi xatırlanıb. Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
25-02-2023, 16:01

25-02-2023, 15:55
Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qəbul edib

Aİ Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qəbul edib

Fevralın 25-də Avropa İttifaqı Rusiyaya qarşı 121 fiziki və hüquqi şəxsin daxil olduğu 10-cu sanksiyalar paketini qəbul edib. Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel twitter hesabında yazıb. "Siyahılarımızın bir hissəsi olaraq, ən azı 6 min ukraynalı uşağın deportasiyasına və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanları hədəfləyirik",- Borel bildirib. Bundan başqa Rusiya məhsullarının idxalı və ixracına da ciddi məhdudiyyətlər qoyulub.
25-02-2023, 15:51
Türkiyədə güclü zəlzələ baş verib

Türkiyədə güclü zəlzələ baş verib

Türkiyənin Niğde bölgəsində 5.3 bal gücündə zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb.
25-02-2023, 15:48
Qarabağla bağlı gizli sənəd erməniləri təşvişə saldı

Qarabağla bağlı gizli sənəd erməniləri təşvişə saldı

Münhen görüşündə Azərbaycan və Ermənistan arasında razılıq əldə olunduğu bildirilir. Ermənistan mətbuatı Bakı ilə İrəvan arasında razılaşdırıldığı iddia edilən gizli sənəd yayıb. Erməni jurnalist Armen Aşotyan sosial şəbəkə hesabında sənədin mətninin əks olunduğu görüntüləri paylaşıb. Mətndə iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıyacağı qeyd olunub. Həmçinin sənəddə Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğu və oradakı işlərin Azərbaycan konstitusiyasına uyğun olaraq həyata keçiriləcəyi vurğulanıb. Sosial şəbəkələrdə paylaşılan sənəd Ermənistanda ciddi müzakirələrə yol açıb. Erməni mətbuatı və müxalifət nümayəndələri sözügedən sənədi İrəvan hakimiyyətinin Azərbaycan qarşısında məğlubiyyəti kimi qiymətləndiriblər.

25-02-2023, 15:45
Hazırda Ukraynanın F-16 qırıcılarına ehtiyacı yoxdur - Bayden

Hazırda Ukraynanın F-16 qırıcılarına ehtiyacı yoxdur - Bayden

Hazırda Ukraynaya F-16 qırıcıları lazım deyil və bu səbəbdən yaxın zamanlarda onlar Kiyevə verilməyəcək. Bunu ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda Ukraynaya tanklar, artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri, o cümlədən HIMARS yaylım atəş sistemləri lazımdır. “Biz yazda, yayda və payızın əvvəlində uğur qazanması üçün Kiyevi lazım olan hər şeylə təmin edirik”, - deyə Co Bayden söyləyib.
25-02-2023, 15:42
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıblar.

25-02-2023, 15:38
Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur - Stoltenberq

Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur - Stoltenberq

Ukrayna münaqişəsi danışıqlar masası arxasında başa çatacaq. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Onun fikrincə, Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur. “Müharibə çox güman ki, danışıqlar masası arxasında bitəcək. Lakin bu, döyüş meydanındakı vəziyyətdən asılıdır”, - deyə baş katib vurğulayıb. Stoltenberq Ukrayna müharibəsində Rusiyanın qələbəsinin faciə olacağını və NATO üçün ciddi təhlükə yaradacağını düşünür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!