25-05-2023, 16:33
Ümumi qaz bazarının işləməsi üçün konstruktiv dialoqa hazırıq - Paşinyan"Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində ümumi qaz bazarının işləməsi üçün konstruktiv dialoqa hazırdır". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında çıxış edərkən deyib. "Bazarın vaxtlı-vaxtında işləməsi əlverişli və qarşılıqlı faydalı ticarət şərtlərinin formalaşmasına kömək edəcək. Üzv dövlətlərin beynəlxalq bazarda enerji təhlükəsizliyinin və rəqabət qabiliyyətinin artırılmasını təmin edəcək", - deyə Ermənistanın baş naziri bildirib. Qeyd edək ki, bu gün Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir.
25-05-2023, 16:21
İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasına qatıldıMayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir. Qeyd edək ki, Ali Avrasiya İqtisadi Şurası İqtisadi Birliyə üzv dövlətlərin başçılarının daxil olduğu Avrasiya İqtisadi İttifaqının ali orqanıdır. Aİİ üzvləri Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistandır.
25-05-2023, 15:12
Kılıçdaroğlunun qonağı olduğu veriliş izlənmə rekordu qırdıXəbər verdiyimiz kimi, Türkiyədə prezidentliyə "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu "Babala TV" internet televiziyasında Oğuzhan Uğurun "Mevzular Açık Mikrofon" proqramının qonağı olub. Aparıcı O.Uğur verilişlə bağlı təəssüratlarını bölüşüb. O qeyd edib ki, veriliş izlənilmə rekordu qırıb. Belə ki, yutubda ilk 1 saat ərzində verilişə 4 milyondan çox istifadəçi baxıb. "Bu vaxta qədər 1 saat ərzində 1.5 milyon baxış sayı ilə rekord Məmləkət Partiyasının sədri cənab Muharrem İnceyə məxsus idi. Dünən Kılıçdaroğlunun qatıldığı proqram 1 saatda 4 milyona çatdı. İndi 20 milyona yaxındır, amma yutub sayımı ilə 11 milyona yaxın. Bu, böyük rekord idi. Kılıçdaroğlu çox sakit idi. Digər qonaqlar təbii ki, çox həyəcanlı idilər. Gözlərində həyəcan görünürdü, amma Kemal bəydə əsəb pozacaq qədər sakitlik vardı. Zalda temperament qalxıb-düşəndə bu, qonaqların bədən dilinə təsir edir, amma Kılıçdaroğlu inanılmaz dərəcədə stabil idi. Möhtəşəm idi. Klıçdaroğlu sualları sakitcə cavablandırdı. Məsələn, bir çox siyasi partiya nümayəndələri bunu edə bilməmişdi. Dedi ki, mənə çoxlu sual verəcəkləri bəllidir. İnternetdə onun haqqında çoxlu suallar dolaşır. Bunun fərqində idi, komandasını təbrik edirəm, yaxşı oxuyublar. Kemal bəy gündəmdəki mövzulardan xəbərdar idi", - Uğur söyləyib. Qeyd edək ki, Kılıçdaroğlu veriliş zamanı Azərbaycanla bağlı verilən sualı da cavablandırıb.
25-05-2023, 14:14
Üçtərəfli görüşlə bağlı sənədlər Moskvada imzalanacaq - Kreml rəsmisiBu gün Moskvada keçiriləcək görüşdə Azərbaycan, Rusiya və Ermənistan arasında sənədlər imzalanacaq. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. "Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü olacaq. Bundan sonra biz Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüşün olmasını gözləyirik", - Peskov deyib. O, danışıqların yekununda sənədlərin imzalancağını diqqətə çatdırıb. Kreml rəsmisi sənədlərlə bağlı detalları açıqlamayıb. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Tərəflər Moskvada bir araya gələcəklər. Liderlərin görüşündə sülh prosesi əsas müzakirə mövzusu olacaq.
25-05-2023, 13:41
Sinan Oğan Ərdoğanı dəstəklədiyi üçün onu tənqid edənlərə cavab verdiTürkiyədə ATA İttifaqının prezidentliyə namizədi olmuş Sinan Oğan ikinci tur seçkilərində AKP lideri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyinə görə onu tənqid edənlərə cavab verib. Azərbaycan əsilli siyasətçi tənqidlərə cavab olaraq instaqram hesabında paylaşım edib. "Heç kimə kin saxlamıram, amma kimin nə etdiyini də unutmuram. Bəzən çox şeylər qarşısında səssiz qalıram. Amma necə deyərlər, hər şeyin öz vaxtı var. Mən doğru vaxtı gözləyirəm. Heç bir işdən xəbərsiz olduğumu düşünməyin. Sadəcə bunlarla maraqlanmaq istəmirəm", - deyə S.Oğan vurğulayıb. Qeyd edək ki, Sinan Oğanın seçkilərin ikinci turunda AKP lideri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi siyasi müstəvidə geniş müzakirələrə səbəb olub. Ərdoğan tərəfdarları Oğanın qərarını alqışla, bəzi müxalifət nümayəndələri isə təhqirlə qarşılayıb.
25-05-2023, 13:29
Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcəkİşğaldan azad edilmiş ərazilərdə yüksəkvoltajlı sisteminin qurulması başa çatıb. Bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib. O bildirib ki, sistemin halqa halında fəaliyyət göstərilməsi bir neçə ayın söhbətidir: "Laçın şəhərində xüsusən görülən işlər başa çatdıqdan sonra bir halqa yaranacaq. Halqanın yaranması dayanıqlıq nöqteyi nəzərindən çox vacib məsələdir". Nazir müavini, həmçinin qeyd edib ki, azad edilmiş ərazilərdə energetika sahəsində işlər sürətlə və keyfiyyətlə davam etdirilir. Qazlaşdırma məsələlərinə toxunan E. Soltanov vurğulayıb ki, Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək və 5 ana magistral qaz kəmərlərindən biri Şuşa istiqamətində yönəldiləcək.
25-05-2023, 13:03
Elmira Axundova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiAzərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Prezidentin mayın 23-də imzaladığı sərəncamla Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılıb, onun yerinə Seymur Qurban oğlu Mərdəliyev təyinat alıb.
25-05-2023, 12:19
İngiltərədə Xameneiyə məxsus İslam Mərkəzi bağlandıİran İslam Respublikasına bağlı İngiltərə İslam Mərkəzi bağlanıb. Bu barədə "Iran International" məlumat yayıb. Məlumata görə, Londonda yerləşən İngiltərə İslam Mərkəzi növbəti xəbərdarlığa qədər bütün mədəni və təhsil fəaliyyətini dayandırdığını elan edib. Ofisin bağlanma səbəbi haqda ətraflı məlumat verilməyib. İranın Ali Rəhbəri Seyid Əli Xameneinin ofisi kimi tanınan mərkəzdə müxtəlif dini mərasimlər təşkil edilirdi. Son vaxtlar Britaniyada yaşayan iranlılar dəfələrlə İngiltərə İslam Mərkəzinin qarşısına toplaşaraq aksiyalar keçirib, onun bağlanmasını tələb ediblər. “The Times” qəzeti İngiltərə İslam Mərkəzinin koronavirus pandemiyasının vurduğu itkiləri kompensasiya etmək üçün Britaniya hökumətindən 100 min funt sterlinqdən çox yardım aldığını açıqlamışdı. Qeyd edək ki, Britaniyadakı şiə təbliğat mərkəzlərindən biri olan İngiltərə İslam Mərkəzi 1998-ci ildə yaradılıb. 2018-ci ildən Mərkəzin rəhbəri İranın Ali Rəhbəri Xameneinin nümayəndəsi Haşim Musəvidir.
25-05-2023, 12:10
Qərb Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır - Şoyqu"NATO Şərqi və Mərkəzi Avropada öz qruplaşmalarını qurmaq üçün Ukrayna böhranından bəhanə kimi istifadə edir". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. "Qərb ölkələri Ukrayna hakimiyyətini döyüş meydanında taktiki uğurlar nümayiş etdirməyə vadar edir, ölkəni silahla doldurur, bu da münaqişənin genişlənməsinə gətirib çıxarır və uzadır", - iddia edib. "Qərb hər vasitə ilə Qarabağdakı vəziyyətə müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır. ABŞ regionda sabitliyi pozmaq üçün Əfqanıstandakı qeyri-qanuni silahlı birləşmələrdən istifadə etmək niyyətindədir", - Şoyqu iddiasını davam etdirib.
25-05-2023, 12:01
İyun ayında 7 gün ardıcıl iş olmayacaq - Əli Əsədovdan qərarGələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olacaq. Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.