Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
25-02-2023, 15:35
“Qarabağ” UEFA-da dəyişməz mövqeyini qoruyub saxlayıb


“Qarabağ” UEFA-da dəyişməz mövqeyini qoruyub saxlayıb

Avrokubokların növbəti oyun həftəsi başa çatıb. Çempionlar Liqasında 1/8 finalın ilk oyunları, Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub. Matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb. Azərbaycan çempionu “Qarabağ” Belçikada “Gent”ə uduzaraq (0:1, pen. 3:5) mübarizəni dayandırıb. Bu səbəbdən Qurban Qurbanovun komandası xal hesabını artıra bilməyib. Aktivində 25,000 xal olan Ağdam klubunun mövqeyi də dəyişməz qalıb. “Qarabağ” Avropada 66-cı yerə şərikdir. Ağdamlılar bu mövqeni PAOK və “Krasnodar”la bölüşür. Qeyd edək ki, cədvələ hərəyə 132,000 xal yığan “Bavariya” və “Mançester Siti” başçılıq edir.
25-02-2023, 15:31
Krım yarımadasında Ukrayna bayrağı ucaldıldı


Krım yarımadasında Ukrayna bayrağı ucaldıldı

Krım yarımadasının Sevastapol şəhərində Ukrayna bayrağı ucaldılıb. Ukrayna bayrağı Naximov meydanında yerləşən binalardan birinin üzərində asılıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.
25-02-2023, 15:24
Gürcüstan Türkiyəylə həmrəydir - Qaribaşvili


Gürcüstan Türkiyəylə həmrəydir - Qaribaşvili

Gürcüstan Türkiyənin yanındadır. Türkiyə xalqı Rəcəb Tayyib Ərdoğan kimi müdrik və güclü liderlə tarixin bu sınağından da qalib çıxacaq. Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin Hatay vilayətinin Antakya şəhərində zəlzələnin nəticələri ilə tanış olarkən deyib. O, Türkiyədə baş verən zəlzələni dəhşətli faciə adlandırıb. “Dəstək mesajımı və başsağlığımı ötən gün Prezident Rəcəb Tayyib Ərdoğana çatdırdım. Mən ona həmrəy olduğumuzu bildirdim. Bu, Türkiyənin və qardaş xalqın başına gələn dəhşətli faciədir. Zəlzələ nəticəsində 40 mindən çox insan ölüb, 100 mindən çoxu yaralanıb. Minlərlə insan evsiz qalıb. Prezident Rəcəb Tayyib Ərdoğanla görüşümüzdə o mənə bildirdi ki, artıq müvafiq qərargah yaradılıb, plan hazırlanıb, bir ildə 270 minə yaxın mənzil tikiləcək”, - deyə baş nazir vurğulayıb.
25-02-2023, 15:19
Makron və Şolts Ukraynanı sülh aparmağa çağırıb


Makron və Şolts Ukraynanı sülh aparmağa çağırıb

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh aparmağı nəzərdən keçirməyə başlamağa çağırıb. Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb. Qəzet yazır ki, sülh çağırışı üç liderin bu ay Parisdə keçirilən görüşündə səsləndirilib. Yelisey sarayında şam yeməyi zamanı Makron Zelenskiyə xatırladıb ki, hətta Fransa və Almaniya kimi “ölümcül düşmənlər” də İkinci Dünya Müharibəsindən sonra sülh bağlamaq məcburiyyətində qalıb.
25-02-2023, 15:14
İran Rusiyanı artilleriya və tank mərmiləri ilə təmin edib - ABŞ


İran Rusiyanı artilleriya və tank mərmiləri ilə təmin edib - ABŞ

İran Rusiyanı artilleriya və tank mərmiləri ilə təmin edib. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib. Mərmilərdən Ukraynaya qarşı müharibədə istifadə olunduğu bildirilir. "Rusiya ilə İran arasında münasibətlərin hər iki istiqamətdə inkişaf edəcəyindən qorxurduq. Və bu qorxular, şübhəsiz ki, əsaslıdır. 2022-ci ilin noyabrında İran Ukraynaya qarşı istifadə üçün Rusiyaya artilleriya və tank mərmiləri verib", - Kirbi deyib. Onun sözlərinə görə, bu baxımdan müdafiə sahəsində Rusiya-İran əməkdaşlığı ABŞ administrasiyasının narahatlığına səbəb olur. "Bu, təkcə Ukraynadakı vəziyyəti çətinləşdirməyəcək, həm də tərəfdaşlarımız və dostlarımız üçün Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini çətinləşdirə bilər", - Kirbi vurğulayıb.
25-02-2023, 15:02
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda fevralın 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
25-02-2023, 14:59
Kanada Ukraynaya “Leopard 2” tankları verəcək


Kanada Ukraynaya “Leopard 2” tankları verəcək

Kanada Ukraynaya daha dörd ədəd “Leopard 2” tankı verəcək. Bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kanadadan daha 4 “Leopard 2” tankı alacaq. Həmçinin Kanada Ukraynaya bir zirehli xilasetmə maşını təhvil verəcək.
25-02-2023, 14:56
ABŞ-da zəlzələ baş verib


ABŞ-da zəlzələ baş verib

ABŞ-ın Alyaska sahillərində 4,6 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Təbii fəlakətin episentri təxminən 150 nəfərin yaşadığı Port Qrem şəhərindən 51,2 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
25-02-2023, 00:01
İlham Əliyevə Ukraynanı dəstəklədiyinə görə təşəkkür edirik - Zelenski


İlham Əliyevə Ukraynanı dəstəklədiyinə görə təşəkkür edirik - Zelenski

Biz Azərbaycan Prezidenti İlham Əliyev ilə əlaqə saxlayırıq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Biz ona Ukraynanı dəstəklədiyinə görə təşəkkür edirik", - Ukrayna lideri deyib. Zelenski əlavə edib ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edir. "Əsas məsələ budur", - o vurğulayıb.
24-02-2023, 23:57
Zəlzələ qurbanlarının sayı 44 mini keçib


Zəlzələ qurbanlarının sayı 44 mini keçib

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 min nəfəri keçib. Bu barədə qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələdə həyatını itirən insanların sayı 44 min 218 nəfərə yüksəlib. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!