Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
24-02-2023, 23:42
Balaca Damla mərhəmətə möhtacdır

Damla ailənin ilk övladıdır. 5 yaşı var. Başında aşkarlanan şiş səbəbiylə təcili əməliyyat olunmalıdır. Atası Araz Heybətov qızını bir çox həkimlərin müayinə etdiyini bildirərək, son nəticədə həkimlərin bu əməliyyatın Türkiyədə mümkün olduğunu bildirdi. Əməliyyatın məbləği 22 000 manat civarındadır. Lakin ailənin maddi vəziyyəti çox aşağıdır (valideynləri, daha iki körpə övladı və ailənin yükü tək bir atanın çiyinlərindədir. Stabil işi və məvacibi olmayan ata isə 3 körpənin və ailənin ehtiyaclarını ödəmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır). Damlanın əməliyyatı üçün lazım olan məbləğin toplanması məqsədilə onun adına hesab açılıb.
Hər birimiz bu qızcığazın yaşama ümidinə gücümüz çatdığı qədər dəstək olaq - hər 1 manat bir həyat deməkdir... Damlanın atası Araz Heybətovun əlaqə nömrəsi: (055) 292 75 13
24-02-2023, 21:05
Ərdoğan Putinlə bir sıra məsələləri müzakirə edib


Ərdoğan Putinlə bir sıra məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə məlumatı Türkiyə tərəfi yayıb. Telefon danışığı Ukraynada müharibənin başlanmasının birinci ildönümü ilə əlaqəli olub. Ərdoğan Rusiya-Ukrayna müharibəsində daha çox insan itkisi və təxribat yaşanmadan ədalətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıb. Türkiyə lideri İstanbulda əldə olunan razılaşmanın yenidən canlandırılmasını istədiklərini və bu prosesə hər cür töhfə verməyə hazır olduqlarını qeyd edib. Bundan əvvəl Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparıb.
24-02-2023, 20:57
Ceyhun Bayramov türkiyəli həmkarıyla telefonda danışıb


Ceyhun Bayramov türkiyəli həmkarıyla telefonda danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə Türkiyə XİN-dən bildirilib. Qeyd olunub ki, danışıqlar zamanı qarşıdakı dövrdə keçirilməsi gözlənilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə edilib.
24-02-2023, 20:53
Azərbaycanla Özbəkistan arasında 11 sənəd imzalandı


Azərbaycanla Özbəkistan arasında 11 sənəd imzalandı

Bu gün Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında 11 sənəd imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. İmzalanan sənədlər arasında Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər mövcuddur. Həmçinin, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, forum çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu, “AzerGold” QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumuna da imza atılıb. Bildirilib ki, "Mega Invest Industrial" MMC şirkəti ilə "NABUCCO A&C" şirkəti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum, “Cahan Sənaye Kompleksi” MMC ilə "Azimut Plus" MMC arasında əməkdaşlıq üzrə Saziş də imzalanıb. Qeyd edək ki, bu gün Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
24-02-2023, 20:49
Ukraynadan torpaqlarımızı geri alacağıq - Medvedev


Ukraynadan torpaqlarımızı geri alacağıq - Medvedev

"Biz Ukraynadan torpaqlarımızı geri alacağıq". Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev söyləyib. "Xüsusi hərbi əməliyyatın başlanmasından bir il keçir. Artıq bir ildir ki, əsgərlərimiz torpaqlarımızda asayişi, əmin-amanlığı, ədaləti bərpa edib, xalqımızı qoruyub, nasizmin kökünü təmizləyib. Onlar bizim qəhrəmanlarımızdır. Bütün ölkə cəbhəyə lazım olan hər şeyi təmin etməklə onlara kömək edir. Qələbə əldə olunacaq. Biz bunun tez bir zamanda olmasını istəyirik. O gün gələcək. Torpaqlarımızı geri alacağıq. Soyqırımı və bombardman illərində əziyyət çəkən xalqımızı etibarlı şəkildə qoruyacağıq", - Medvedev Ukrayna ilə bağlı iddialar səsləndirib. Müharibədə qalib gələcəklərini və Kiyevi danışıqlar masasına oturtacaqlarını vurğulayan Medvedev Rusiyanın əzəli düşmənini mümkün qədər zəiflətmək istədiyini vurğulayıb:"Bundan sonra danışıqlar gələcək. Əminəm ki, danışıqlar çətin və gərgin keçəcək. Danışıqların rəsmi tərəfi düşmənimiz, amma lider fərqlidir. Sağ olsa belə qərarları nə Zelenski, nə də onun nümayəndələri verəcək. Qərarı Kiyevə silah tədarük edən, okeanın o tərəfindən Ukrayna iqtisadiyyatını ayaqda tutmaq üçün pul yardımı edənlər verəcək".
24-02-2023, 20:46
Kiyevdə müharibənin birinci ildönümü qeyd edilib


Kiyevdə müharibənin birinci ildönümü qeyd edilib

Ukraynanın paytaxtı Kiyevdə müharibənin birinci ildönümü qeyd olunub. Bu münasibətlə keçirilən təntənəli mərasimdə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib. Zelenski hər kəsi Ukraynanın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları yad etmək üçün bir dəqiqəlik sükuta çağırıb. Bir dəqiqəlik sükutdan sonra Ukrayna lideri əsgərlərə və həlak olanların ailələrinə mükafatlar təqdim edib. Daha sonra Zelenski hərbçilərə müraciət edib:“Hamımızın, o cümlədən Ukraynanın mövcud olub-olmaması sizin ixtiyarınızdadır. Şiddətli bir il keçirən və Ukraynanın sarsılmaz olmasını təmin edən hər kəsə təşəkkür edirəm”. Ukrayna kanalları mərasimi canlı yayımlayıb.
24-02-2023, 20:42
Şuşa Özbəkistanın Xivə şəhəriylə qardaşlaşıb


Şuşa Özbəkistanın Xivə şəhəriylə qardaşlaşıb

Şuşa şəhəri Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşıb. Bu barədə "Sputnik Özbəkistan" nəşri məlumat yayıb. Daşkənd şəhərində Özbəkistan-Azərbaycan birinci regionlararası forumu çərçivəsində iki ölkənin digər şəhərləri də qardaşlaşıb. Belə ki, Lənkəran – Buxara, Şəki – Kokand, Gəncə - Səmərqənd şəhərlərinin qardaşlaşması barədə sənəd imzalanıb.
24-02-2023, 20:38
İrəvan nəzarət-buraxılış məntəqələriylə bağlı təklifi məqbul saymır


İrəvan nəzarət-buraxılış məntəqələriylə bağlı təklifi məqbul saymır

"Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan danışıqlardan yayınır və heç bir izah vermədən təklifdən imtina edir. "Son iki ildə Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib. Yoldan qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Təbii ki, bu da Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. Eyni zamanda dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi", - deyə XİN başçısı vurğulayıb.
24-02-2023, 20:33
Cinayət törədənlər hələ də məsuliyyətə cəlb olunmayıblar - Nazir


Cinayət törədənlər hələ də məsuliyyətə cəlb olunmayıblar - Nazir

Ermənistan bəşəriyyətə qarşı cinayətlərinə İkinci Qarabağ müharibəsi dövründə də davam edib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib. “Döyüş meydanından uzaqda olan Gəncə, Bərdə və Tərtərdə mülki əhaliyə və infrastruktura hücum edərək Ermənistan 2020-ci ildə də 1992-ci ildə törətdiyi eyni müharibə cinayətlərinə baş vurdu. Amma bu zaman o, daha çox mülki itkilərə səbəb olmaq üçün kasetli bombalar, raket sistemləri də daxil olmaqla daha ölümcül silahlardan istifadə etdi. Ermənistanın və onun həm keçmiş, həm də hazırkı rəhbərliyinin bu cinayətlərə görə məsuliyyət daşıması bir sıra beynəlxalq müstəqil mənbələr tərəfindən tanınıb və sənədləşdirilib. Təəssüf ki, Xocalıda və Azərbaycanın işğal edilmiş digər ərazilərində cinayətlər törədənlər hələ də məsuliyyətə cəlb edilməyiblər”, - deyə XİN başçısı vurğulayıb.
24-02-2023, 20:28
Podolyak Çinin sülh təklifinə münasibət bildirdi


Podolyak Çinin sülh təklifinə münasibət bildirdi

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Çinin sülh təklifinə münasibət bildirib. O, twitter səhifəsində bu barədə yazıb. "Yalnız atəşkəs və yeni delimitasiya xətti ilə nəticələnən, Ukrayna ərazilərinin işğalının davam etdirilməsinə səbəb olan istənilən “sülh planı” sülh haqqında deyil, müharibənin dondurulması, Ukraynanın məğlubiyyəti, Rusiyanın soyqırımının növbəti mərhələləri haqqındadır. Ukraynanın mövqeyi məlumdur: Rusiya qoşunları 1991-ci il sərhədlərinə çıxarılmalıdır", - deyə o vurğulayıb. Qeyd edək ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!